I Fəsil. Hava (qaz) təmizləyici vasitələrin hesabatı
1.1. Hava hövzəsinin çirklənməsinin hesablanması
Atmosferə ixrac olunan zərərli tullantıların hesablanması hava hövzəsinə buraxılan zərərli ayrıntıların miqdarının və zərərli maddələr atmosfer havasında yayıldıqdan sonra yerüstü qatda onların qatılığı nəzərə alınmaqla aparılır.
Ətraf havanın çirklənməsini (çirkliliyini) hesablamaq üçün qazların atmosferə buraxılmasının effektiv hündürlüyü müəyyənləşdirilir (məsələn, tüstü borusunun hündürlüyü). Bu zaman hesab olunur ki, tüstü borusu koordinat başlanğıcında yerləşir. Yerüstü qatda qazların maksimal qatılığı küləyin orta sürəti istiqamətində qaz oxunun proeksiyası üzərində əmələ gəlir (Şək. 1.1).
Dostları ilə paylaş: |