Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə97/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
86
Ali İmran və Nisə surəsinin doqquz ayəsini tərcümə etmişdir.
109
 Bu 
dövrdə ümumiyyətlə Quranın rusca tərcümələri yayılmış və xalq 
Quranı anlama ehtiyacını bu tərcümələrlə qarşılamağa çalışmışdır.
110
1991-ci  ildə Azəbaycan  yenidən  öz  müstəqilliyinə  qovuşduq-
dan  sonra  Azərbaycan  xalqı  Qurani-kərimi  öz  dilində  anlamaq 
istəmiş və bu sahə ilə məşğul olan bəzi elm xadimləri da onların 
bu istəklərini qarşılamaq üçün Quranı Azərbaycan dilinə tərcümə 
etmişlər.
Belə ki, 1991-ci ildə akademik Ziya Bünyadov və Vasim Məm-
mədəliyevin  kiril  əlifbası  ilə  hazırladığı  Quran  məalı  nəşr  edildi. 
Bu məal müstəqillikdən sonra Azərbaycanda ilk Quran tərcüməsi 
olaraq tarixə keçmişdir. Məal 1996-cı ildə təkrar latın əlifbası ilə çap 
edilmişdir.  Bu  məaldan  təxminən  bir  il  sonra  isə  Nəriman  Qası-
moğlunun kiril əlifbası ilə hazırladığı tərcümə işıq üzü görmüşdür. 
1990-cı illərdən sonra tərcümə edilən digər bir Quran tərcümə-
si də Rəsul İsmayılzadə Duzalın tərcümə etdiyi tərcümədir. Azər-
baycan  dilində  olmasına  rəğmən  ərəb  əlifbası  ilə  çap  edilmişdir. 
Ərəb əlifbası ilə çap edilməsinin ən önəmli səbəbi isə Cənubi Azər-
baycanda  yaşayan  azəri  türkləri  üçün  nəzərdə  tutulmuş  tərcümə 
olmasıdır.
2000-ci  ildə  İranın  Beynəlxalq  “Əlhuda”  Nəşriyyatının  tərcü-
məçilər qrupu tərəfindən yeni bir Quran məalı dilimizə qazandı-
rılmışdır. Həmçinin həmin ildə Məhəmmədhəsən Qənioğlu və Ta-
riyel Bilaloğlunun latın qrafikasıyla hazırladıqları Quran tərcüməsi 
Türkiyə  Diyanət  Vəqfi  tərəfindən  nəşredilmişdir. Azərbaycan  di-
lində yazılan Quran təcümələrindən biri də Əhməd Kayvanpurun 
109  Erdoğan Pazarbaşı, Azerbaycanda Yaygın Kuran Tercümeleri, s. 116.
110  E. a. ə., s. 103.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin