-sənədin adı –MANDAT
-mandatın nömrəsi;
sənədin verilmə tarixi;
- mandat sahibinin adı, atasının adı, soyadı;
-kollegial tədbirə səlahiyyətli nümayəndə seçilmə təşkilatının adı:
-mandatı verən şəxsin vəzifəsi, imzası, adı, soyadı;
-möhür.
NÜMUNƏ
«AYSBERQ» Assosiasiyasının 00.00.0000 tarixli
Baş Məclisinin nümayəndəsi üçün
MANDAT
№ 00
Adı :
Arif
Atasının adı :
Səfər
Soyadı :
Vəliyev
Nümayəndə seçildiyi təşkilat: «Torpaq» MMC tərəfindən səla-
hiyyətli nümayəndə seçilmişdir
Baş Məclisin təşkilat komitəsinin sədri: (imza) Xanlar Əzizov
00.00.0000
TELEQRAM
Teleqram xüsusi göndəriş üsulu ilə fərqlənən müxtəlif
məzmunlu sənədlərin
ümumiləşdirilmiş adıdır. Teleqramdan o zaman istifadə olunur ki, başqa əlaqə vasitələri ilə
məlumatın ötürülməsi gecikir. Hazırda
mobil telefon rabitəsi, eləcə də elektron poçtdan
istifadə teleqramların istifadəsini məhdudlaşdırmışdır. Buna baxmayaraq, bu sənəd növü hələ
də istifadə edilir. «Teleqram» yunanca tele-uzaq, qramma-yazı sözlərindən yaranmış alınma
sözdür. İdarəetmədə teleqramdan müxtəlif məqsədlərlə istifadə olunur. Teleqram poçt vasitəsi
ilə göndərilir. Teleqramın ünvanlandığı şəxsə müəyyən hadisə və faktla bağlı məlumat və onun
gələcək fəaliyyəti haqqında göstəriş verilir. İdarə və müassisələr hadisə ilə bağlı təbrik və s.
məzmunlu teleqramlar da göndərə bilərlər. Teleqramdan vətəndaşlar
da əlaqə vasitəsi kimi
istifadə edirlər. Lakin onların göndərdikləri teleqram xüsusi hallarda sənəd növü kimi qəbul
edilir və işə tikilir.
Teleqramın mətni çap olunur və rəhbər tərəfindən imzalanır. Teleqram iki nüsxədə
hazırlanır. Birinci nüsxə işə tikilir. İkinci nüsxə poçta təqdim edilir.
Teleqramın məzmunu yığcam və aydın olmalıdır. İkimənalı başa düşülə biləcək söz və
ifadələrdən istifadə olunmamalıdır.
Rəqəmlər teleqramda, adətən, hərflərlə yazılmalıdır.
Əvvəllər teleqramın adi, təcili və xüsusi növləri olmuşdur.
Xüsusi teleqramı yazarkən lazımi sənəd-pasport və ya vəsiqə təqdim olunur, yəni
teleqram vuran adamın şəxsiyyəti müəyyənləşdirilir.
İdarə teleqramlarında imza möhürlə təsdiqlənir. Teleqramın mətni vərəqin bir tərəfində
çap olunur. Teleqramın rekvizitləri aşağıdakılardır:
-sənədin adı;
-sənədin növü;
-göndərilmə tarixi;
-göndərilmə ünvanı;
-teleqramı alacaq şəxsin adı, atasının adı, soyadı;
-teleqramın mətni;
-teleqramı göndərən şəxsin adı, familiyası, vəzifəsi;
- teleqramı göndərən şəxsin imzası
-müəssisənin möhürü;
-teleqramın müəssisədə qalan nüsxəsində teleqramı göndərmiş poçtun qeydi yerləşdirilir.
Burada
göndərən şəxs, tarix, saat göstərilir və sonra göndərən şəxs imzasını qoyur, poçtun
möhürü ilə bu məlumatı təsdiqləyir.
Dostları ilə paylaş: