Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Direkt – Kosting sisteminin üstünlükləri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə74/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   91
document hrclubaz 226

12.5. Direkt – Kosting sisteminin üstünlükləri 
 
 Direkt – Kosting sisteminin üstünlükləri aşağıdakılardan 
ibarətdir: 


174 
1. Marjinal gəlirin həm bütövlükdə müəssisə üzrə, həm 
də müxtəlif məmulatlar, işlər, xidmətlər və onların satış 
bazarlarının sektorlarının dəyişilməsinə xüsusi diqqət 
yetirilməsi; 
2. Yüksək rentabelli məhsul, iş və xidmətlərin aşkara 
çıxarılması, belə ki satış qiyməti ilə dəyişən xərc məbləği 
arasındakı fərq sabit xərclərin şərti hissəsinin konkret növ 
məhsul və növlərinin maya dəyərinə silinməsi nəticəsində əhə-
miyyətini itirmir və ört-basdır (pərdələnmir) edilmir. 
3. Bazarın dəyişən şəraitinə cavab olaraq istehsalın təcili 
olaraq istiqamətinin dəyişdirilməsi. 
Direkt – Kosting sisteminin digər bir qiymətli cəhəti 
ondan ibarətdir ki, yalnız dəyişən xərclərin hesabına məhsulun 
maya dəyərinin məhdudlaşdırılması məsrəf maddələrinin 
azalması hesabına normalaşdırmanın, planlaşdırmanın, uçot və 
nəzarətin sadələşdirilməsinə səbəb olur, yəni maya dəyərinin 
ayrı-ayrı məsrəfləri isə daha yaxşı nəzarət etmək mümkün olur. 
Nəzarət edilən məsrəf və kalkulyasiya obyektlərinin sayı nə 
qədər çox olursa, bir o qədər də onların üzərində diqqəti 
genişləndirmək bu nəzarətin zəifləməsi ilə nəticələnir. 
Direkt – Kosting sisteminin tətbiqi sayəsində uçotun 
analitik imkanları daha da genişləndirilir və uçotla təhlil 
arasında inteqrasiya prosesi yaranir. Ona görə heç də təsadüfi 
deyil ki, xarici ölkələrdə Direkt – Kostingi həm də müəssisənin 
idarə edilmə vasitəsi adlandırırlar. Bu əsasən uçot təhlil və 
idarəetmə qərarlarının qəbulunun kompleks formada Direkt- 
Kosting sistemində cəmləşməsi ilə əlaqədardır. Bunun da əsa-
sında kontrollinq sistemi yaradılır. İstehsalın həcminin 
dəyişdirilməsindən asılı olaraq dəyişən və sabit xərclərin 
hərəkətinin təhlili əsasında marjinal gəlirin dərəcələrindən 
istifadə etməklə iqtisadi cəhətdən əsaslandırılmış operativ ida-
rəetmə qərarlarının qəbuluna, buraxılan məhsulun çeşidinin 


175 
optimallaşdırılmasına 
və 
aşağıdakı 
sualların 
cavablandırılmasına şərait yaranır: 
1. Yeni məhsula qiymətin təyin olunmasına; 
2. Qiymətin rəqiblər tərəfindən müəyyən edilmiş qiymətə 
uyğun olaraq dəyişdirilməsinə ; 
3. Avadanlığın seçilməsinə və dəyişdirilməsinə; 
4. Bu və ya digər yarımfabrikatların, alətlərin, taraların 
və s. öz istehsalının və yaxud kənardan satın alınmasının 
məqsədəuyğunluğuna; 
5. Müəssisənin istehsal gücünün seçilməsinə və 
dəyişdirilməsinə; 
6. Əlavə sifarişlərin qəbulunun məqsədəuyğunluğuna. 
İstehsalın uçotunun Direkt – Kosting sistemi ilə 
aparılması bir sıra problemlərlə bağlıdır ki, bu da onun 
özünəməxsus xüsusiyyətlərindən irəli gəlir: 
1. Xalis sabit və xalis dəyişən xərclər elə də çox olmadığı 
üçün xərclərin sabit və dəyişən xərclərə bölünməsi zamanı 
çətinlik yaranır. Xərclər əsasən yarımdəyişən olurlar, bunları 
sabit və dəyişən xərclərə bölmək lazımdır. Hər cür bölünmə 
şərtilik xarakteri daşıyır. Bundan əlavə müxtəlif şəraitdə eyni 
xərc özünü müxtəlif cür apara bilər; 
2. Sabit xərclər də dolayı yolla olsa da məhsul 
istehsalında iştirak edir, deməli onun maya dəyərinə daxil 
edilməlidir. Direkt – Kosting sistemi istehsal olunan məhsul 
müəssisəyə neçəyə başa gəlir, onun tam maya dəyəri nə 
qədərdir kimi suallara cavab vermir; 
3. 
Maya 
dəyərinin 
uçotunun 
məhdudlaşdırılmış 
nomenklatura maddələri üzrə aparılması, mühasibat uçotunun 
mövcud tələblərinə cavab vermir. Digər tərəfdən də uçotun ən 
mühüm vəzifələrindən biri məhsul və xidmətlərin tam maya 
dəyərinin kalkulyasiyasından ibarətdir; 
4. Məhsullara qiymət təyin edərkən müəssisənin bütün 
xərclərinin 
ödənilməsi 
təmin 
edilməlidir, 
yəni 
əlavə 


176 
hesablamaların aparılması zərurəti meydana çıxır. İstənilən 
sistemdə ideal sistem və ideal metod yoxdur, hər bir metodun 
özünün də çatışmayan cəhətləri vardır. Ona görə də rəhbər 
(menecer) Direkt – Kostingin sistem və metodlarının 
xüsusiyyətlərini dərindən, hərtərəfli dərk etməli, onun mənfi 
cəhətlərini kənarlaşdırmalı və müsbət cəhətlərindən səmərəli 
istifadə edilməlidir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin