nəlxalq qeyri-hökumət təşkilatı olan Roma klubu yara-
nır. Roma klubu hüquqi olaraq İsveçrədə qeydiyyatdan
keçib və Nizamnaməsinə görə bu klubun üzvlərinin sayı
100 nəfərdən artıq ola bilməz.
Roma klubu üçün “Artmaqda olan çətinliklərə
konstruktiv cavabların axtarışı və dünyanın inkişafının
qeyri-müəyyənliyi” adlı ilk məruzənin layihəsi Həsən
Özbəkxan tərəfindən təklif olunmuşdur.
H. Özbəkxan mənşəcə türkdür. Filosof, kibernetika və
planlaşdırma üzrə mütəxəssis olan H. Özbəkxan Kaliforni-
yadakı beyin mərkəzlərindən birinə rəhbərlik etmişdir.
Onun məruzəsinin əsasını “dünyanın inkişafının ilkin
modelinin və ya bir-neçə modelin işlənib hazırlanması
ideyası təşkil edirdi ki, bu ideya da dünyanın inkişaf
dinamikasının ümumi cizgilərini əks etdirirdi və sistemlər
arasındakı ümumi komponentləri və mövcud təhlükəli
əlaqələri aşkar etməyə ümid verirdi.”
15
Lakin, layihə həddən
artıq mürəkkəb və onun hazırlanması üçün verilən vaxt az
olduğundan, klubun liderləri onu Roma klubu üçün hazırlananilk məruzə kimi qəbul etmirlər.
14
А.Печчеи. Человеческие качества., M., 1985. стр.123-124. 15
А.Печчеи. Человеческие качества. M., 1985 стр.133.
48