128
məhsul istehsalı ilə məşğul olan istehsal xəttinin fəhləsi texniki
xidmət, təmir və sazlama işlərini də yerinə yetirir, ənənəvi me-
todda isə bu işləri başqa işçilər yerinə yetirdikləri üçün bu xərc-
lər qeyri-müstəqim xərclər kateqoriyasına daxil olur. Bu da öz
növbəsində məhsul vahidinin maya dəyərinin düzgün hesablan-
ması ilə nəticələnir.
JİT prinsiplərinin tətbiqi istehsal məsrəflərinin uçotu sis-
temini sadələşdirir. Bu sadələşmə istehsalın keyfiyyətinin yax-
şılaşması, xidmətin və dəyərin qiymətləndirilməsinin yaxşılaş-
dırılması ilə nəticələnir.
JİT modelinin tətbiqinin nəticəsi olaraq materialların hə-
rəkəti aşağıdakı yazılışla rəsmiləşdirilir:
1. Malsatan təşkilatlardan material alınmışdır
Debet 202 “İstehsalat məsrəfləri”
Kredit 431, 531 “Malsatanlar və podratçılarla hesablaş-
malar”
2. Hazır məhsul buraxılışı və satışı
Debet 701 “Satışın maya dəyəri”
Kredit 202 “İstehsalat məsrəfləri”
Qeyri -müstəqim xərclərə aid edilən bir sıra xərclər JİT
sisteminin tətbiqi şəraitində müstəqim xərclər kateqoriyasına
keçir (bax: cədvəl 14).
Dostları ilə paylaş: