Suvarma sistemləri
Suvarma sistemi suvarılan ərazi, su mənbəyi, suqəbuledici qur- ğu, su nəqledici kanallar və üzərindəki hidrotexniki qurğular, yol- lar, istehsalat binaları və rabitə sistemi kompleksindən ibarətdir. Belə sistemlərin layihələndirilməsində məqsəd kənd təsərrüfatı bitkilərinin suvarılmasında keyfiyyətcə yararlı, kəmiyyətcə təlabatı ödəyəcək suyu mənbədən qəbul edib suvarılan əraziyə nəql etdirməklə torpaqda süni nəmlik yaratmaqdır.
Suvarma şəbəkəsi nəqledici və tənzimləyici kanallar kimi əsas iki qrupa bölünür. Hər iki qrup kanallar birlikdə suvarma kanalları sistemi adlanır. Nəqledici kanallar özləridə magistral və paylayıcı kanallara ayrılır. Magistiral kanal bilavasitə suvarma suyunu su mənbəyindən qəbul edən və suvarma sisteminə nəql edən baş kanal hesab olunur. Magistiral kanal öz lahiyyə xətti boyunca su götürülməyən nəqledici və su götüülən işlək hissələrə bölünür. Respublikamızda suvarma sistemlərinə xidmət edən magistiral kanallardan Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron və digər kanalları göstərmək olar.
Paylayıcı kanallar özləridə iki yerə, təsərrüfatlar arası və təsər- rüfatdaxili kanallara bölünür. Bir neçə təsərrüfata xidmət edən su- varma sisteminə təsərrüfatarası suvarma sistemi deyilir. Təsərrüfatdaxili suvarma sistemi isə bir təsərrüfata xidmət edir.
Tənzimləyici suvarma sisteminin məqsədi suvarma suyunu bilavasitə suvarılacaq sahəyə verməkdən ibarətdir.
Suvarma şəbəkələri açıq, qapalı və birgə şəbəkəli şəklində tikilə bilər. Seçiləcək konustruksiya suvarılacaq ərazinin relyef və tor- paq-iqlim şəraitindən, suvarma texnikasının tipindən, su ehtiyyat- larından və digər amillərdən asılı olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, qapalı suvarma sis- temləri müxtəlif konustruksiyalı borulardan tikilməklə açıq suvar- ma sistemlərini əvəz edir.
Respublikamızın ərazisində öz axımı və yağış yağdırma üsulu ilə suvarmada qapalı suvarma sistemlərindən hazırdada istifadə edilir.Belə şəbəkənin açıq kanallara nisbətən müəyyən üstünlükləri
vardır.
Təsərrüfatdaxili açıq suvarma sistemləri aşağıdakı elementlər- dən ibarətdir.
Su mənbəyi-çay, su anbarı, göl, yeraltı sular, çirkab suları, sel suları və s.ola bilər.
Baş qurğu-su mənbəyindən suvarma suyunu magistiral kanala ötürür. Baş qurğu yerin relyefindən asılı olaraq sipərli, bəndli, na- sos stansiyalı və digər konstruksiyalı ola bilər.
Magistiral kanal və ya ana kanal-baş qurğudan suyu qəbul edib paylayıcı kanallara nəql etdirir.
Paylayıcı kanallar-təsərrüfat, sahə paylayıcı kanallardan iba- rətdir.
Tənzimləyici suvarma şəbəkəsi-öz axımı ilə suvarmada mü- vəqqəti açıq suvarma şəbəkəsindən, elastik və sərt suvarma boru- larından ibarət olur.
Sutoplayan şəbəkə-suvarma sahələrində əmələ gələn artıq su- ları kənar etmək üçün nəzərdə tutulur. Bura şoran torpaqların me- liorasiya olunması üçün yaradılan kollektor-drenaj şəbəkəsidə da- xildir. Bunlarda öz növbəsində təsərrüfat və sahə su toplayanlarına bölünür.
Yol şəbəkəsi-tarlalarla yaşayış məntəqəsi arasında əlaqə ya- ratmaq və suvarma sisteminə xidmət etmək məqsədilə yaradılır.
Meşə zolağı-suvarılan torpaqları, əraziləri küləkdən qorumaq, açıq kanallardan olan buxarlanmanın itgisini azaltmaq üçün nəzərdə tutulur. Meşə zolaqları daimi kanallar, sutoplayanlar və yol şəbəkəsi boyunca salınır.
Suvarma kanalları, sutoplayanlar və yol şəbəkəsi üzərində olan hidrotexniki qurğular, kanalların su sərfini, sürətini nizam- lamaq üçün qurğular, körpülər və s.
Təsərrüfatdaxili suvarma sistemlərinin layihələndirilməsində daimi kanallar əkiləcək sahələrin sərhədindən keçdiyindən onların planda yerləşdirilməsi, ərazinin təşkili ilə eyni vaxtda aparılma- lıdır.
Qapalı suvarma sistemlərində suyun suvarılacaq əraziyə nəql olunması və orada paylanması yeraltı və yerüstü basqılı boru
kəmərlərinin vasitəsilə həyata keçirilir.
Su mənbəyinin növündən ondakı su səviyyəsinin suvarılan əraziyə görə tutduğu mövqedən, yer səthinin mailliyindən və digər amillərdən aslı olaraq qapalı suvarma sistemləri mexaniki üsulla su ilə təminedilən və özübasqılı şəbəkələr şəklində tikilir.
Mexaniki üsulla suyun borulardakı hərəkəti və lazımi basqı nasos stansiyasının köməyi ilə əldə edilir.Bu məqsədlə stasionar, səyyar və üzən nasos stansiyalarından istifadə olunur.
Özübasqılı suvarma sistemlərində təzyiq ter səthinin mailliyi hesabına yaradılır.Şəbəkələrdəki borularda suyun hərəkəti və lazımi basqının yaradılması üçün onların hidravliki mailliyi yer səthinin mailliyindən az olmalıdır.
Suvarma sistemində suyun faydasız olaraq itməsi, istifadə olu- nan suyun həcminin və suvarmadan ötrü nəzərdə tutulan sahələrin azalmasına, suvarma kanallarının en kəsik ölçülərinin artıq götü- rülməsinə səbəb olur. Buna görədə suvarma sistemində su itkisi ilə mübarizə edilməsi və beləliklədə suvarma sisteminin faydalı iş əmsalının yüksəldilməsi əsas məsələ hesab edilir.
Suvarma sisteminin düzgün qurulmaması, növbəli əkin tarlala- rının kiçik tarlalarda yerləşdirilməsi və suvarma sisteminin düzgün istismar edilməməsi nəticəsində hesablanan suyun müəyyən hissə- si faydasız olaraq itir. Bu əsasən tarlalardan və kanallardan sızma- ya, buxarlanmaya, sudan düzgün istifadə edilmədikdə onun suvarılan sahələrdən kənara axması ilə baş verir.
Tarlaların suvarılmasında faydalı istifadə edilən suyun suvarma mənbəyindən götürülən Q miqdarına olan nisbətinə suvarma sisteminin faydalı iş əmsalı deyilir.
W=Qf/Q
Kanallarda suyun filtirasiyasını, su itkisini azaltmaq üçün aşağı- dakı tədbirlərin görülməsi məqsədəuyğun hesab edılir. Bununla yanaşı bu tədbirlərin aparılması torpaqların şorlaşmasnın, şorakət- ləşməsinin, bataqlaşmasının qarşısının alınmasnda böyük rol oy- nayır.
Yaxşı olarki kanalların dib və yamacları beton üzlüklərlə örtülsün.
Kanalların dib və yamaclarını gil qatı ilə bərkitmək.
Kanalların dib və yamaclarının duzlaşdırılması.Su itkisini azaltmaq məqsədilə kanalı su ilə dolduraraq onu axmaz vəziyyətdə saxlamaqla suya NaCl əlavə edilir. Kanalın 1m2 səthinə 0,3kq NaCl sərf edilirki bu da 10mm qalınlığında torpaq qatını duzlaş- dırır. Bu da torpağın su keçirməməsini, su sızdırmasını azaldır.
Kanalların dib və yamaclarını polietilen materiallarla üzlə- məklə faydalı iş əmsalını artırmaq.
Kollektor-drenaj şəbəkəsi dren, sutoplayan, kollektor və onlarla əlaqədar hidrotexniki qurğular kompleksindən ibarətdir.Tarixi mənbələrdə belə qurğulardan çox qədim zamanlarda istifadə edil- diyi göstərilir. Məsələn, Orta Asiyada Buxara düzənliyinin Zəggəş məntəqəsində Teymurləngin hakimiyyəti dövrlərində tikilmiş ”Əmir Teymur” kollektoru indiyədək qalmaqdadır.
Şorlu torpaqlar yuyulan ərazilərdə üfüqi, şaquli və birləşmiş drenli kollektor-drenaj şəbəkələrindən istifadə edilir.
Drenlərin növü ərazinin geoloji, hidrogeoloji, torpaq, topoqrafiq və təsərrüfat şəraitindən asılı olaraq texniki-iqtisadi hesablamalarla müəyyən edilir.Təcrübə, təzyiqli qrunt suları olan sahələrdə şaquli və ya birləşmiş drenli şəbəkələrin tikilməsinin səmərəliliyini təsdiq edir.
Suvarmanın ekoloji problemləri
Statistik məlumatlara görə dünyada suvarılan torpaqların sahəsi 250mln. hektara çatır. Bu əkin sahələrinin yalnız 17%-ni təşkil et- məsinə baxmayaraq əkinçiliyin bütün məhsulunun 1/3-ni təşkil edir. Torpaq bitkilər, heyvanlar, mikroorqanizmilər və digər canlılar yaşayan, yüz-ikiyüz illər ərzində millimetrlərlə mürəkkəb proses- lərdən sonra əmələ gələn, insanların yaşayış mənbəyi, bəşəriyyətin
varlığında həlledici rol oynayan başlıca sərvətdir.
Su canlı aləmdə həyat proseslərindəki vacibliyi nəzərə alınmaq- la planetimizin ən qiymətli sərvəti adlandırılır. Alimlər hesab edir- lər ki, Yer planetində həyat məhz su daxilində suyun təsiri ilə əmələ gəlmişdir. Təbiətdə bitki və canlı orqanizmlərdə baş verən bütün proseslər suyun iştirakı ilə həyata keçir. Demək olar ki, bütün varlıqların ilk yaradıcısı sudur.
Baxmayaraq kənd təsərrüfatı bitkilərinin suvarılması bəşəriyyət üçün faydalıdır, bununla yanaşı qeyd etmək lazımdır ki, o, ekoloji problemlər də yaradır. Təbii landşaftların aqroekosistemlərə çevril- məsi ərazinin vəziyyətini dərin dəyişikliklərə uğradır.
Azərbaycan Respublikasının Meliorasiya və irriqasiya haqqında qanununda qeyd olunduğu kimi meliorasiya və irriqasiya tədbirlə- rinin həyata keçirilməsi ətraf mühitin vəziyyətini pisləşdirməmə- lidir.
Suvarılan və meliorasiya olunmuş və ya olunacaq torpaqlarda meliorasiya və irriqasiya ilə əlaqədar olmayan tikinti və digər iş- lərin görülməsi torpaqların su, hava və qida rejimini pisləşdirmə- məli, meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə zolaqlarının əkinlərinin istismarına mane olmamalıdır.
Suvarma zamanı torpağa artiq normada su verdikdə, qida mad- dələrinin alt qatlara yuyulması şiddətlənir. Suvarmaya verilən su- yun normadan artıq olması suda həll olunan qida maddələrinin və humusun azalmasına səbəb olur. Belə ki, suvarma suyunun böyük normalarla verilməsi məhsuldarlığı artırmır, əksinə torpağın rütu- bətlənmə rejimini pozur, suyun faydasız itməsinə səbəb olmaqla yanaşı, qrunt sularının səviyyəsini artıraraq ərazinin bataqlaşma-
sına, şoranlaşmasına şərait yaradır. Ümumiyyətlə suvarma suyun- dan plansız və səmərəsiz istifadə olunması torpağın su və onunla əlaqədar olan qida, istilik və hava rejimlərini pozur.
Suvarmanın ekoloji problemlərinin öyrənilməsi sahəsində Ə.Q.Behbudov, V.R.Volobuyev, M.R.Abduyev, Q.Z.Əzizov, X.F.Cəfərov, E.M.Eyvazov, Ə.K.Əlimov və digər alimlər təcrübi və nəzəri əhəmiyyətli tədqiqat işləri aparmışlar.
Torpaqdakı qida maddələri kənd təsərrüfatı bitkiləri tərəfindən mənimsənildiyi üçün onun münbitliyi ildən-ilə tədricən azalır.Belə ki, qida maddələrinin bir hissəsi suvarma suyu ilə yuyulub aparıldığı üçün, münbitliyin azalması suvarılan torpaqlarda daha tez baş verir.Buna görədə münbitliyi bərpa etmək, onu artırmaq məqsədilə suvarılan torpaqlara hər il kifayət qədər üzvi və mineral gübrələr verilməlidir.
Suvarılan torpaqlarda yüksək normada tətbiq edilən gübrələrin xeyli hissəsi yuyularaq səmərəsiz itir, qrunt və səthi sulara qarışaraq nəinki suları, hətta ətraf mühiti çirkləndirir.
Aparılmış hesablamalara görə pespublikamızda son illərdə su- varılacaq ərazilərin sahəsi xeyli artmışdır. Bu da torpaqəmələ- gəlmə prosesinə və məhsuldar torpaq qatının əmələ gəlməsinə ki- fayət qədər təsir göstərir.Suvarma normalarına və vaxtlarına düz- gün riayət olunmadıqda torpağın məhsuldar qatı o qədər azalır ki, bu da kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yararsız hesab olunur.
Kənd təsərrüfatı bitkilərinin suvarma rejiminin düzgün qəbul edilməməsi, qrunt sularının təbii və süni axarı olmayan, yaxşı ha- zırlanmamış sahələrdə təkmilləşdirilməmiş suvarma texnikasının tətbiqi külli miqdarda su itkisinə səbəb olur ki, bu da ərazinin me- liorativ cəhətdən pisləşməsinə gətirib çıxarır.Bəzən qrunt sularının səviyyəsinin kəskin qalxması halları torpaq məcralı təsərrüfatdaxili, təsərrüfatlararası kanallar ətrafı sahələrdə də müşahidə olunur. Bu da ərazinin bataqlıqlaşmasına, izafi nəmliyin artmasına səbəb olur.
Cərgəarası becərilən bitkilərdə şırım becərmə zamanı açılır və bu vaxt torpağın strukturası dağılır, yumşalır. Ona görə də torpağın eroziyaya qarşı davamlılığı zəifləyir. Suvarma norması və ya
suyun sürəti bir qədər çox olarsa bu zaman yuyulma baş verir, nəticədə eroziya təhlükəli hal alır.Belə eroziya prosesi ərazinin landşaftını dəyişir, torpaqların münbitliyinin, həmin torpaqlarda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düş- məsinə səbəb olur. Bunları aradan qaldırmaq məqsədilə suvarma tətbiq edilərkən eroziyaya qarşı mütərəqqi suvarma texnologiyası tətbiq edilməlidir.
Suvarma prosesi ilə yanaşı gedən, eləcə də onun nəticəsi olan dəyişkənliklərin öyrənilməsinə kompleks yanaşmanı təmin edən çox amilli stasionar tarla təcrübələrinin aparılması, suvarılan ərazilərdə müasir tədqiqat üsullarının tətbiqi, aridliyin müxtəlif şəraiti üçün xarakterik olan qanunauyğunluqları müəyyən etməyə imkan verir. Hazırda əldə olunan nəticələr onu göstərir ki, suvarma əkinçiliyində suvarmalaın, gübrələrin və bitkilərin mühafizəsi vasitələrinin intensiv tətbiqi ilə əlaqədar olaraq ekoloji amillərin qarşılıqlı təsirində yeni qanunauyğunluqlar əmələ gəlir.Təbiətin, ətraf mühitin, torpaqların çirklənmədən mühafizəsi sahəsində xüsusi tədbirlərin işlənib hazırlanması zərurəti yaranır.
Müasir dövrdə kənd təsərrüfatında tarla və plantasiyalara külli miqdarda kimyəvi maddələr, meliorantlar, gübrələr, pestisidlər, funqisidlər, herbisidlər və s tətbiq edilir. Kənd təsərrüfatında kim- yəvi maddələrin, gübrələr və pestisidlərin, zəhərli maddələrin, heyvandarlıq komplekslərinin tullantılarının su mənbələrinə daxil olması təhlükəsi yaranır. Buna görə də kənd təsərrüfatı işlərinin texnologiyasında zəhərli maddələrin istifadəsindəki optimal təd- birlərin düzgün müəyyənləşdirilməsi onların torpağa, su mənbələ- rinə və havaya göstərə biləcəyi zərərli təsiri azalda bilər.
Qeyd etmək lazımdır ki, torpağın çirklənməsi suyun və atmos- fer havasının çirklənməsinə və əksinə, suyun və havanın çirklən- məsidə torpağın çirklənməsinə səbəb olur.
Torpağa düşmüş kimyəvi maddələr torpaq elementləri ilə reak- siyaya girərək onun quruluşunu və kimyəvi tərkibini pozur, yarar- sız vəziyyətə salır, mikrobioloji prosesləri zəiflədir və ya tamam dayandırır. Nəticədə bunlar insanlar və heyvanların zəhərlənmə- sinə, bitkilərin inkişafdan qalmasına və məhsuldarlığın aşağı
düşməsinə səbəb olur.
