Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Suvarılan torpaqlarda təkrar şorlaşmaya və bataqlaşmaya qarşı mübarizə tədbirləri



Yüklə 2,38 Mb.
səhifə25/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
N 81

Suvarılan torpaqlarda təkrar şorlaşmaya və bataqlaşmaya qarşı mübarizə tədbirləri

Suvarılan torpaqların təkrar şorlaşması və bataqlaşması torpağın münbitliyini kəskin azaldır və bəzən onun uzun müddət səpin üçün yararsız olmasına səbəb olur. Tədqiqatlar göstərir ki, pambıq sə- pininə yaxın torpaq məhlulunda xlor ionunun miqdarı 0,01, sulfat ionununku isə 0,5%-dən çox olmamalıdır.Xlorun miqdarının art- ması nəticəsində pambıq toxumlarının tarla cücərməsi kəskin azalır.

Şorakətlik artdıqca torpağın su keçiriciliyi azalır, o tez tozlanır, fiziki yetişkənliyinə müvafiq olan rütubət intervalı qısalır. Bataq- laşma qeyri-kapillyar məsaməliliyin və aerasiyasının azalmasına, bitkilər üçün zəhərli olan hidroksil birləşmələrinin kəskin artması- na səbəb olur. Bəzi hallarda bataqlaşma torpağın şorlaşmasına səbəb olur ki, bu da onun bitkilərə mənfi təsirini daha da güclən- dirir. Şorlaşmanın başlıca səbəbi minerallaşmış qrunt sularının səthə yaxın yerləşməsi və yuxarıya doğru su axınları vasitəsilə üst qatlara qalxmasıdır.Torpağın suyu həddən artıq buxarlandırılması suvarma suyunda duzların miqdarının çoxluğu, habelə tərkibində duzlar çox olan torpaq qatının səthə yaxın olması təkrar şorlaş- maya səbəb olur. Kanallarda suvarma suyunun itkisi və suvarılan sahədə onun bərabər paylanmaması qrunt sularının səviyyəsinin yüksəlməsinə və torpağın bataqlaşmasına səbəb olur.

Şorlaşmaya və bataqlaşmaya qarşı aqrotexniki mübarizə üsul- ları kapillyarlarla yuxarıya doğru su axınını dayandırmaq üçün torpağın fiziki xassələrinin yaxşılaşdırılmasına və torpaq səthinin suyun buxarlanmasının azaldılmasına doğru yönəldilməlidir.



Dərin əkin aparıldıqda gillənmiş qat yumşalır, qeyri kapillyar məsaməlik böyüyür bununla da torpağın səthinə doğru su axınları azalır. Əkin dərinliyinin əkin aparılarkən şorakətli qatla qarışan gipsli

qatların yerləşmə dərinliyindən asılı olaraq müəyyən edirlər.



Gipsli əhəngli qatlara malik olmayan torpaqlarda plantaj yaxud üçyarıslı əkin aparılması mümkün olmadığından, ən qısa vaxtda yaxşılaşdırma üsulu gipsləmək çoxillik otlar səpməkdir. Çoxillik otlar torpağı üzvi maddə azot ilə zənginləşdirir, onun strukturasını yaxşılaşdırır, şorakətli qatı yumşaldır su keçiriciliyini nizamlayır. Yonca bitgisi normal qalınlıqda olduqda artıq ikinci ildə başdan-başa örtük yaratmaqla torpaq səthindən suyun buxarlanmasını xeyli azaldır. Müşahidələr göstərir ki, yoncanın vegetasiyası müddətində qrunt sularının səviyyəsi xeyli aşağı düşür.

Gips verildikdən sonra hər il mənfi temperaturlar düşənədək pa- yız suvarmaları aparılması faydalıdır. Bu zaman böyük normalarla yuma aparılmalıdır. Belə ki, bu halda qrunt sularının səviyyəsi tez qalxır və torpaq yenidən şorlaşa bilər.Qrunt sularının səviyyəsi həmişə izlənməli və onların qalxmasına imkan verilməməlidir.

Sudan istifadə olunması planına ciddi əməl olunduqda suvarma normal gedir və su kök sistemi yayılan qatran aşağı keçmir. Sa- hələr yaxşı və düzgün hamarlandıqda suvarma zamanı su bərabər paylanır ki, bu da ayrı-ayrı yerlərin həddən artıq rütubətlənməsinin qarşısını alır.

Daimi suvarma kanallarının kənarlarında meşə zolaqları salın- dıqda sızan sular ağac və kollar tərəfindən mənimsənilir ki, bu da ərazinin artıq nəmlənməsinin, bataqlıqlaşmanın, torpaqların şorlaş- masının qarşısını alır və ya zəiflədir.



    1. Suvarma əkinçiliyində meşə zolaqlarının rolu və yeri

Suvarılan torpaqlarda meşə əkinləri və süni suvarma bir-birini tamamlayırlar. Onlar bir ümumi məsələni quraqlığın və quru kü- ləklərin kənd təsərrüfatı bitgilərinə mənfi təsirinin dəf olunmasını həll edirlər. Meşə zolaqları suvarmada mədəni bitgilərin suya təla- batını azaldır, transpirasiya əmsalının azalmasına təsir edir, hid- rotexniki qurğuların istismarını yaxşılaşdırır, su hövzələrini, ka- nalları lilləşmədən, çirklənmədən mühafizə edir, qrunt sularının səviyyəsini aşağı salır, bununla da şorlaşma və bataqlaşma proses-

lərinin qarşısını alır.

Meşə zolaqları sutka ərzində yağış yağdıran maşınların iş əmsa- lının artmasına şərait yaradır. Belə ki, meşə zolaqları sahədə küləyin sürətinin azalmasına təsir edir.

Suvarma torpaq quraqlığının zərərli təsirinin aradan qaldır- maqla onu atmosfer quraqlığının zərərli təsirindən qoruyur.

Torpaqda suyun buxarlanması nəinki yalnız temperaturadan və küləyin sürətindən, rütubətdən asılıdır ki, o da həmişə suvarılan torpaqlarda yüksək olur. Meşə zolaqları olduqda rütubətli hava meşəliklərin üstündə atmosferin yerə yaxın qatında ləngiyir.

Qış-yaz yağmurlarının meşə zolaqlarının təsiri altında toplan- ması və qorunması bu tarlalarda yaz suvarmalarının aparılması zərurətini aradan qaldırır.

Vegetasiya müddəti ərzində oduncaqlı bitkilərin transpirasiya nəticəsində meşə zolaqları altında qrunt sularının səviyyəsi kəskin azalır, belə ki, onlar nəinki yalnız kanallardan sızan suyu, həm də qonşu tarlaların qrunt sularının bir hissəsini mənimsəyirlər.

Meşə zolaqları suvarma şəraitində habelə alaqlarla mübarizə vasitəsidir. Meşə zolaqları ilə örtülü kanallarda alaqlar meşəsiz yerlərə nisbətən zəif inkişaf edirlər. Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi meliorasiya stansiyası müəyyən etmişdir ki, meşə zolaqları örtülü olan kanallarda alaqların miqdarı meşəsiz yerlərə nisbətən 5-6 dəfə az olur.

Bir çox hallarda suyun yerli axını nəticəsində suvarma üçün su böyük su hövzələrində yığılır və tez lilləşdiyi üçün dolurlar. Bu arzuolunmaz prosesi dayandırmaq üçün su nizamlayıcı meşə zolaqları yaratmaq lazımdır.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin