Fakültə: Energetika, elektrotexnika və avtomatika Kafedra



Yüklə 38,37 Kb.
səhifə1/2
tarix30.11.2022
ölçüsü38,37 Kb.
#71321
  1   2
Laboratoriya işi 5- İS Etib və Diaq


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti


Fakültə: Energetika, elektrotexnika və avtomatika
Kafedra: Avtomatika və idarəetmə
Qrup: 679a2
Laboratoriya işi № 5
Fənn: İdarəetmə sisteminin diaqnostikası və etibarlığı

Tələbə: Kənan Kərəm


Müəllim: Əliyeva Sevinc
Bakı 2022
Laboratoriya işi № 5


TESTLƏR YOLU İLƏ DİAQ­NOZLAŞDIRMA


İşin məqsədi: Testlər yolu ilə diaqnozlaşdırmanın öyrənilməsi.

Nəzəri hissə

İdarəetmə sistemləri mürəkkəb sistemlər olduğundan bu sistemlərdə etibarlıq tələbatları yüksək olmalıdır. Etibarlığın yüksəldilməsi məsələsinin həlli müəyyən tədbirlərin yerinə yetirilməsini tələb edir. Belə tədbirlərin sırasına baş verən nasazlıqların axtarılması və onların aradan qaldırılması mühüm əhəmiyyət daşıyır. İdarə etmə sistemləri adətən, bərpa olunan sistemlər olduğundan imtinaya uğramış sistemlərin bərpa olunma müddətinin optimal şəkildə qısaldılması mühüm əhəmiyyəti vardır. Bu müddət aşağıdakı parametrlərdən aslıdır:


TB = txəb + tgəl + taxt + tbər,
Burada txəb- elektromexanikə xəbər edilmə müddətidir;tgəl – elektromexanikin obyektə gəlmə müddəti; taxt – nasazlığın axtarılmasına sərf olunan müddət; tbər - imtinanın bərpa müddətidir.
TB müddətini azaltmaq üçün onun tərkib hissələrinin hər birini qurğusundan, telefon və radiorabitədən istifadə etməklə; tgəl müddəti – növbətçi elektromexanikin təşkilionların avtonəqliyyatla təmini hesabına; taxt müddəti – xidmət personalının ixtisas ixtisas dərəcəsinin yüksəldilməsi və onların müasir ölçü cihazları ilə təmin edilməsi ilə; tbər müddəti – quröuların təmirəyararlılıq xüsusiyyətini yüksəltmək və ehtiyat hissələri, lazımi materiallarla təminatı artırmaqla azaltmaq olar.
Sadalanan tələbatlar sırasında texniki diaqnozlaşdırma xüsusi rol oynayır.
Texniki diaqnozlaşdırma məsələləri.
Texniki diaqnozlaşdırma – obyektin ( sistem və ya qurğularının) vəziyyətini (saz vəya nasaz) müəyyənləşdirir. Vəziyyəti müəyyənləşdirilən obyekt- diaqnozlaşdırma obyekti aqlanır. Diaqnozlaşdırma – diaqnozlaşdırma obyektinin tədqiqi prosesidir. Bu prosesin nəticəsi isə diaqnozlaşdırma obyektinin vəziyyətinin təyinidir. Texniki diaqnozlaşdırma – diaqnozlaşdırma prosesinin nəticəsini və onun təşkili üsullarını, eləcə də diaqnozlaşdırma prosesinin qrulma prinsiplərini öyrənir. Texniki sistemlərin vəziyyəti bir-birindən fərqlənən üç növ məsələ ilə təyin edilir.
Diaqnozlaşdırma məsələsi – indiki zaman anında obyektin vəziyyətini təyin edir. Bu məsələ sistemin sazlığı və işqabiliyyətliliyi məsələsinin həllində, baş verən nasazlığın axtarılmasında, hazırlandıqdan sonra qurğunun yoxlanılmasında ortaya çıxır.
Proqnozlaşdırma məsələsi texniki obyektin vəziyyəti haqqında qabaqcadan fikir söyləməyə imkan verir. Uzun istismar müddətli texniki sistemlərini istismarında çox vaxt proqnozlaşdırma məsələsi qoyulur. Belə hallarda profilaktik yoxlama və təmirlərin dövrülüyü yoxlanılır.
Qenez məsələsi – texniki obyektin əvvəllər hansı vəziyyətdə olmasını müəyyənləşdirir. Bu məsələnin düzgün qoyuluşu texniki sistemlərdə baş verən imtinaların səbəblərini müəyyənləşdirməkdə vacibdir.
Praktikada əsasən diaqnozlaşdırma məsələsi qoyulur.
Texniki diaqnozlaşdırmada tədqiqat obyekti kimi istənilən texniki sistemdən istifadə oluna bilər. Bşərtlə ki, teniki obyekt iki vəziyyətdən birində olsun: işqabiliyyətli və işqabiliyyətsiz.
Diaqnozlaşdırma obyektinin vəziyyətini xarakterizə edən funksiya. Obyektin struktur tərkibinə daxil olan elementlərin vəziyyətindən asılıdır.
Sistemin vəziyyəti onun vəziyyətini xarakterizə edən parametrlərlə təyin edilir. Bu parametrlərə vəziyyət parametri (vəziyyət dəyişəni də adlanır) deyilir . Parametrlər əsas və köməkçi olmaqla iki yerə ayrılır. Əsas parametr - sistemin sistemin tələb olunan funksiyasını yerinə yetirilməsini xarakterizə edir. Köməkçi parametr isə - istismar rahatlığını və xarici görünüşü müəyyənləşdirir.
Sistem əsasən iki vəziyyətdə - saz və nasaz vəziyyətlərdə olur. Saz vəziyyətdə sistemin bütün əsas və köməkçi parametrləri braxıla bilən hədd daxilində olmalıdır. İstənilən parametrin buraxıla bilən həddən kənara çıxması sistemi nasaz vəziyyətə gətirir.
Əgər sistemin əsas parametrləri buraxıla bilən hədd daxilindədirsə və o verilən funksiyanı düzgün yerinə yetirirsə, onda sistem işqabiliyyətli vəziyyətdədir. Əsas parametrlərdən ən azı birinin buraxıla bilən həddən kənara çıxması sistemi nasaz vəziyyətlər çoxluğuna salır.
Saz sistem həmişə işqabiliyyətlidir. Nasaz sistem isə həm işqabiliyyətli, həm də işqabiliyyətsiz vəziyyətdə ola bilər. Deməli, işqabiliyyətsiz sistem həmişə nasaz vəziyyətdədir.
İES-in hər bir elementi və bütövlukdə sistem özü giriş və çıxış dəyişənlərinə malik olur və bu dəyişənlərdən istifadə etməklə onların vəziyyətlərini təyin etmək mümkün olur.
Sistemlərin ümumiləşdirilib sadə DO kimi təqdimatın-da bir çox aralıq dəyişənlər yox olur və ümumiləşmiş DO – nun giriş və çıxış dəyişənlərinin sayı jiddi sürətdə az alınır. Əksinə, DO xırdalanarkən əlavə dəyişənlər yaranır.
Mürəkkəb DO-rın ümumiləşmiş sadə ekvivalent obyekt kimi təqdimatı şəkildə göstərilmişdir.



Yüklə 38,37 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin