Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru



Yüklə 1,74 Mb.
səhifə1/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   59
Mühəndis ekologiyası kitabı


N.K. DAVUDOV, F.B. VERDİYEVA, İ.M. ƏLİYEVA

MÜHƏNDİS

EKOLOGİYASI

(Ali məktəblər üçün dərs vəsaiti)

GƏNCƏ – 2019
ELMİ REDAKTORU:

RƏYÇİLƏR:
Azərbaycan Dövlət Aqrar Universitetinin “Kənd təsərrüfatı texnikası” kafedrasının professoru texnika elmləri doktoru Q.B.Məmmədov
Azərbaycan Texnologiya Universitetinin “Mexanika və metallurgiya” kafedrasının dosenti, texnika elmləri doktoru

Ə.Q.Məlikov


N.K. Davudov

F.B. Verdiyeva, İ.M. Əliyeva

Ekologiya mühəndisliyi (ali məktəblər üçün dərs vəsaiti). Gəncə: 2018, 144 səh.

Dərs vəsaiti «Еkologiya mühəndisliyi» ixtisası üzrə ali təhsilin bakalvr pilləsinin tələbələri və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.



MÜNDƏRİCAT

Ön söz ....................................................................................... 5

I Fəsil. Hava (qaz) təmizləyici vasitələrin hesabatı

1.1.Hava hövzəsinin çirklənməsinin hesablanması .................. 7

1.2.Atmosferə ixrac olunan zərərli maddə tullantılarının

buraxıla bilən həddinin müəyyənləşdirilməsi ........................... 9

1.3. İstehsal binalarının daxilinə ixrac olunan zərərli qazların miqdarının təyini və qəza ventilyasiyasının hesabatı ............. 13

1.4. Tozçökdürücü kameranın hesabatı .................................. 16



1.5. Siklonun hesabatı ............................................................ 19

1.6. Köpüklü toztutucunun hesabatı ....................................... 24

1.7. Venturi skrubberinin hesabatı ......................................... 30

1.8. Absorberin hesabatı ......................................................... 36

1.9. Elektrofiltrin hesabatı ...................................................... 42

II Fəsil. Hidrosferi mühafizə vasitələri və onların hesabatı

2.1. Dövriyyəli su təchizatı sistemlərinin hesabatı ................. 49

2.2.Qapalı sudan istifadə sisteminin hesabatı ......................... 53

2.3. Çirkab sularını mexaniki təmizləmə qurğularının (barmaqlıq və qumtutucu) tələb olunan həcminin və həndəsi ölçülərinin hesabatı ................................................................. 55

2.4. Şaquli çökdürücünün hesabatı ......................................... 60

2.5. Seperatorun hesabatı ........................................................ 64

2.6. Təzyiqli hidrosiklonun hesabatı ...................................... 68

2.7. Flotasiya qurğusunun hesabatı ........................................ 71

2.8. Çirkab suyunu bioloji təmizləmə üçün aerotenkin hesabatı ................................................................................... 74

2.9. Çirkab suyunun təmizlənməsi zamanı yaranan çöküntünü sabitləşdirən qurğunun hesablanması ..................................... 78

III Fəsil. Ətraf mühiti fiziki təsirlərdən mühafizə vasitələrinin hesabatı

3.1. İstehsalat səs – küylərinin normalaşdırılması .................. 84

3.2. Müəssisə ərazisində səs-küyün səviyyəsinin təyini ......... 86

3.3. Səs – küyün cəmlənmiş səviyyəsinin təyini .................... 87

3.4. Akustik ekranın hesabatı ................................................. 88

Əlavələr

Əlavə A ................................................................................... 91

Əlavə B ................................................................................. 122

İstifadə olunmuş ədəbiyyat ................................................... 140



Ön söz
Müasir dövrdə istənilən ixtisasa malik mütəxəsislər müəyyən biliklər kompleksinə və səviyyəsinə malik olmaqla bərabər, eyni zamanda ekoloji dünyagörüşünə və təfəkkürünə də yiyələnməlidirlər. Çünki, bu biliklər onların istehsalat fəaliyyətlərini analiz edərək qiymətləndirməsinə, bu fəaliyyətin ətraf təbii mühitə təsirini dərk etməyə və müstəqil qərar qəbul etməsinə bir “açardır”.

Müasir dövrün ən əsas ekoloji və sosial problemlərindən biri sənaye müəssisələrinin fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsidir. İstənilən sənaye müəssisəsi öz fəaliyyət prosesində faydalı məhsullar istehsalı ilə yanaşı külli miqdarda tullantılar da “istehsal” edir ki, bunlar da ətraf mühitə atılır və onun çirklənməsinə səbəb olur. Hazırkı dövrdə bu problemlərin həlli ixrac olunan qazların zərərli qarışıqlardan səmərəli təmizlənməsi, çirkab sularının təmizlənməsi, həmçinin tullantıların zərərsizləşdirilməsi və utilləşdirilməsi ilə bağlıdır.

Təqdim olunan dərs vəsaitinin əsas məqsədi “Ekologiya mühəndisliyi” fənninin öyrənilməsi zamanı əldə olunmuş nəzəri bilikləri və praktiki vərdişləri möhkəmləndirməkdən, konkret istehsalat məsələlərinin həlli zamanı onlardan istifadə imkanlarını reallaşdırmaqdan, həmçinin də tələbələrdə analitik, layihə və elmi-tədqiqat vərdişlərini inkişaf etdirməkdən ibarətdir.

Nəzərdə tutulmuş məşğələ işlərini yerinə yetirərkən tələbələr ilkin verilmiş məlumatları təhlil etmək, çirklənmə mənbələrinə görə təmizləmə texnika və texnologiyasını, üsulunu seçmək və s. kimi məsələlərin həlli yollarına müstəqil qərar vermək bacarığına yiyələnməlidir.

Praktiki məsələlərin həlli eyni zamanda tələbələrdə elmi ədəbiyyatlardan, sorğu materiallarından və dövri nəşr olunan ixtisaslaşmış jurnallardan istifadə etmək vərdişini də formalaşdırmağa xidmət edəcəkdir.

Təqdim olunan bu dərs vəsaiti də məhz bu nöqteyi-nəzərdən tərtib edilmişdir. Burada əsasən atmosferə ixrac olunan zərərli istehsalat ayrıntılarının yayılması, tüstü qazlarının və çirkab sularının təmizlənməsi üçün avadanlıqların hesabatı, dövriyyəli su təchizatı və qapalı sudan istifadə sistemlərinin hesablanması və s. kimi aktual məsələlərlə bağlı nəzəri biliklər və praktiki məsələlər şərh edilmişdir.

“Ekologiya mühəndisliyi” fənni gələcək mütəxəsislər üçün olduqca vacibdir. Belə ki, bu sahənin mütəxəsisləri qarşısında müxtəlif sənayesi müəssisələrinin ətraf mühitə göstərdiyi təsirləri araşdırmaq, bu təsirləri ləğv etmək və ya minimuma endirmək vəzifəsi durur. Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün isə nəzəri biliklərlə yanaşı, praktiki işlərin də mənimsənilməsi günümüzün tələbidir.

Dərs vəsaiti 050649 – «Еkologiya mühəndisliyi» ixtisası üzrə ali təhsilin bakalvr pilləsinin tələbələri və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Dərs vəsaiti “Ekologiya mühəndisliyi” üzrə təsdiq olunmuş fənn proqramına əsasən işlənilmişdir.





Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin