13.2. Məsrəflərin təsnifatının məhsulun maya dəyərinin
formalaşmasına təsiri
Məsrəflərin idarə olunması sistemində onların istənilən
əlamətlər üzrə təsnifləşdirilməsinin əsas məqsədi müəssisənin
gələcək istehsal təsərrüfat fəaliyyəti haqqında düzgün, səmərəli
və iqtisadi cəhətdən əsaslandırılmış qərarların qəbul edilməsi
ilə bağlıdır. Müəssisənin rəhbəri qərar qəbul edərkən bilməlidir
ki, bu qərar özündə nə qədər və hansı məsrəfləri, faydanı, xeyri
ehtiva edir. Ona görə də məsrəflərin təsnifat prosesi dedikdə
müəssisə rəhbərinin təsir edə biləcəyi məsrəflərin təsnifatı başa
düşülür.
İstehsal müəssisələrində mühasibat uçotunun təşkili
təcrübəsində
məsrəflərin
uçotunun
məqsədindən
və
istiqamətindən asılı olaraq onların təsnifləşdirilməsinin
müxtəlif variantlarından istifadə edilir. İnformasiyanın daxili
və xarici (kənar) istifadəçiləri uçotun istiqamətini elə müəyyən
edirlər ki, onlar məsrəflər, məsariflər və xərclər haqqında
lazımi informasiya ilə təmin edilmiş olsunlar. Bu anlayışlardan
(məsrəf, məsarif, xərc) yalnız iqtisadi ədəbiyyatlarda istifadə
edilmir, normativ sənədlərdə də istifadə olunur. Yuxarıda
sadalanan anlayışların mahiyyəti ilə diqqətlə tanış olduqda elə
çıxır ki, bunlar hamısı müəyyən əməliyyatın yerinə yetirilməsi
ilə əlaqədar olan eyni məsələni, yəni eyni mənanı daşıyır.
179
“Məsariflər” anlayışı əsasən iqtisadi nəzəriyyədə işlədilir.
“Məsrəf” müəssisədə müəyyən əməliyyatların yerinə
yetirilməsi ilə bağlı olaraq məbləğ sərfiyyatı deməkdir. Bunlar
özlərində açıq-aşkar (mühasibat, hesablaşma) 2 məsarif
(sərfiyyat) və alternativ sərfiyyata bölünür. Açıq-aşkar məsarif
dedikdə müəssisənin istehsal prosesində və məhsul, iş və
xidmət tədavülündə iqtisadi resursların satın alınması və
xərclənməsi ilə əlaqədar olaraq pul istifadəsində faktiki sərf
edilmiş məsrəflər başa düşülür.
Alternativ məsrəflər müəssisənin səhvi üzündən itirilmiş
mənfəət (qazanc) deməkdir. Hansı ki, onu alternativ məhsul
istehsal etməklə, alternativ qiymət qoymaqla, alternativ bazar
seçməklə ala bilərdi.
İqtisadi nəzəriyyədə və təcrübədə “Məsarif” anlayışı
məhsul istehsalı baxımından “Məsrəflər” anlayışı kimi işlədilir.
Bir sıra müəlliflər “İstehsal məsrəfləri” anlayışını
“İstehsal məsarifləri” anlayışı ilə eyniləşdirirlər ki, bu da
reallığa (həqiqətə) uyğun deyil. “Məsariflər” anlayışı
“Məsrəflər” anlayışından daha geniş məfhumdur.
Məsariflər məhsul istehsalı və satışı ilə bağlı olan
müxtəlif növ məsrəflərin məcmusu deməkdir. Istehsal
məsariflərinə məhsul istehsal və satışına sərf edilən material,
əmək, maliyyə və digər növ resurslar aiddir. Bundan əlavə
məsariflərə birdəfəlik sosial vergi, çıxdaşdan itkilər, təminatlı
təmir və s. də daxil edilir.
İstehsalata məsrəflər və istehsal məsrəflərini yalnız
müəyyən şəraitlər daxilində eyniləşdirmək olar. Məsrəflərə
yalnız faktiki olaraq açıq-aşkar sərf edilən xərcləri aid etmək
olar. Məsrəflər, bu müəyyən hesabat dövründə məhsul
istehsalına və satışına sərf edilən material, əmək, maliyyə, təbii
resurslar, informasiya və digər növ resursların dəyərinin pul ilə
qiymətləndirilməsidir.
Məsrəflər aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
180
a) müxtəlif növ resursların ölçü prinsipini təmin etmək
şərti ilə resursların pul ilə qiymətləndirilməsidir;
b) məqsədli proqramla, onların bütövlükdə və bu
prosesin hansısa mərhələsi ilə məhsul istehsalı hasilatını təmin
edən;
c) Vaxtın müəyyən dövrü ilə yəni, vaxtın həmin
dövründə məhsula aid edilməlidir.
Məsrəflərdən
fərqli
olaraq
xərclər
istehsal
müəssisələrinin vəsaitlərinin azaldılmasını və yaxud istehsal
təsərrüfat fəaliyyət prosesində onun borc öhdəliklərinin
artmasını özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, xərclərin vergiqoyma məqsədi
ilə istifadə olunan təsnifləşdirilən əlamətləri bir-birindən
əhəmiyyətli surətdə fərqlənirlər. Belə ki xərclər vaxtın
müəyyən dövründə sənədlərlə təsdiq edilmiş, iqtisadi cəhətdən
əsaslandırılmış öz dəyərini tam həmin dövrdə satılmış məhsula
keçirilmiş məsrəflərdir.
İstehsal
müəssisələri
məhsulun
maya
dəyərini
hesablamaq üçün:
a) məhsulun maya dəyəri göstəricisi üzrə planın yerinə
yetirilməsinin və onun dinamikasının qiymətləndirilməsi;
b) istehsalın və ayrı-ayrı növ məhsulların rentabelliyinin
təyin edilməsi;
c)
məhsulun
maya
dəyərinin
aşağı salınması
ehtiyatlarının aşkara çıxarılması;
ç) məhsullara qiymətin təyin edilməsi; yeni texnika,
texnologiya və təşkilati texniki tədbirlərin tətbiqinin iqtisadi
faydalılığının hesablanması;
e) yeni məhsulların istehsalı və bazarı nisbətən zəif olan
məhsulların istehsaldan çıxarılması haqqında qərarların iqtisadi
cəhətdən əsaslandırılması kimi işlər görülməlidir.
Məhsulun maya dəyəri özündə müəssisənin istehsal
xüsusiyyətlərindən asılı olan və olmayan müxtəlif növ
181
məsrəfləri birləşdirir. Bununla əlaqədar olaraq məhsulu əmələ
gətirən
(əsasını
təşkil
edən)
məsrəflərin
tərkibinin
əsaslandırılmış təsnifatının istifadə edilməsi mühüm əhəmiyyət
kəsb edir. Məhsulun maya dəyərini əmələ gətirən məsrəflərin
sadəcə olaraq sadalanması göstərir ki, onlar nə özlərinin
tərkibinə, nə də məhsulun hazırlanmasındakı roluna görə bir-
birindən köklü surətdə fərqlənirlər. Bir məsrəf bilavasitə
məhsulun hazırlanması və buraxılışı (material, əməkhaqqı,
amortizasiya və s.) ilə, digəri isə istehsalat xidməti və onun
idarə olunması ilə bağlıdır. Bundan əlavə, məsrəflərin bir
hissəsi konkret növ məhsulun maya dəyərinə birbaşa, digər
hissəsi isə bir neçə növ məhsulun istehsalı ilə bağlı olduğuna
görə dolayı yol ilə daxil edilir. Ona görə də məsrəflərin
uçotunun və məhsulun maya dəyəri kalkulyasiyasının düzgün
təşkili
üçün müstəqim və qeyri-müstəqim xərclərin
təsnifləşdirilməsi əlamətlərinin düzgün seçilməsinə ciddi fikir
vermək lazımdır ki, bunlara da aşağıdakılar daxildir:
1. Məsrəflərin tərkibi və iqtisadi məzmunu;
2. Onların baş verdiyi (sərf edildiyi) yer və onların
daşıyıcıları;
3. Məhsulun hazırlanması texnoloji prosesindəki rolu və
təyinatı;
4. Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə;
5. İnformasiya istifadəçilərinin istehsalın həcminə
nisbətinə görə.
Məsrəflər tərkibinə görə - birelementli və kompleks
xərclər olmaqla iki yerə ayrılır. Yalnız bir elementdən ibarət
olan xərclərə (material, əməkhaqqı, amortizasiya və s.)
birelementli xərclər deyilir.
Bir neçə elementdən (əməkhaqqı, amortizasiya, elektrik
enerjisi) ibarət xərclər (ümumistehsalat, ümumtəsərrüfat)
kompleks xərclər adlanır.
182
Məhsulun maya dəyərinə və onun kalkulyasiyasına təsir
edən amillərdən biri də məsrəflərin iqtisadi elementlər və
kalkulyasiya maddələri üzrə düzgün qruplaşdırılmasıdır.
Məhsul istehsalına və satışına çəkilən ilkin eynicinsli
məsrəflərə iqtisadi element deyilir. Bu məsrəflər müəssisə üzrə
öz tərkib hissələrini parçalamaq qeyri-mümkündür. Məsrəflərin
elementlər üzrə qruplaşması vaxtın müəyyən dövründə
müəssisə üzrə bütövlükdə bu və ya digər növ məsrəfdən, onun
harada baş verməsindən və hansı konkret növ məhsula sərf
edilməsindən asılı olmayaraq nə qədər sərf edilməsidir.
Məsrəflərin iqtisadi elementlər üzrə qruplaşdırılması
maliyyə uçotunun obyekti hesab olunur və illik mühasibat
hesabatları tərtib edilərkən istifadə edilir ki, bu informasiyalar
da əsasən kənar istifadəçilər üçün hazırlanır. Məsrəflərin
iqtisadi elementlər üzrə qruplaşdırılması əsas fondlara,
dövriyyə vəsaitlərinə, əmək haqqı fonduna və s. olan tələbatın
hesablanmasına imkan verir. Lakin məsrəflərin bu əlamət üzrə
qruplaşdırılması müəssisənin ayrı-ayrı struktur bölmələri üzrə
məsrəflərin həcmini müəyyən etməyə və məhsulun maya
dəyərini hesablamağa imkan vermir. Məsələn, müəssisədə
elektrik enerjisi məhsul istehsalının texnoloji prosesində də
istifadə oluna bilər, inzibati idarəetmə məqsədləri ofis binasının
işıqlandırılması üçün də istifadə oluna bilər. Eləcə də elektrik
enerjisi
texnoloji
prosesdə,
müxtəlif
məmulatların
hazırlanmasında müxtəlif miqdarda, bir məmulat çox, digər
məmulat az miqdarda istifadə oluna bilər.
Bu məsələlərin həll edilməsi üçün məsrəflərin xərc
maddələri üzrə təsnifatından istifadə edilir ki, bu da yalnız
daxili istifadəçilər üçün hazırlanır.
Kalkulyasiya maddələri dedikdə həm bütövlükdə
müəssisə üzrə, həm də ayrı-ayrı növ məhsul üzrə məhsulun
maya dəyərini əmələ gətirən məsrəflər başa düşülür.
183
Məsrəflərin
kalkulyasiya
maddələri
üzrə
təsnifləşdirilməsi aşağıdakı göstəricilərin təyin edilməsinə və
hesablanmasına imkan verir:
1. Məsrəflərin təyinatını və onların maya dəyərinin
hesablanması və kalkulyasiya edilməsi;
2. Xərclər üzərində nəzarət etmək;
3. Bütövlükdə müəssisə üzrə təsərrüfat fəaliyyəti və onun
ayrı-ayrı bölmələri üzrə keyfiyyət göstəricilərini aşkara
çıxarmaq;
4. İstehsal məsrəflərinin aşağı salınması üzrə axtarışları
hansı istiqamətlər üzrə aparmaq;
5. İstehsal məsrəflərinin analitik uçotunun kalkulyasiya
maddələri üzrə aparılması;
6. Ayrı-ayrı məhsul növlərinin plan və faktiki
kalkulyasiyasının həmin maddələr üzrə aparılması.
İstehsal müəssisələrində məsrəflərin xərc maddələri üzrə
təsnifatı əsas kimi qəbul edilir. Lakin hər sənaye sahəsinin
spesifik (özünəməxsus) xüsusiyyətindən çıxış edilərək həmin
sahələrdə
kalkulyasiya
maddələri
“Maya
dəyərinin
planlaşdırılması, uçotu və kalkulyasiyası” üzrə sahəvi
təlimatlara uyğun olaraq fərqləndirilir.
Kalkulyasiya
maddələrinin
ümumi
şəkildə
nomenklaturası aşağıdakılardan ibarətdir:
1. Xammal, əsas material, satın alınmış yarımfabrikatlar
və komplektləşdirici məmulatlar;
2. Öz istehsalının yarımfabrikatları;
3. Sexlərdən geri qaytarılmış atqıntılar (çıxılır) ;
4. Köməkçi materiallar;
5. Texnoloji məqsədlər üçün istifadə olunan yanacaq və
enerji;
6. İstehsal fəhlələrinin əmək ödənişi xərcləri;
7. Sosial ehtiyaclara ayırmalar;
8. Maşın və avadanlıqların istismarı üzrə xərclər;
184
9. Ümumsex xərcləri;
10. Sair istehsal xərcləri;
11. Sex istehsal maya dəyərinin yekunu;
12. Ümumtəsərrüfat xərcləri;
13. Ümumzavod istehsal maya dəyərinin yekunu;
14. Satış xərcləri;
15. Tam maya dəyərinin cəmi.
Məsrəflər baş vermə yerlərinə sexlər, sahələr, şöbələr,
briqadalar və müəssisənin digər struktur bölmələri, yəni məsrəf
mərkəzləri üzrə qruplaşdırılır və uçota alınır. Məsrəflərin bu
qaydada qruplaşdırılması uçotun istehsal prosesinin mərhələləri
(mərhələ, dövr, faza, proses, əməliyyat) üzrə aparılmasına
səbəb olur və məhsulun maya dəyərinin müəyyən edilməsini və
firmadaxili hesablaşmanın təşkilini təmin edir. Məsrəflərin
müəssisənin funksional fəaliyyətindən və onların əmələgəlmə
yerlərindən asılı olaraq qruplaşdırılması da məsrəflərin
yuxarıda verilmiş təsnifatı ilə əsaslı surətdə əlaqədardır. Bu
əlamət üzrə məsrəflər aşağıdakı kimi qruplaşdırılır:
a) təchizat-tədarük əməliyyatları üzrə;
b) istehsal prosesi üzrə;
c) kommersiya-satış əməliyyatları üzrə;
ç) təşkilati idarəetmə mərhələsi üzrə.
Yuxarıda
göstərilən
qruplaşmalar
aşağıdakılarla
nəticələnir:
1.
Məsuliyyət
mərkəzlərinin
fəaliyyətinin
möhkəmlənməsi və məsuliyyət mərkəzləri arasında qarşılıqlı
əlaqələrin və qarşılıqlı asılılığın gücləndirilməsi;
2. Sərf edilmiş məsrəflər haqqında daha düzgün
informasiyanın təqdim edilməsinin təmin olunması;
3. Menecerlərə məhsul satışının yolları, qiyməti, tərkibi,
növü haqqında qarşılıqlı, əsaslandırılmış qərarların qəbul
etmələrinə köməklik edir;
185
4.
Müəssisənin
istehsal-kommersiya
fəaliyyətinin
səmərəliliyinin yüksəldilməsinə səbəb olur.
Uçot və kalkulyasiya sisteminin seçilməsində məsrəflərin
istehsalın həcminə nisbəti üzrə qruplaşdırılması həlledici rol
oynayır. Bu əlamət üzrə məsrəflər sabit məsrəflər və dəyişən
məsrəflər olmaqla iki yerə ayrılır. İstehsalın həcminin
dəyişməsi ilə birlikdə həcmi dəyişən məsrəflərə dəyişən
məsrəflər deyilir. Dəyişən xərclərə xammal və material,
texnoloji məqsəd üçün istifadə edilən yanacaq və enerji,
istehsal fəhlələrinin əmək haqqı və s. daxildir.
İstehsalın həcmi dəyişərkən həcmi dəyişməyən məsrəflər
sabit məsrəflər adlanır. Bunlara ümumsex, ümumtəsərrüfat və
s. xərclər daxildir.
Məhsulun maya dəyərinin planlaşdırılması uçotu və
təhlili işlərinin normal gedişatında məsrəflərin sabit və dəyişən
xərclərə bölünməsi mühüm əhəmiyyət kəsb edir. Sabit və dəyi-
şən xərclər müəssisələrin iş təcrübəsində özünü əsas (istehsal)
və üstəlik (dövri) xərclər kimi büruzə verir. Əsas xərclər
məhsulun hazırlanmasının texnoloji prosesləri ilə əlaqədar olan
xərclər daxildir. Bunlara məhsulun sex istehsalat maya
dəyərinin tərkibinə daxil olan məsrəflər (xammal, material və
yarımfabrikatların dəyəri, texnoloji məqsədlər üçün istifadə
edilən yanacaq və enerjinin dəyəri, istehsalat fəhlələrinə
hesablanan əməkhaqqı xərcləri, sosial ehtiyaclar üçün aparılan
ayırmalar, maşın və avadanlıqların istismarı üzrə xərclər və s.)
daxil edilir. Məhsulun satışı, idarə olunması, istehsalın təşkili
və xidməti ilə bağlı olan xərclərə üstəlik (dövri) xərclər deyilir.
Üstəlik xərclər kompleks ümumtəsərrüfat və kommersiya xərc-
lərindən ibarətdir. Bu xərclərin həcmi müəssisənin istehsal-
kommersiya fəaliyyətinin təşkilindən, inzibati idarə heyətinin
işgüzar siyasətindən, hesabat dövrünün müddətindən, müəssi-
sənin quruluşundan və digər amillərdən asılıdır. Məsrəflərin
əsas və üstəlik xərclərə bölünməsinin mahiyyəti ondan
186
ibarətdir ki, məhsulun maya dəyərinə yalnız istehsal xərcləri
daxil edilməlidir. Bunlar məhsulun istehsal maya dəyərini
formalaşdırır və məhsul vahidinin maya dəyərinin
hesablanması üçün istifadə edilir.
Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə
məsrəflər müstəqim və qeyri-müstəqim xərclər olmaqla iki
yerə ayrılır. Konkret növ məhsulun istehsalına sərf olunan
xərclərə müstəqim xərclər deyilir. Ona görə də bu xərclər baş
verdiyi zaman ilk sənədlərə əsasən birbaşa kalkulyasiya
obyektinə silinir. Qeyri-müstəqim xərclər bir neçə növ məhsul
istehsalına sərf olunan xərclərə aiddir. Qeyri-müstəqim xərclər
hesabat
dövrü
ərzində müvafiq toplayıcı-bölüşdürücü
hesablarda toplanır və ayın axırında bölüşdürülmə metoduna
əsasən ayrı-ayrı məhsul növləri arasında bölüşdürülür.
Məsrəflər baş verdikləri vaxtdan və məhsulun maya dəyərinə
daxil edildiyi vaxtdan asılı olaraq cari və təxirə salınmış
xərclərə bölünür. Müəyyən hesabat dövrü ərzində məhsul
istehsalına və satışına sərf olunan xərclərə cari xərclər deyilir.
Gələcək dövrün xərcləri və qarşıdakı xərclər isə təxirə salınmış
xərclər hesab olunur.
Məsrəflər sərf edildikləri müddətdən asılı olaraq
planlaşdırılan
və
planlaşdırılmayan
xərclərə
ayrılır.
Planlaşdırılan xərclərə müəssisənin təsərrüfat fəaliyyəti ilə
əlaqədar olan və istehsal məsrəflərinin smetasında nəzərdə
tutulan məhsuldar xərclər aid edilir. Bu xərclər normalara,
normativlərə, limitlərə və smetalara uyğun olaraq məhsulun
plan maya dəyərinə daxil edilir. Planlaşdırılmayan xərclər –
qeyri-məhsuldar xərclər hesab olunur, təsərrüfat fəaliyyətinin
normal şəraitindən çıxış etmir və zəruri hesab olunmayan
xərclərdir.
Bu
xərclərə
məhsul
çıxdaşından
və
boşdayanmalardan alınan itkilər daxil edilir və onlar yalnız
əmtəəlik məhsulun faktiki maya dəyərinə daxil edilir.
|