Radionuklidlər yer səthinə əsasən atmosfer çöküntüləri vasitə- silə daxil olur və onların maksimum çöküntüləri yaz-yay fəsillə- rinə təsadüf edir. Bu qanunauyğunluq atmosferdə gedən meteroloji proseslərlə əlaqədardır.Su mühitində atmosferin radionuklidləri suspenziya şəkilində həll olur ki, bu vəziyyətdə də onlar torpağa hoparaq qrunt sularına daxil olur.
A.N.Ratnikov göstərir ki, bir çox hallarda atmosferdən torpağa daxil olan radionuklidlər torpağın səthində (0-2 sm) toplanır. Torpağın dərin şumlanması radionuklidlərin konsentrasiyasının azalmasına gətirib çıxarır. Şum qatı artdıqca radionuklidlərin bit- kilər tərəfindən mənimsənilməsi 20-30% azalır. Bu da onu göstərir ki, dərin şum aparılmasının aqronomiki əhəmiyyəti ilə yanaşı, ekoloji əhəmiyyətidə böyükdür. Buna görədə suvarma əkinçiliyi tətbiq edilən bölgələrdə bitkilərin bioloji xüsusiyyətlərindən, torpaq-iqlim şəraitindən asılı olaraq dərin şum aparılmalıdır.Dərin şum nəinki radionuklidlərin azalmasına, hətta bitki köklərinin dərin qatlara işləməsi üçün əlverişli şərait yaradır. Bu da torpaqda fitokütlənin artmasına səbəb olur. Torpaqda fitokütlənin artmasıda radionuklidlərin azalmasına əhəmiyyəti təsir göstərir.
Suvarmanın ən təhlükəli nəticələrindən biri də torpaqların şor- laşmasıdır (duzlaşmasıdır). Statistik məlumatlara görə, şorlaşma nəticəsində dünyada hər il 300 min ha suvarılan torpaq dövriyədən çıxır. Suvarmanın qədimdən istifadə olunduğu ölkələrdə (Misir, Hindistan, Pakistan, İrak və s) torpaqların şoranlaşması prosesi geniş yayılmışdır. Zərərli duzların torpağın üst qatında həddən artıq toplanması nəticəsində suvarılan, əkinə yaralı torpaqlar yararsız hala düşür.
Suvarma prosesi nəinki torpağın aqrokimyəvi xassələrinə, elə- cədə torpağın aqrofiziki xassələrinə də təsir edir. Ancaq qranulo- metrik tərkib əsaslı dəyişikliklərə məruz qalmır. Suvarma prose- sində torpaq səthindən suvarma suyu ilə yuyulub gələn narın his- səciklər digər yerlərdə çökərək torpağı qida maddələri ilə zəngin- ləşdirir. Hətta bəzi vaxtlarda qida maddələri yuyularaq torpağın dərin qatlarına keçir. Suvarma suyu normadan artıq verildikdə və
ya sahədə aqrotexniki qaydalara düzgün riayət olunmadıqda torpaq irriqasiya eroziyasına uğrayaraq, xırda hissəcikləri, humusla zən- gin qatı yuyur. İrriqasiya eroziyası ən kiçik yamaclarda, maillik- lərdə yarandığı üçün suvarılan sahələrin düzgün planlaşdırılması, hamarlanması əsas məsələlərdəndir.
Suvarılan torpaqlarda qrunt sularının səviyyəsinin qalxmasının və bununla əlaqədar olaraq baş verə biləcək şorlaşmanın qarşısını almaq üçün suvarma əkinçiliyində yüksək aqrotexniki kompleks tədbirlər tətbiq edilməli, suvarma şəbəkələrindən düzgün istifadə olunmalı, mütərəqqi suvarma üsullarına geniş yer verilməli, suvarma normalarına və qaydalarına düzgün riayət olunmalıdır.
Kənd təsərrüfatı bitkiləri suvarılan zaman artıq su itkisinə yol verilməməsi üçün suvarma arxlarının uzunluğu mümkün qədər azaldılmalı, sahəyə verilən suvarma suyunun miqdarı bitkilərin tələb etdiyi normadan artıq olmamalı, baş verən sızma itkilərinin qarşısını almaq üçün bütün böyük suvarma şəbəkələri su keçirmə- yən materiallarla üzlənməlidir.
Sızma itkilərinin qarşısını almaq məqsədilə suvarma kanalları- nın kənarlarında meşə zolaqlarının salınması daha məqsədəuyğun hesab edilir.
İrriqasiya eroziyasının qarşısını almaq məqsədilə yağış yağdır- ma üsulundan istifadə etmək əhəmiyyətlidir. Artıq su israfına yol verməmək üçün imkan daxilində yerli şəraiti nəzərə alaraq mü- tərəqqi suvarma (yağış yağdırma, damcı üsulları) üsullarından suvarmada geniş istifadə olunmalıdır.
B.A.Zimoves və başqaları (1998) suvarma zamanı torpaqların tənəzzülü ehtimalı ilə bağlı olan antropogen təsirlərə ekoloji məh- dudiyyətlər qoyulması sistemini təklif etmişdir.Bu sistemə aşağı- dakı ekoloji məhdudiyyətlər və tələblər daxildir.
suvarma zamanı torpağın fiziki xassələrinin tənəzzülü ilə;
torpaqların duzlaşmasının, şoranlaşmasının və çatlamasının inkişafı ilə;
torpaqların turşlaşması ilə;
torpaqların bataqlaşmasının və torflaşmasının inkişafı ilə;
torpaqların irriqasiya eroziyasının inkişafı ilə;
torpaqların çürüntüsüzləşməsinin inkişafı ilə;
torpaqların çirklənməsinin inkişafı ilə;
-Suvarılan torpaqlarda biotun növ tərkibinin və sayının
əlverişsiz dəyişməsi ilə.
Suvarılan aqroekosistemlərin ekoloji baxımdan təhlükəsiz fəa- liyyətinə təbii və antropogen amillərin balanslaşdırılmış qarşılıqlı təsiri şəraitində nail olmaq mümkündür.
Suvarmanın əsas ekoloji problemlərindən biri də ərazidə təkrar şorlaşmanın əmələ gəlməsidir.V.A.Kovda torpaqların təkrar şor- laşma prosesinin aşağıdakı genetik cəhətdən bağlı olan və məkan- ca qanunauyğun birləşən mərhələlərini qeyd edir. Bunlar aşağıda- kılardır:
1.Kanallar buyunca torpaqların şoranlaşması; 2.Suvarılan əraznin ümumi şoranlaşması;
3.Bəzi sahədaxili köhnə suvarılan ərazilərin şoranlaşması;
Təkrar şorlaşma zamanı torpaqların bir çox kimyəvi xassələri əsaslı surətdə dəyişir. Bu da əkinə yaralı torpaqların azalmasına sə- bəb olur.
Yüksək və sabit kənd təsərrüfatı məhsulları əldə etmək üçün torpağın böyük hissəsi suvarılandır. Baxmayaraq ki, suvarma fer- merlərə öz gəlirlərini yaxşılaşdırmağa kömək edir, ancaq suvar- manın kənd təsərrüfatına mümkün olan mənfi təsirləri də vardır ki, bunlar da nəzərə alınmalıdır:
Əgər göllərdən, çaylardan və qrunt sularından götürülən suyun miqdarı normadan artıq olarsa, bu su resurslarının məhvinə səbəb olar və eko- sistemə pis təsir göstərə bilər;
Quraqlıq və yarım-quraqlıq ərazilərdə hədsiz suvarma torpağın duzluluğunun artmasına səbəb ola bilər, bu da torpağı kənd təsər- rüfatı üçün yararsız edə bilər.
İntensiv suvarma torpağın eroziyasına səbəb ola bilər;
Çiləmə və bol axıtma yolu ilə aparılan suvarma torpağın üst qatının quruluşuna zərər vura bilər. Torpaq strukturu dağıla bilər və torpaq hissəcikləri məsamələrdə toplana bilər, bunun nəticə- sində bərk üst qat (qaysaq) əmələ gələ bilər. Bu da torpaqda hava mübadiləsini zəiflədər və torpaq canlılarına zərər yetirə bilər;
Düzgün olmayan suvarma bitkilərdə stres vəziyyətlər yarada bilər, onların zərərverici və xəstəliklərə qarşı gücünü zəiflədər. Quraqlıq ərazilərin əksər bitkiləri hətta az müddətli olsa belə, su basma təsirinə məruz qalırlar. Günün isti vaxtında suvarmanın aparılması bitkidə soluxmaya səbəb ola bilər.
Dostları ilə paylaş: |