Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məsrəflərin uçotunun və məhsulun maya dəyəri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə28/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   91
document hrclubaz 226

5.3. Məsrəflərin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyasının proseslər üzrə metodu 
 
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yasının proseslər üzrə metodu bir və yaxud bir neçə növ məh-


55 
sul istehsal edən, texnoloji prosesin qısa dövrünə malik olan
əksər hallarda bitməmiş istehsal olmayan kütləvi istehsalatlarda 
tətbiq edilir. Buna misal olaraq tikinti materialları, kimyəvi ma-
teriallar istehsal edən müəssisələr, enerji istehsalı və s. göstər-
mək olar. 
Proseslər üzrə metodun mahiyyəti ondan ibarətdir ki
müstəqim və qeyri-müstəqim xərclər kalkulyasiya maddələri 
üzrə bütün məhsul buraxılışına aid edilir. Bununla əlaqədar 
olaraq məhsul (iş, xidmət) vahidinin maya dəyəri ay ərzində 
çəkilmiş bütün xərclərin cəmini, həmin dövrdə istehsal edilən 
məhsulun miqdarına bölünməklə təyin edirlər. Məsrəflərin uçot 
obyektləri bir çox hallarda kalkulyasiya obyektləri ilə üst-üstə 
düşür. Məsrəflərin və onların əmələgəlmə yerləri üzərində nə-
zarətin gücləndirilməsi üçün bir çox müəssisələrdə istehsal bir 
sıra hallarda fazalara bölünür. Bununla əlaqədar olaraq istehsal 
məsrəfləri uçota alınan maddələri nomenklaturalarında da dəyi-
şiklik edilir. Nə qədər ki, bütün məsrəflər birbaşa (müstəqim) 
məsrəflər hesab edilir, onları iqtisadi elementlər üzrə əks etdir-
mək imkanı yaranır. 
İstehsalın yuxarıda sadalanan xüsusiyyətləri məhsulun 
maya dəyərinin uçotu və kalkulyasiyasının proseslər üzrə me-
todunun xüsusiyyətlərini şərtləndirir və onun əsasını təşkil edir. 
Ona görə də uçot ədəbiyyatlarında bu metodu müxtəlif formada 
sadə, birmərhələli proseslər üzrə və s. adlandırırlar, lakin bu 
növ məhsul istehsalı daxilində planlaşdırmanı, normalaşdırma-
nı və uçotu onun ayrı-ayrı toplananları (proseslər, fazalar) üzrə 
aparılması prinsipindən (mahiyyətindən) çıxış edilərsə meto-
dun ən düzgün adının “Məsrəflərin uçotu və məhsulun maya 
dəyərinin kalkulyasiyasının proseslər üzrə metodu” olması da-
ha məqsədəuyğun hesab edilir. 
İstehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya 
dəyəri kalkulyasiyasının proseslər üzrə metodu məhsulun ha-
zırlanması, iş və xidmətlərin yerinə yetirilməsinin texnoloji 


56 
prosesinin tərkibinin mərhələlərə ayrılmasını nəzərdə tutmur. 
Bu metodda məsrəflərin uçot obyekti bütövlükdə texnoloji pro-
ses, kalkulyasiya obyekti isə həmin texnoloji prosesin məhsulu 
hesab olunur. Məhsul vahidinin orta maya dəyəri bütün istehsal 
məsrəflərini hazır məhsulun miqdarına bölməklə alınır. Hesa-
bat kalkulyasiyası həm müstəqim, həm də qeyri müstəqim 
xərcləri özündə əks etdirir. 
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yası 1 N-li əlavə sxemdə verilmişdir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin