Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Hesabat aşağıdakı ardıcıllıqla aparılır



Yüklə 1,74 Mb.
səhifə6/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59
Mühəndis ekologiyası kitabı

Hesabat aşağıdakı ardıcıllıqla aparılır:

1 .Avadanlıq və boruların boşluqlarından çıxan ZİA-nın miqdarı aşağıdakı kimi təyin olunur:


(1.15)
burada: - istismarın xarakterini səciyyələndirən əmsal (1,5 qəbul olunur);

Poişçi təzyiq, Pa-la;

V – avadanlıq və boruların zərərli qazlarla dolmuş həcmi, m3 – la;

A – qazın molekulyar çəkisinin onun mütləq temperaturuna olan nisbətidir.

Bu hesabatı apararkən ZİA-nın otağın həcmi daxilində bərabər paylandığı nəzərdə tutulur.



2. Həcmcə ZİA-nın orta qatılığı:

, q/m3 . (1.16)
burada: C0 – otağın həcminin 1 m3-da olan ZİA-nın başlanğıc qatılığı, q/m3-la;

Mza – 1 saat ərzində ayrılan ZİA-nın miqdarı, m3/saat-la;

V – otağın həcmi, m3-la;

- ZİA-nın otağa daxil olma müddətidir, saat-la.

ZİA-nın qatılığının artım sürəti Mza/V nisbəti ilə müəyyən olunur.

Əgər, havada ZİA-nın qatılığı 1 saatdan az ( 1 saat) vaxt ərzində BBQ-a çatarsa, deməli ventilyasiya məcburidir (Şək. 1).

Əgər, ZİA-nın miqdarının dəyişməsi 2 xətti üzrə baş verərsə (8 saat>>1saat) onda ventilyasiyanı işin başlanğıcından müəyyən müddət keçdikdən sonra da işə salmaq olar.

Əgər, ZİA-nın qatılığı növbə ərzində BBQ-a çatmışsa (3-cü xətt) ventilyasiya sistemi nəzərdə tutulmaya bilər.

İstehsalat binalarının daxilinə ani olaraq (qəza, yanğın və s.) ZİA-i daxil olduqda qəza ventilyasiyası tətbiq olunmalıdır. Bu ventilyasiya ZİA-nın qatılığını C < C0 həddinə qədər azaltmalıdır.




3. Qəza ventilyasiyası, havanın sorulması prosesi olduğu üçün sorucu ventilyatorun məhsuldarlığını hesablamaq lazımdır.

Bunun üçün ilk öncə prosesin ölçüsüz parametrləri – həcmə görə orta qatılıq , ZİA-nın otağa daxil olma müddəti və ventilyasiyanın orta həcmi məhsuldarlığı - hesablanır.


, q/m3. (1.17)
, dəq. (1.18)
4. Ventilyasiyanın orta həcm məhsuldarlığı sorğu materiallarından və -nun asılılıq nomoqramından təyin edilir.

Sorucu ventilyasiyanın məhsuldarlığı:



m3/saat. (1.19)
Hava mübadiləsinin dəfəliliyi:

saat-1. (1.20)
Qəza ventilyasiya sistemini zərərli qazların miqdarı BBQ-dan çox olduqda avtomatik işə salmaq üçün istehsalat binası daxilində avtomat-qazoanalozator quraşdırılmalıdır.

Tapşırıq: Verilmiş varianta(Cədvəl 1.3) uyğun olaraq qəza ventilyasiya sisteminin məhsuldarlığını təyin etməli.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin