Elan müəyyən tədbir, hadisə, təklif, iş və sairlə bağlı hazılanan sənəd növüdür. Sənəd adı
(ELAN) ortadan baş hərflərlə yazılır. Sənədin adından sonra mətn gəlir. Mətn verilən məlumatı
özündə birləşdirir. Mətndə elan verən təşkilatın adı qeyd olunur. Elanın məzmunu şərh olunur.
Tələb olunan ünvan, vaxt, lazım gələrsə qiymət, tələb olunan sənəd və s haqqında
informasiyalar da elanın mətn hissəsində yerləşdirilir. Elanda əlavə məlumat almaq üçün əlaqə
vasitələri və formaları göstərilir. Elanın sonunda onu verən təşkilatın və ya bu təşkilatın
səlahiyyətli qurumunun adı göstərilir.
Dostları ilə paylaş: