Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)



Yüklə 81,94 Kb.
səhifə11/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
7 Ümumi tarix pdf

PARAQRAF 12. OSMANLI İMPERATORLUĞU.

Konya sultanlığı dağıldıqdan sonra müstəqil bəyliklər meydana gəldi. Onlardan birinə I Osman başçılıq edirdi. 1299-cu ildə Osmanlı dövləti yaradıldı. Osman Qazi öldükdən sonra Orxan Qazi hakimiyyətə gəldi. Orxan Qazi 1326-cı ildə Bursanı fəth etdi və Osmanlı tarixində ilk sikkələri zərb etdirdi. O, paytaxtı Bursaya köçürdü. 1329-cu ildə Maltəpə döyüşü – Bizans + Osmanlı - Bizans məğlub oldu. Maltəpə döyüşündən sonra Osmanlı dövlətinin ərazisi Egey dənizindən Konstantinapola qədər genişləndi. 1354-cü ildə Orxan Qazi Gelibolunu tutdu. I Murad (1356-1389) ilk dəfə sultan titulu qəbul etdi. (1360). O, Ədirnəni fəth etdi (1361) və 1362-ci ildə Ədirnəni paytaxt elan etdi. I Murad Bolqarıstanı özündən asılı hala saldı. 1371-ci ildə Çirmən döyüşü – Osmanlı + Serbiya –serblər məğlub oldular. 1389-cu il I Kosovo döyüşüOsmanlı qoşunları Serbləri məğlub etdi. Serb çarı Miloş Obiliç sultandan əfv diləmək üçün onun hüzuruna gətirildi. Lakin Miloş Obiliç Sultan I Muradın üstünə atılaraq onu qətlə yetirdi.

1396-cı ildə I Bəyazid Niqbolu döyüşündə Bolqarıstanın varlığına son qoydu. Həmçinin İldırım Bəyazid Serbiyanın müstəqilliyinə də son qoydu. 1402-ci ildə Ankara döyüşü – Osmanlı I Bəyazid + Əmir Teymur – Teymur qələbə çaldı. Teymur imperiyanı Bəyazidin 4 oğlu arasında böldü. Ankara döyüşü I Bəyazidin Konstantinopolu işğal etmək planlarını pozdu. 1448-ci ildə II Kosovo döyüşü oldu – II Murad Çex və Macar qoşunlarını məğlub etdi. II Mehmet (1451-1481) 1453-cü ildə Konstantinapolu mühasirəyə aldı. 1453-cü ilin mayında Konstantinapol fəth edildi. Avropanı Asiya ilə birləşdirən və tarixdə “Qızıl Körpü” adlandırılan şəhər İstanbul adı ilə paytaxt elan olundu. Bu qələbə ilə II Mehmet “Fateh” ləqəbi aldı. Beləliklə Şərqi Roma imperiyası (Bizans) süqut etdi. 1476-cı ildə II Mehmet də “Qanunnamə” qəbul etdi.

Sultan I Səlim (1512-1520) 1514-cü ildə Çaldıran döyüşündə Səfəvi şahı I İsmayılla toqquşdu və qələbə çaldı. I Səlim Mərcidabıq döyüşündə (1516) Məmlükləri məğlub etdi. 1516-cı ildə Qahirədə cümə namazı zamanı I Səlim islam xəlifəsi elan olunur. O, özünü “bütün müsəlmanların xəlifəsi” adlandırır. 1517-ci ildə Qahirənin tutulması ilə Məmlük dövləti süqut edir. 1518-ci ildə Xeyrəddin Barbaros İspan donanmasını məğlub edir. Sultan I Səlim Misiri işğal (1516) etdi.

1521-ci ildə Sultan Süleyman Qanuni (1520-1566) Belqradı, daha sonra Cənubi və Mərkəzi Macarıstanı tutdu. 1526-cı ildə Moxaç döyüşündə Sultan Süleyman macar-çex qoşunlarını məğlub edir. Sultan Süleyman Bağdadı işğal etmişdir. 1529-cu ildə Süleyman Vyananı mühasirəyə aldı. Lakin qışın sərt keçməsi və aclıq onu geri dönməyə məcbur etdi. 1535-ci ildə Osmanlı sultanı I Süleyman Fransa ilə sülh imzaladı. Bu sülh Kapitulyasiya (fəsillərə bölürəm) adı ilə tanınır və ticarət müqaviləsidir. Sülhün siyasi cəhəti isə Avstriya, İspaniya və Müqəddəs Romanı əhatə edən Habsburqlara qarşı Fransa – Osmanlı ittifaqının yaradılması idi. 1541-ci ildə Sultan Süleyman Avstriyaya yürüş etdi. İspaniya Əlcəzairə qoşun çıxardı və dənizdə baş vermiş tufan İspan donanmasının məhvi ilə nəticələndi. Əlcəzairin Osmanlı hakimiyyətində qalmasını İspaniya tanıdı. 1547-ci ildə Osmanlı və Avstriya arasında Ədirnə sülhü imzalandı - Macarıstanın şimali-qərbi Avstriyaya və qalan bütün ərazilər Osmanlıya verildi. I Süleymanı Qərb ölkələrində “Möhtəşəm”, Şərq ölkələrində isə “Qanuni” adlandırırdılar.

1571-ci ildə Lepanto döyüşündə Osmanlılar birləşmiş İspan-Venesiya-Genuya donanmasına məğlub oldular. 1683-cü ildə Macarıstan uğrunda Avstriya-Osmanlı qüvvələri arasında döyüşlər başladı və ilk döyüşlərdə türklər qələbə çalırdılar. Lakin Vyananın Osmanlı qüvvələri tərəfindən mühasirə edildiyi zaman Polşa və Almaniya qüvvələri Avstriyaya kömək etdilər və Osmanlılar məğlub oldu. Osmanlıların Avstriya qüvvələri üzərində tam şəkildə qələbə qazana bilməməsinin səbəbləri:



  1. İspaniya və Müqəddəs Roma imperiyasının Avstriyaya kömək etməsi;

  2. Şərqdə davam etməkdə olan Səfəvi-Osmanlı müharibələri.

Osmanlı dövlətində Sultan yanında Ali Məsləhər Şurası rolunu oynayan Divan fəaliyyət göstərirdi. Orxan Qazi dövründə ölkə inzibati vahidlərə - paşalıq və sancaqlıqlara bölünürdü. Ordunu möhkəmlətmək üçün Orxan Qazi hərbi islahat keçirtdi. İlk dəfə olaraq muzdlu qoşunlar yaradıldı.

Sultan

Dövləti idarə edən şəxs

Baş vəzir

Sultandan sonra ikinci şəxs, siyasi işlərə rəhbərlik edirdi. Dövlətin möhürü baş vəzirdə idi. Vəzirlər, bəylər, sancaqbəyilər ona tabe idi.

Dəftərdar

Maliyyə işlərinə rəhbərlik edirdi.

Paşalar

Paşalığın başında duran, sultan tərəfindən təyin olunan şəxslər

Sancaqbəyilər

Sancaqlığın başında dayananlar

Reaya

Vergi verən bütün əhali

Akınçı

Ordunun əsasını təşkil edən atlı feodal qoşun

Yeniçəri

Xristian və.b. dinlərdən olanlardan təşkil edilən qoşun növüdür. Onlara xüsusi təlimlər keçirilirdi.

Timar

Orduda xidmət edənlərə verilən torpaqlar


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin