Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə98/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   281
QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
87
şəmsi təqvimi ilə 1369-1371-ci illər arasında İranda ərəb əlifbası ilə 
çap olunan Quran tərcüməsidir. 
C. Avropada Quran tərcümələri
Qeyri-müsəlmanların  Qurana  olan  marağı  çox  əvvəllərə  ge-
dib  çıxır.  Həbəşistan  kralı  Nəcaşinin  və  Bizans  kralı  Heraklisin 
Quran ayələrini dinlədikləri zaman ona necə hörmət göstədikləri 
ta rixdən  bizə  məlimdur.  Ancaq  daha  sonrakı  dövrlərədə  onla-
rın  Qurana  baxışları  daha  çox  onu  rədd  edərək  xristianlar  ara-
sında  hörmətdən  salmaq  istiqamətində  olmuşdur.  Bunu  Quran 
tər cümələrinin  ilklərindən  olan  sürayinicə  tərcümədə  görmək 
müm kündür.  Avropa  dillərində  ilk  tərcümə  hesab  edilən  Rober-
tus  Ketenensislə  Hermanus  Dalmatanın  latın  dilindəki  tərcüməsi 
(1143) də eyni mahiyyətdədir. Belə ki, bu Quran tərcüməsi islami 
iddiaları çürütmədə yetərsiz qaldığı üçün bir neçə əsr onun yayıl-
masına icazə verilməmiş, bu nöqsanlar aradan qaldırıldıqdan sonra 
1543-cü ildə çap edilmişdir. Latın dilindəki bu tərcümə əvvəlcə ita-
layan dilinə, sonra bu dildən alman dilinə, alman dilindən də hol-
land dilinə tərcümə edilmişdir.
Quranın  Avropa  dillərindəki  digər  tərcümələrinə  gəldikdə, 
Andre du Riyer, C. E. Savari, B. Kazimirski, E. Montet, D. Masson 
kimi  orientalistlər  Quranı  fransız  dilinə,  Corc  Seyl,  Edvard  Hen-
ri Palmer, Riçard Bel, Artur Con Arberi, N. J. Davood kimi ingilis 
orientalistlər  isə  ingilis  dilinə  tərcümə  etmişlər.  Rus  dilindəki  ilk 
tərcümələr də fransız dilindən rus dilinə olan tərcümələrdir. Ərəb 
dilindən rus dilinə ilk tərcümə isə Qoril Sablukova aid olub 1878-ci 
ildə Qazanda çap edilmişdir.
Quran,  XIX  əsrdən  etibarən  əvvəllər  tərcümə  olunmayan  di-
gər dillərə də tərcümə edilmişdir. İspan, polyak və yunan dillərinə 
edilən tərcümələri bu tərcümələrə misal verə bilərik. Bundan başqa 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin