Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


Cənub-Şərqi Asiya dövlətlərinin mədəniyyəti



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

2.3.14.Cənub-Şərqi Asiya dövlətlərinin mədəniyyəti:  
İndoneziya, Kampuçi, Tailand, Birma 
 
 
İndoneziya bir neçə  xırda adaları  əhatə edir. Adada yaşayan xalqların, etnik qrupların öz dili, 
mədəniyyəti, incəsənəti, adət – ənənələri mövcuddur. Onun ərazisinə Kalimantan, Sumatra, Sulavesi, Yava, 
Madura daxil olan Böyük Zond adaları və Kiçik Zond adaları – Bali, Lombok, Sumbava, Sumba, Flores, Timor 
adaları, Molukka adaları, Yeni Qvineya adalarının qərb hissəsi daxildir. İndoneziya inzibati cəhətdən 20 əyalətə 
bölünmüşdür.  İndoneziyanın  ərazisində 150-dən çox xalq yaşayır. Onun ərazisində ibtidai – icma adət – 
ənənələrini saxlayan xalqlar və tayfalar da yaşayır. 
İndoneziya ərazisində Aşağı, Yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. II – V 
əsrdən başlayaraq İndoneziyada məhsuldar qüvvələr inkişaf etməyə Tarum, Kalinq, Malayya, Şirvicayya kimi 
erkən dövlətlər formalaşmağa başladı. XIII əsrdə arxipelaqın  əksər hissəsini  əhatə edən böyük imperiya 
möhkəmləndi, Yavadakı, Macapani dövləti ilə birləşdi, lakin XVI əsrdə  İndoneziya müsəlman sülalələrinin 
başçılıq etdiyi kiçik dövlətlərə bölündü. Avropalılar isə  İndoneziyanı XIX əsrin sonu- XX əsrin  əvvəllərində, 
demək olar ki, işğal etdilər. 1941 – 42-ci illərdə  İndoneziyanı Yaponlar işğal etdi. 1945-ci il avqustun 17-də 
İndoneziya azadlığa çıxdı və müstəqil, unitar İndoneziya Respublikası elan olundu. İndoneziya aqrar ölkə idi, 
1940-ci ildə aparılan hesablamalara görə əhalinin yalnız 6%-i savadlı idi. Yalnız 1961-ci ildən etibarən ibtidai 
təhsil məcburi oldu. 1977-ci ildə ölkədə 28 dövlət universiteti, 23 özəl universitet fəaliyyət göstərirdi. Məsələn, 
Cakarta  şəhərində  İndoneziya Universiteti, Cokyakartada Qaca – Mada Universitetləri, Banqdunda Pacacaran 
Universiteti, Texnoloji Universitetlər fəaliyyət göstərir. Ölkədə  həmçinin böyük mədəniyyət və incəsənət 
mərkəzləri də mövcuddur: Boqorda təbiət elmləri kitabxanası, Cakartada Parlament kitabxanası, Mədəniyət mu-
zeyi, Zoologiya muzeyi (Cakartada) və s. 
Mətbuat.  İndoneziyada 100-dən çox gündəlik qəzet çıxır.  İndoneziya dilində «Merdeka», «Sinar xara-
pan», «Kompas», «Anqkatan bersencata», «Brita Buana», «Suara Kaya», «Pelita», ingilis dilində «İndonezian 
observer» (1950) və başqa adda qəzetlər nəşr edilir. Cakartada həmçinin dövlət radio və televiziya şirkətləri də 
fəaliyyət göstərir
Ədəbiyyat .  İndoneziya  ərazisində VII əsrin sonu- VIII əsrin  əvvəllərinə aid olan daş kitabələr, yazılı 
abidələr mövcuddur. Bu kitabələr, əsasən, Malayya və Yava dillərində yazılmışdır. Yava dilində ədəbiyyat da 
IX – XI əsrlərdə daha yüksək şəkildə inkişaf etmişdir. «Ramyana» (Hind şairi Bhattinin «Ravana vadha» eposu 
əsasında), «Arcunanın toyu» poemalarını misal gətirmək olar. Bu dövrdə İndoneziyada ədəbiyyatın inkişafına 
Hind  ədəbiyyatı güclü təsir göstərmişdir. Lakin bununla belə mifologiyaya əsaslanan və tarixi inkişafı  əks 
etdirən əsərlər də yazılmışdır. Məsələn, «Tantu Pangelaran», «Pararaton» kimi mifologiyaya istinad edən nəsr 
əsərlərini, Prapançanın «Naqarakertaqama» poemasını göstərmək olar. Həmzah Fansuri, Nurəddin ər – Raniri, 
Əbd ür – Rauf və başqalarının tarixi, didaktik və islamın təbliğinə xidmət edən əsərləri meydana gəldi. Ədəbi dil 
inkişaf etməyə başladı. Bu işdə Abdullah bin Əbdülqadir Münşinin rolu daha böyük olmuşdur. Onun əsərləri o 
dövr üçün ədəbi dil nümunələrinə çevrilmişdir. XVI – XVIII əsrlərdə yaşayıb yaratmış  ədiblərin  əsərlərində 
maarifçilik ideyaları da təbliğ edilirdi. Məhəmməd Musa, Viləm İsgəndər Mud və başqalarının yaradıcılığında 
bu daha qabarıq verilmişdir. Bu dövrdə həm də İndoneziya dili də dövlət dili kimi formalaşdı. XIX əsrin sonu 
XX  əsrin  əvvəllərində daha zəngin və ziddiyyətli  əsərlər yazılmağa başladı. M.Rusei, Nur Sultan İsgəndər 
məişət romanları, S.T.Əlişahbana maarifçi romanlar, R.Əfəndi və M.Yəmin vətənpərvər ruhlu şerlər yazdılar. 
Əbd ül– Muis, Asmar Hadi və başqalarının yaradıcılığında müstəmləkəçiliyə qarşı mübarizə mövzusu əsas yer 
tuturdu. 30-cu illərin sonunda Armayn Pane, X.B.Yasin, X.Bandaharonun əsərlərində realist ideyalar daha 
üstünlük təşkil edirdi. İndoneziyada mütərəqqi ədəbiyyat ancaq o müstəqillik qazandıqdan sonra daha yüksək 
şəkildə inkişaf etməyə başladı (1945). Bu dövrdə Xeyril Əvvəl, İdrus, P.A.Tur, U.T.Sontani və başqa ədiblərin 
yaratdığı «45-ci il nəsli»  ədəbi cərəyanı yarandı. 50-ci illərin  əvvəllərində isə mütərəqqi yazıçılar «Lekra» 
(«Xalq mədəniyyəti») cəmiyyətində birləşdilər. İrticanın yüksəlməsi nəticəsində 1965-ci ildə cəmiyyət dağıldı 
və yazıçıların  əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldılar.  İndoneziyada V.S.Rendra, A.Rasid, 
T.Muxtar kimi müasir yazıçılar meydana gəldi ki, onlar da öz yaradıcılığında humanizmə üstünlük verirdilər. 
Memarlıq və təsviri sənət. İndoneziyada ibtidai – icma dövründən plastik sənət nümunələri mövcuddur. 
Mengirlər, dolmenlər, daş heykəllər və s-ni buna misal göstərmək olar. Yava adalarında VII –XI əsrlərdə hindu 
və budda «çandiləri» (pilləvari özül üzərində qurulmuş kub şəkilli məbədlər) tikilmişdir. Belə çandilərə ən çox 
Diyenq yaylasında rast gəlmək olar. Həmçinin Kalasan, Sevu, Lara Conqran çandilərini, Borobudur məbədini 
də göstərmək olar. Məbəd memarlığı heykəltəraşlıqla sıx bağlı idi. Yava və Bali adalarında XII – XV əsrlərdə 
oyma naxışlarla bəzədilmiş hindu məbədləri tikilmişdi. İndoneziya adalarında həmçinin, tuncdan tökmə sənəti 
(dini heykəllər), toxuculuq (basmanaxışlı parçalar), bambuk və hindqozu yarpaqlarından hörmə (yelpik, həsir və 
s.) və digər sənətlər inkişaf etmiş, müxtəlif tipli xalq yaşayış tikililəri – komalar, ağac və bambuq karkaslı evlər 
tikilmişdir.  Şəhər tikintilərinə Avropanın memarlığının təsiri  əsasən, XVIII – XX əsrlərdə olmuşdur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
251
İndoneziyada XIX əsrin ortalarında milli vətənpərvərlik mövzusunda realist rəngkarlıq (Radın Saleh), XIX əsrin 
sonu- XX əsrin  əvvəllərində romantik xarakterli milli mənzərə janrı (S.S.Abdullah) yarandı.  İstiqlaliyyət 
uğrunda mübarizə milli realist incəsənətin inkişafına təsir etdi. 1937 – 38-ci illərdə İndoneziyada Rəssamlar Bir-
liyi yaradıldı. S.Sucoyono, A.Caya, K.Affandi, X.Nqantunq, B.Resobovo kimi görkəmli sənətkarlar bu birliyin 
ilk üzvləri oldular. 1945-ci ildən sonra İndoneziyada milli realist incəsənət aparıcı qüvvəyə çevrildi. Sumatra 
adalarında Sumbercaya şəhəri kimi yeni şəhərlərin tikintisinə başlandı. 1965-ci ildən sonra isə  İndoneziyada 
modernist cərəyanlar üstün mövqe tutmağa başladı. 
Musiqi. İndoneziyada xalq musiqisi yüksək professionallıqla inkişaf etmişdi. Slendro (pentatonika növü) 
və peloq (tonları qeyri – bərabər olan 7 pərdəli lad) İndoneziya musiqisinin lad əsasını təşkil edir. İnkişaf etmiş 
heterofoniya və çoxsəslilik İndoneziya musiqisinin xarakterik cəhətlərindəndir. Orta əsrlərdə mövcud olan qa-
milan xalq çalğı alətləri orkestri İndoneziyanın klassik musiqisinin yüksək nümunəsidir. 
Musiqi alətlərindən bonanq, qambanq, gendanq, müxtəlif sinclər (zərb alətləri), sulinq (nəfəs aləti) geniş 
yayılmışdır.  İndoneziyanın professional musiqisinə XX əsrdə Avropanın dini musiqisinin (Qriqori xorları) 
müəyyən dərəcədə təsiri olmuşdur. Ölkədə respublika yarandıqdan sonra bir sıra həvəskar və professional musi-
qi kollektivləri, Cokyakarta, Cakarta radioları  nəzdində kamera orkestrləri yaradılmışdır. Surakarta şəhərində 
konservatoriya və İndoneziyada klassik musiqi məktəbi açılmışdır. Həmin dövrdə Sucasmina, A.Pasaribu, Sus-
bini kimi məşhur bəstəkarlar fəaliyyət göstərmişlər. 
Teatr.  İndoneziyanın xüsusi ənənəvi teatr formaları mövcud olmuşdur. Vayanq – topent (maska teatrı), 
Vayanq – purvo (Kölgə teatrı), topenq – babakan (məzhəkə teatrı) belə teatrlardandır. Bu tamaşaların sujeti 
qədim hind eposu «Ramayana» və «Mahabharata»dan, eləcə də İndoneziya dastanlarından götürülürdü. Onlar 
əsasən qamelan orkestri ilə müşayiət edilirdi. Müasir ketopark və luduruk teatrları XX əsrin inkişaf etmiş teatr 
nümunəsi olub milli ənənələri və Avropa teatrının ifadə vasitələrini özündə birləşdirir. 50-ci illərdə belə tip 
truppalardan olan «Marhaen» və «Trisnokanten» xüsusilə məşhur və populyar idi. Müasir teatr sahəsində dra-
maturqlardan Utuy Tatanq Sontani, Əbu Hənifah,  Əli Məhəmməd, Sansu Hane və  həmçinin rus, avropa 
ədiblərinin əsərləri tamaşaya qoyulur. 
Kino.  İndoneziyada ilk milli film «Ticitarum çayının suyu»dur. Film 1949-cu ildə R.Palindix və 
A.Asmaranın rejissorluğu ilə  çəkilmişdir. Cakartada 1930-cü ildə dövlət kino şirkəti yarandıqdan sonra kino 
sənəti yüksək  şəkildə inkişaf etmişdir. O, dövrdən sonra «Şikəst adam» (1952, rejissor K.Sukardi), «Turanq» 
(1954, rejissor B.Siagin), «Komendant saatından sonra» (1955, rejissoru A.Sani) filmləri çəkilmişdir. «Keman-
doran pələngi», «Doqquz» (1966, 1967, rejissoru V.Umbox), «Sən nə axtarırsan, Palupa?» (1971, rejissoru 
A.Sani), «Çirkabda nəfəs alan» (1971, rejissoru T.Cunaidi), «Samiun və Dasima» (rejissor N.İsmayıl), və s. 60 
– 70-ci illərin ən yaxşı filmləridir. 
Kampuçi mədəniyyəti
Kampuçi zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Paytaxtı Pnompen şəhəri olan Kampuçi dövləti 19 
əyalət 5 böyük şəhərdən ibarətdir. Kampuçi ərazisinin məskunlaşması erkən neolit dövrünə  təsadüf edir. 
Eramızdan  əvvəl I əsrdə ilk cəmiyyət, I-VI əsrlərdə ilk Funan dövləti meydana gəlmişdir.IX – XIII əsrlərdə 
Hind– Çin yarımadasındakı Kambucadeş imperiyasına daxil edilmiş, imperiyanın süqutundan sonra isə XVIII 
əsrin  əvvəllərində Siam və Vyetnam dövlətlərindən asılı  vəziyyətə düşmüşdür. 1884-cü ildən Kampuçii 
Fransanın müstəmləkəsinə çevrilmişdir. Yaponiya 1940-cı ildə Kampuçini işğal edərək onu özünün hərbi 
bazasına çevirdi. Uzun müddətli mübarizədən sonra Kampuçiya 1953-cü il noyabrın 9-da müstəqillik qazandı. 
Kampuçi nisbətən zəif inkişaf etmiş aqrar ölkədir. Bu zəif inkişaf onun maarif və  mədəniyyətinə  də  təsir 
etmişdir. 6 illik təhsil hamı üçün məcburi idi. 13 illik orta təhsil sistemi (6 il ibtidai, 7 il orta) mövcud idi. Lakin 
1975-ci il aprelin 17-dən, Kampuçi Vahid Milli Qurtuluş  Cəbhəsi (KVMAC) və Kral Milli birlik höküməti 
hakimiyyətə gəldikdən sonra maarif və mədəniyyətdə tənəzzül və geriləmə başladı. Məktəblər və kitabxanalar 
bağlandı, tədris fənlərinin öyrənilməsi qadağan edildi, kitabların çoxu yandırıldı, xeyli muzey eksponatları məhv 
edildi. Kampuçidə Xalq İnqilab  Şurası yaradıldıqdan sonra isə maarifin inkişafı yeni, demokratik qaydalar 
əsasında bərpa edilməyə başladı. Valideynlərini itirmiş uşaqlar üçün əyalət mərkəzlərində internatlar yaradıldı. 
Pnompendə milli kitabxana, milli muzey və s. mədəniyyət mərkəzləri bərpa edildi. 
Mətbuat, radio verlişlərinin fəaliyyəti də ölkənin iqtisaslarına uyğun olaraq dayandırılmış, məzmunu 
dəyişmişdir. Mətbuat və radio verlişləri siyasi mübarizə və vuruşmaların mərkəzində olmuşdur. Ölkədə 1979-cu 
ildən Kampuçi Milli Qurtuluş  Cəbhəsi Mərkəzi Komitəsinin orqanı olan «Kampuçi» qəzeti Khmer dilində 
çıxmağa başladı. 1978-ci ildən isə SPK informasiya agentliyi və «Kampuçi xalqının səsi» radio stansiyası 
yaradıldı. Kampuçidə 1979-cu ildən başlayaraq  İnformasiya, Mətbuat və  Mədəniyyət Nazirliyi fəaliyyət 
göstərməyə başladı.  
Ədəbiyyat. Kampuçidə ilk ədəbi abidələr III əsrə aid olan Bokan və VI əsrədə yaradılmış Tonle – Bati 
məbədlərinin divarlarındakı sanskrit yazılarından ibarətdir. VII əsrin  əvvəllərinə aid qədim Khmer 
mədəniyyətinin inkişafına brahmanizm və buddizmin əhəmiyyətli təsiri olmuşdur.  
P.Yaşovarman, Kavişvara, Ekindra, Subhadrasanskrit dilində, Kaosathipodey Kau, Duonq, Phokdey və 
başqaları Khmer dilində ədəbi fəaliyyət göstərmiş, əsərlər yazmışlar. «Ramayana»nın motivlərinin təsiri altında 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
252
lirik «İndradevi» poeması, «Rsmaker» eposu, «Tum və Teay» xalq nağıl – poeması yarandı. Müstəmləkəçilik 
dövründə Sottan Pryetsa En, Saom lot, Nu Kan, Bamrac Utey Nqınq və başqaları əsasən ənənəvi mövzularada 
əsərlər yazmışlar. Nyok Thaem, Nu Xat, Rım Kin və başqaları XX əsrin 30 – 40-cı illərində ilk romantik roman-
lar yazıb nəşr etdirdilər. 1959-ci ildə Khmer yazıçılar ittifaqı yaradıldı. Tiu Ol, Suon Soren, Nor Savan və digər 
yazıçılar öz əsərlərində 70-ci illərin  əvvəllərindən başlayaraq sosial, ictimai – siyası problemlər qaldırmağa 
başladılar. 
Memarlıq və təsviri sənət. Kampuçi ərazisində tapılmış ən qədim incəsənət abidələri neolit dövrünə (or-
namentli keramika) və eramızdan əvvəl I minilliyə (tunc məmulatlar) aiddir. Anqkor – Borey və Sambor – Prey 
– Kukda VI – VII əsrlərdə  kərpic və daşdan kiçik məbədlər tikilmiş, heykəltəraşlıq yaranmışdır. IX – X 
əsrlərdən başlayaraq prasatlar (kərpic və daşdan tikilmiş kiçik məbəd) və köməkçi binalardan ibarət ansambllar, 
yuxarı hissəsində ibadətgah yerləşən pilləvari piramida formasında məbədlər tikilmişdir. Məsələn IX əsrdə Ro-
liosda Prax – Ko, X əsrdə Banteau – Srey ansambılları; IX əsrdə Kox – Kirdə tikilmiş Pranq məbədi və s. buna 
nümunə göstərmək olar. Kampuçiyada IX – XIII əsrlərdə Anqkor memarlıq kompleksi yaradılmışdır. Daş 
memarlığının XIV əsrdən tənəzüllü başladı. Getdikcə ağacdan Saraylar və Budda məbədlərinin tikintisi üstünlük 
təşkil etməyə başladı. Bu dövrdə ağacdan həmin dövrü böyük tikintisi hesab edilən Pnompendə Kral Sarayı və 
«Gümüş paqoda» inşa edildi. Daş heykəltəraşlığı ağac və tunc heykəllər, relyefləri isə divar rəsmləri əvəz etdi. 
Fransız elektrik memarlığı ruhunda binalar tikintisinə XIX əsrin II yarısından başlanıldı. Həmin dövrdə Okka 
Tep Nimit Tlak rəssam kimi xüsusi şöhrət qazanmışdır. Onun tabloları və divar rəsmləri XX əsrin əvvəllərində 
yaranmış qiymətli sənət əsərləri hesab edilir. 
İstiqlaliyyət qazandıqdan sonra (1953) Kampuçidə  şəhərsalma da inkişaf etməyə başladı. 1957 – 60-cı 
illərdə Kamponqasom, 1962-ci ildə Bokor şəhərləri salındı. 
Ənənəvi xalq sənəti də inkişaf etməyə başladı.  İpəkçilik, bədii parça, ağac və fil dişi üzərində oyma, 
həkkaklıq, keramika, tikmə və s. inkişaf etməyə başladı. Nqok Dim, Sam Yun və başqaları rəssamlıq və qrafika 
sahəsində əsərlər yaratmışdılar. 
Musiqi. Khmerlərin musiqi mədəniyyətinin qədim tarixi var. Anqkor məbədlərinin barelyeflərində or-
kestr, ayrı – ayrı musiqi alətləri təsvir olunmuşdur. Hələ IX – XIII əsrlərdə yüksək inkişaf etmiş Khmer klassik 
musiqisi demək olar ki, muasir dövrədək dəyişməz qalmışdır. Bu musiqinin lad əsasını pentatonika təşkil edir. 
Burada ritm əsas rol oynayır. Khmer musiqisində sampxo, çxayyam, sko – txom (zərb), ta – diyeu, tyapey, ta 
kxe, tro – qe (simli) və s. musiqi alətlərindən istifadə edilir. Kampuçinin Milli mahnı və rəqs ansamblı 1979-cu 
ildə yaradılmışdır. 
Teatr. Qədim abidələr üzərindəki təsvirlərdən məlum olur ki, Kampuçiya teatrı da qədim tarixə malikdir. 
Qədim abidələrin divar yazıları və rəsmlərində rəqqasə, müğənni və musiqiçilərin adı göstərilmiş, təlxək, mas-
qarabaz  şəkilləri çəkilmişdir. Balet, kölgə teatrı, xalq teatrı tamaşa növləri vardır. Tamaşaların sujeti əsasən 
qədim dastan və nağıllardan götürülür. Rolları  ən çox qadınlar ifa edir, truppada iblis, təlxək, heyvan 
maskasında çıxış edən kişi rəqqas da olur. Dini bayramlarda isə ən çox kölgə teatrının tamaşaları göstərilir. Xalq 
teatrı tamaşaları farslara yaxın kiçik səhnəciklərdən ibarətdir. Pnompen, Simreal və başqa  şəhərlərdə daimi 
truppalar fəaliyyət göstərir.  
Pol – Pot rejimi dövründə  ədəbiyyat və incəsənət tənəzzülə üqramış, mədəniyyət xadimləri təqib 
edilmişlər. Kampuçiya Xalq Respubliyası elan edildikdən sonra həyatın bütün sahələrində olduğu kimi 
mədəniyyət,o cümlədən ədəbiyyat, incəsənət sahəsində də tərəqqi başlanmışdır. 
Tailand mədəniyyəti
Cənubi – şərqi Asiya dövlətlərindən biri olan Tailand Hind – Çin yarımadasının mərkəzində, Malakka 
yarımadasının şimal hissəsində yerləşmişdir. Tailand monarxiyaya əsaslanan krallıqdır. Tailand çoxmillətli ölkə 
olub əhalisinin yarıdan çoxunu tai xalqları təşkil edir. Tailand ərazisində həmçinin laolar, çinlilər, vyetnamlılar, 
Khmerlər və başqa xalqlar da yaşayır. Ölkədə tai dili rəsmi dil kimi qəbul edilmişdir. Tailand ərazisində ilk 
dövlətlər I - II əsrlərdə yaranmağa başlamışdır. Tailərin üstünlük təşkil etdiyi ilk böyük dövlət XII əsrin sonu- 
XIII əsrin əvvəllərində yarandı və Sukotai dövləti adlandı. XIII əsrin ortalarından sonra Tailand ərazisində Siam 
dövləti yarandı. Ölkə Tailand adını yalnız 1932-ci ildə baş vermiş dövlət çevrilişindən sonra aldı. 
Tailand inkişaf etmiş aqrar – sənaye ölkəsidir. Zəngin təbii sərvətlərə malikdir. Lakin iqtisadi inkişafı xa-
rici kapitaldan, xüsusilə də ABŞ və Yaponiyadan asılıdır. Ölkəyə edilən iqtisadi müdaxilə istər – istəməz onun 
mədəniyyəti, maarifi və incəsənətinə də təsir göstərir. 
Maarif. Tailandda təlim ədəbi tai dilində aparılır. İbtidai təhsil 7 illik olub bütün əhali üçün məcburidir. 
Tailanda  əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 4 – 7 yaşlı  uşaqların tərbiyəsi ilə  məşğul olan 
məktəbəqədər tərbiyə müəssisələri də mövcuddur. Orta təhsilin müddəti 5 il, texniki – peşə təhsilinin müddəti 
isə 1 – 3 ildir. Banqkokda 5 Universitet, Milli Kitabxana, Milli Muzey fəaliyyət göstərir. 
Mətbuat. Tailandda çoxsaylı gündəlik qəzetlər nəşr edilir. Qəzetlər tai dilində çıxır. «Deyli nyus», «Tai 
rat», «Siam rat» və s. gündəlik çıxan qəzetlər vardır. Tai dilindən başqa ingilis dilində  də «Banqkok post», 
«Neyşn revyu» kimi qəzetlər nəşr edilir. Çin əhalisi çox olduğundan çin dilində də qəzetlər çıxır, məsələn, «Sin-
syan jibao» və s. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
253
1930-cu ildə Tailand milli radio verlişləri stansiyası, 1955-ci ildən isə Tailand milli televiziyası fəaliyyət 
göstərir. Tailand Xəbərlər Agentliyi isə 1977-ci ildə yaradılmışdır (ANS). 
Ədəbiyyat. Tailandın ilk ədəbi abidələri salnamə xarakteri daş kitabələrdir. Bu daş kitabələr XIII əsrin so-
nu- XIV əsrin  əvvəllərinə aiddir. «Rama Kamhengin Stelası»  ən qədim epiqrafik abidədir. Qədim Tailand 
ədəbiyyatına Hind ədəbiyyatı güclü təsir etmişdir. klassik şerlər əsasən dini – mədhiyyə xarakteri daşıyırdı. Epik 
poemalar və lirika XV – XVI əsrlərdən inkişaf etməyə başlamışdı. «Böyük həyat», «Yunanların məğlubiyyəti», 
«Parlo» və s. əsərlər həmin dövrün məhsullarıdır. XVIII əsrin məşhur lirik şairlərindən Sipart, Maharatçakru, 
Tammatibeti göstərmək olar. Həmin dövrün ədəbi yaradıcılığında «çərçivəli povestlər» deyilən janrlar mühüm 
yer tuturdu. Bu «çərçivəli povestlər» müxtəlif məzmunlu hekayələrdən ibarət idi. Dünyəvi mövzulara maraq 
XVIII əsrin sonundan artmağa başladı, nəşr işi inkişaf etdi. Çauprayya Praklanqın «Raçatirat» tarixi romanı da 
həmin dövrün ədəbi nümunəsi idi. Sunton Punun «Kun Çanq və Kun Pen», «Pra Apaymani», Kral II Ramanın 
«Snao» poemaları, Pra Mahamontrinin «Şahzadə Landay» satirik poeması XIX əsr Tailand ədəbiyyatının  ən 
yüksək səviyyəli nümunələridir. Tailanda realist ədəbiyyatı XX əsrin 30-cu illərindən inkişaf etməyə başladı. 
Siburapa, Lao Kamhom, Açin Pançapan, Seni Sauvaponq, Manat Tyanrayonq, İtsara Amantanun realizmin 
görkəmli nümayəndələri idi. Qadın yazıçı Tamayanti sosial mövzuda roman və hekayələr yazan müəllif kimi 
şöhrət qazanmışdır. 
Memarlıq və təsviri sənətTailandın bədii mədəniyyəti rəngarəng və zəngin olub, qədim tarixə malikdir. 
İlk nümunələr neolit və tunc dövrlərinə aiddir. Bu nümunələrə daha çox keramika məmulatı və qayaüstü rəsmlər 
daxildir. Tailandlıların milli incəsənəti XIII əsrdən formalaşmağa başlamış, «vat» adlanan məbəd kompleksləri 
tikilmişdir. Sukotaidə Maxatat məbədi buna misal ola bilər. XIV – XIX əsrlərdə Siam dövləti dövründə Tailand 
ərazisində düzbucaqlı planlı şəhərlər salınmış, Banqkok, Ayutiya və digər şəhərlərdə çoxrəngli mozaikalar, di-
var rəsmləri və oyma naxışlarla bəzədilən "vat»(məbəd kompleksi) və saraylar tikilmiş, çoxlu heykəltəraşlıq 
əsərləri yaradılmışdır. Tailandda divar boyakarlığı hələ XIV əsrdən məlum idi. XIX əsrin II yarısından Tailarid 
incəsənətinə Qərbi Avropa və Amerika ənənələri, incəsənət elementləri daxil olmağa başladı. Milli incəsənəti 
yad elementlərdən qoruma, milli ənənələri inkişaf etdirmə meylləri XX əsrdən başladı. XX əsrin II yarısında 
milli incəsənəti qoruyan və inkişaf etdirən nəsil formalaşdı. Bu nəslin nümayəndələrindən boyakarlar Fua Xara-
bitak, Tavi Nandakvan, heykəltaraş Hyen Yimsari, qrafik Manita Pu Ari və başqaları milli incəsənətin ənənəvi 
xüsusiyyətlərini qorumağa səy göstərirlər. Tailand xalq sənətində lak boyakarlığı, lakdan və camış gönündən 
məmulatlar hazırlanması, ağac üzərində bədii oyma, gümüş üzərində döymə, toxuculuq və s. mühüm yer tutur. 
Musiqi. Tailandda qədim zamanlardan dini və başqa mərasimlər, kənd bayramları musiqi ilə müşaət 
edilmişdir. Musiqi əsərləri əsasən sadə ritmli olub iti templə ifa olunur. Tailanda skripka tipli sau donq, sau o, 
sau sam say syounq, khim, tyakau (simli), khliy, pinay, khen, ranad yok, ranad thum, vonq iau, thon (nəfəs) və 
s. musiqi alətlərindən istifadə edilir. Tailandda həmçinin instrumental ansambllar geniş yayılmışdır. Montri 
Tramote, Narisi müasir Tailand bəstəkarlarına, U.Sukanthamalai, T.Aylen, Ç.Duryabhand və başqa müğənniləri 
nümunə gətirmək olar.  
Teatr. Klassik Tailand teatrı klassik Hind teatrına əsaslanmışdır. Tailandın klassik teatr nümunəsi «Rama-
kiyan» hind eposuna əsaslanmışdır. «Ramakiyan»ın motivləri əsasında üç klassik tamaşa növü formalaşmışdır: 
kon – maskalı pantomima teatrı, nanq – kölgə teatrı, lakon – klassik dram. Ənənəvi klassik epizodlar balaqana 
yaxın xalq komediyaları ilə vəhdətdə olan tamaşalarda üstünlük təşkil edir. Lakonun növlərindən olan like və 
nora müasir xalq tamaşalarıdır. Tailandda daimi teatr yoxdur. Ölkədə  zərif sənətlər departamenti nəzdində 
həvəskarlar truppası fəaliyyət göstərir.  
Birma mədəniyyəti
Cənub – şərqi Asiya ölkələrindən biri də Birmadır. O, Benqal Körfəzi sahilində yerləşir. Birmanın 
ərazisinin çox hissəsi dağlıqdır, sərhəddi sıx tropik meşələrlə örtülmüş  sıldırım qayalarla əhatə olunmuşdur. 
Ölkə ərazisindəki İravadi çayı Şimaldan Cənuba qədər uzandığına və gəmiçilik üçün yararlı olduğuna görə əhali 
əsasən bu çayın ətrafında məskən salmışdır. Birma dağlarında müxtəlif tayfalar yaşayır. 
Birma zəngin təbii sərvətlərə malikdir. Ölkədə nadir ağac və bitkilər, faydalı qazıntılar, neft və s. vardır. 
Birmanın paxtaxtı Ranqun şəhəridir, o İravadi çayının deltasında yerləşir. Birmada düyü istehsalı, 
neftemalı, meşəçilik təsərrüfatı, metallurqiya, metal emalı, yüngül sənaye, maşınqayırma inkişaf etmişdir.  
Birma qonşu dövlətlərə nisbətən təhsili zəif inkişaf etmiş ölkə idi. İngilislər ölkəni tutana qədər uşaqlar və 
gənclər monastırlarda təhsil alırdılar. 14 yaşına çatmış hər oğlan mütləq bir neçə il budda monastırında təhsil 
almalı idi. Monastırda dini təlimlə yanaşı hesab, tarix, coğrafiya, astronomiya və tibbə aid elmi məlumatlar da 
öyrədilirdi. 
Müstəmləkə dövründə dünyəvi məktəblərin üç tipi meydana gəldi: 1.Təhsil birma dilində aparılan milli 
məktəb; 2.Təhsil, əsasən, ingilis dilində aparılan milli – ingilis məktəbi. Bu məktəblərdə həm də milli dildə dərs 
keçilirdi; 3.İngilis məktəbi – bu məktəblərdə  təlim sırf ingilis dilində aparılırdı. Xüsusi özəl məktəblər də 
yaranmağa başladı. Yerli əhali,  əsasən, məktəbi bitirdikdən sonra ingilis dilli məktəblərə daxil olma hüququ 
verməyən milli məktəblərdə  təhsil alırdılar. 1962-ci ildən sonra (inqilabdan sonra) Birmada, demək olar ki, 
mədəni fəaliyyət genişləndi: pulsuz təhsilə keçildi, bütün ölkədə  təhsil ana dilində aparıldı. Yaşlılar arasında 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
254
savadsızlığın aradan qaldırılması kompaniyaları başlandı. Savadsızlığı aradan qaldırmaq üçün axşam məktəbləri 
açıldı. Təhsil mərkəzləşdi, xüsusi məktəblər milliləşdirildi. Monastır təlimi dövlət proqramı əsasında aparılmağa 
başladı. İbtidai təhsilə 6 yaşdan başlayan 4 illik ibtidai təhsil müddəti müəyyən edildi. Oğlanlarla qızların eyni 
sinifdə təhsil almaları təmin edildi. Savadsızlığın aradan qaldırılması məqsədilə orta məktəblərin nəzdində 1 və 
2 illik kolleclər açılırdı.  
1961-ci ildə Ranqunda iki tibb, pedaqoji, texniki, iqtisad institutları, Mandalay şəhərində tibb, texniki, 
kənd təsərrüfatı institutları, Pinman şəhərində  kənd təsərrüfatı institutu açıldı. Mandalay və Ranqun 
universitetlərində böyük kitabxanalar fəaliyyət göstərir. Ranqun şəhərində muzeylər və  şəkil qalereyaları 
fəaliyyət göstərir. 
İngilis  əsarətinə  qədər Birmada elm, təhsil və  mədəniyyət buddist rahiblərin  əlində idi. Onlar isə elmi 
yenilikləri Hindistan və Çinlə qarşılıqlı əlaqədə yayırdılar. «Yazvinco» («Məşhur xronika») tarixi xronika 1502-
ci ildə yazılmış, indiki dövrə gəlib çatmışdır. 1733-cü ildə isə «Maxa yazavinci» («Böyük xronika») meydana 
gəldi. Bu əsər özündən sonra gələn tarixi janrda yazılmış  ədəbiyyatın  əsasını qoydu. Xronikanın xüsusi 
işıqlandırılmış bölmələri XVIII əsrə, Konbaunların hakimiyyətə gəldiyi dövrə aiddir. Birma alimləri çoxlu tarixi 
faktlar kəsf etmiş  və onları  dəqiqləşdirmişlər. Ciddi tədqiqatlar nəticəsində 1832-ci ildə  məşhur «Xamannan 
yazavin» («Şüşə sarayın xronikası»), 1867-ci ildə isə «Dutiya Maxa yazavinci» («İkinci böyük xronika») mey-
dana gəldi. həmin dövrə qədər zəngin arxeoloji qazıntılar mövcud idi. Birmada elmi axtarışları mərkəzləşdirən 
koordinasiya şurası 1965-ci ildə yaradılmışdır. 
Mətbuat.  Birmada dövrü mətbuat,  əsasən də  qəzet və jurnal nəşrinə 1969-cu ildən sonra daha geniş 
şəkildə başlanmışdır. Bu dövrdən sonra çıxan qəzet və jurnallar ingilis və birma dilində çap edilirdi. «Lyudupi-
du neyzin» dövlət qəzeti, İnqilabi şuranın orqanı olan «Uorkinq Ripes Deyli» hər gün ingilis və birma dilində 
çıxırdı. Bunlardan başqa ölkədə «Qardian», «Botataun», «Vanqard», «Çemoun» - «Mirror», «Xantavadi» - 
«Hanthavaddy», «Myanmaalin», «Nyu layt of Byorma» və s. qəzetlər həm ingilis, həm də birma dilində işıq üzü 
görür.  
Departamentin 1962-ci ildən iki həftədən bir birma dilində  «Şedi»,  İngilis dilində «Foruord» jurnalları 
çıxır. Birma sosialist partiyasının isə birma dilində aylıq «Patieya», həftəlik «Lanzin», iki həftədən bir çıxan 
«Tandizin» jurnalları nəşr edilir. İngilis dilində çıxan aylıq «Qardian» jurnalı isə xəbərlər jurnalı kimi daha çox 
yayılmışdır.  
  
Birmanın paytaxtı Rangun şəhərində dövlət radiosu faliyyət göstərir.  Ədəbiyyat. Birma qədim  ədəbi 
ənənələrə malikdir. Palma yarpaqları, daşlar üzərindəki qədim yazlılar, şerlər onun qədim ədəbi ənənələrindən 
xəbər verir. Myazeydi budda məbədinin üzərindəki Birma dilindəki yazılar da ilk abidələrdən hesab olunur. 
Birmanın ilk kitabları saray salnamələri və dini kitablardır. XI əsrdə buddizimin qəbulundan sonra palı dili Bir-
mada ədəbi dil oldu. Birma ədəbiyyatı, fəlsəfəsi, estetik, müddəalarının inkişafında buddizim dininin rolu böyük 
olmuşdur. Klassik poezyanın inkişafı XV-XVI əsrlərdə yüksək səviyyəyə qalxdı. Birma dili XVIII əsrin 
əvvəllərində palı dilini sıxışdırdı və əsrin II yarısından sonra əsas dövlət dilinə çevrildi. XVIII əsrin sonu- XIX 
əsrin  əvvələrində  nəşr, dramaturgiya kimi yeni janrlar meydana cıxdı. Xarici ədəbiyyat Birma dilinə  tərcümə 
olunmağa başladı.Rahib yazıcılardan Tinqaza, Şin, Uqandamana və başqaları xalq kütlələrinin həyatını  əks 
etdirən  əsərlər yazmağa başladılar. XIX əsrin birinci yarısından sonra dramaturgiya və rejissor sənəti inkişaf 
etməyə başladı, U Çin U da həmin dövrün dramartuq və rejissor kimi şöhrət qazanmışdır.Milli istiqlaliyyət 
uğrunda mübarizə dövrində «kxitlan» («Eksperiment əsri») ədəbi hərəkətı yarandı. 
İstiqlaliyyət dövründən sonra ədəbiyyatda vətənpərvərlik, sülhsevərlik mövzularında yazılar ğenişlənməyə 
başlandı. 
O dövrdə yazıb – yaradan ədiblərdən Ma Ma Le Tin Aun Tadu və başqalarının yaradıcılığında bu xüsusilə 
üstünlük təşkil edirdi; Ohen Pe Myinin «Neft» hekayəsi, Min Xlo Wyun Çunun «Birləşək, ey insanlar» şeri və 
bir neçə Birma nağılları Azərbaycan dilinə təcümə edilmişdir. 
Memarlıq və  təsviri sənət. Bimanın erkən incəsənəti neolit dövrünə  İstinad edir. XI-XIII əsərlər Birma 
incəsənətinin tərəqqi dövrü olub, həmin dövrdə Paqan şəhərində çoxlu memarlıq abidələri, Ananda Qodoralin, 
Tabinyu və başqa şəhərlərdə Budda məbədləri, Buddaya aid dini əşyaların qorunub saxlanması üçün stuplar ( 
kilsə zəngi formasında olan qurğular, tikililər) tikilmişdir. Heykəltəraşlıq Budda fiqurları ( daş, ağas və s.) və 
Buddanın həyatından  ğötrülmüş barelyeflərlə (daş  və keramika) təmsil olunur. Feodalizm dövründə  şəhərlər 
salınmış,  şəhərlərin mərkəzində böyük stuplar yerləşən məbəd kompleskləri yaradılmışdır. XVIII əsrin sonu- 
XIX əsrin əvvələri Mərkəzləşmiş kombaynlar dövlətində şəhərsalma inkişaf etdi. Mandalay və başqa şəhərlərdə 
ağacdan nəhənd saray komplesksləri və monastırlar tikildi. Boyakarlıq, dekorotiv – tətbiqi sənət, tuncdan tökmə 
sənəti, toxuculuq və s. İnkişaf edib genişləndi.  
 Müstəmləkə dövründə Birmada milli incəsənət tənəzzülə  uğradı. Ranqun və s. şəhərlərdə ingilis 
memarlığına xas olan binalar tikildi. XIX əsrdə realist boyakarlıq yarandı, məsələn portretci- rəssam U.Çoun 
həmin dövrün yaradıcılarındındır. XX əsrdə yağlı boya ilə işləyən rəssamlar meydana cıxdı. U. Ba Nyan, U Va Zo 
kimi rəssamlar yağlı boya ilə  işləyirdilər.  İstiqlaliyyət qazanıldıqdan sonra ölkədə yeni və xarici memarların 
layihəsi üzrə müəsir tipli binalar tikildi. Boyakarlıq sənətində ən cox Milli mövzulara müraciət edilirdi. Mütərəqqi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
255
rəssamlardan U San Bin, U Aun Kin, heykəltəraşlardan U.Luin, U Xan Tin və başqaları əsərlərində müasir həyat 
mövzularına üstünlük vermişlər. 
Xalq dekorativ sənəti, əsasən, ağac, metal, fil sümyü, sədəf üzərində bədii oyma işləri ilə təmsil olunur. 
Musiqi. Birma musiqisi qədim dini musiqiyə, dini imərasimlərə əsaslanır. Hətta müasr Birma mahnı və 
rəqslərində dini mərasimlərin elementləri qalmışdır. Musiqi müstəqil sənət kimi Paqan dövləti dövründə inkişaf 
etmişdir. 
Birmada patsayn, çeyvan pattala (zərb alətləri) və s . kimi müsiqi alətlərindən istifadə edilir. Dini bayram-
lar, əmək prosesi müsiqi ilə müşayiət olunur. Rangun və Mandalay şəhərlərində dövlət müşiqi və dram məktəbi 
yaradılmışdır. Birma milli rəqs ansablı, Birma dövlət orkestri təşkil edilmişdir. Orkestr həm ölkədə, həm də 
xaricdə şöhrət qazanmışdır.  
Teatr. Birmada teatr tamaşaları dini və xalq bayraiları ilə  əlaqədar yaranmışdır. Hindistan və Çin 
incəsənəti Birma teatrına güclü təsir etmişdir. Birmada XVIII əsrdə saray teatrları yarandı, XIX əsrin sonunda 
isə Ranqun şəhərində ilk daimi teatr binası tikildi. Birmanın məşhur aktyorları U Ro Seyn, Aunqbala, Syen Ka-
don bu teatrın yetirmələridir. İstiqlaliyyət əldə etdikdən sonra ölkədə teatr sənəti də inkişaf etməyə başladı. 
Böyük  şəhərlərdə  səyyar teatr trüppaları, kəndlərdə  həvəskar xalq teatrları yaradıldı. Birmada həmcinin 
kukla, kölgə teatrları da inkişaf etmişdir.  
Kino. İlk Birma bədii filmi 1920-ci ildə U On Maun rejissorluğu ilə çəkilmiş «Məhəbbət və alkoqol» fili-
midir». «Rulu satın almaq olmaz», «Assamlı  şahzadə» və s. səsli filmlər isə 30-cu illərdə  çəkilmişdir.  İngilis 
imperializmini ifşa edən «Qələbə  çələngləri» «Obstruksionist» filmləri Birma kinofilmlərinin gözəl nümünəsi 
hesab edilir. Ölkənin siyasi həyatını əks etdirən çoxlu sayda müxtəlif janrlı filmlər çəkilmişdir. Birmada U Tin 
Maun, U Tukxa, Uxı Kixn, Co Sve, U Wyana və başqaları kino sənətinin görkəmli nümayəndələri kimi şöhrət 
tapmışdır. 
Departamentin 1962-si ildən iki həftədən bir birma dilində  «Şedi»  İngilis dilində «Foruord» jurnalları 
çıxır. Bima sosialist partiyasının isə bima dilində aylıq «Patieya» həftənin «Lanzin» iki həftədən bir «Tandizim» 
jurnalları nəşr edilir. İngilis dilində çıxan aulıq «Qardian» jurnalı isə xəbərlər jurnalı kimi daha çox yayılmışdır. 
Bimanın paytaxtı Rangun şəhərində dövlət radiosu faliyyət göstərir. 
Ədəbiyyat. Birma qədim  ədəbi  ənənələrə malikdir. Palma yarpaqları, daşlar üzərindəki qədim yazlılar, 
şerlər onun qədim  ədəbi  ənənələrindən xəbər verir. Myazeydi budda məbədinin üzərindəki Birma dilindəki 
yazılar da cek abidələrindən hesab olunur. Bimanın cek kitabları saray səlnamələri də dini kitablardır. XI əsrdə 
buddizim qəbulundan sonra palı dili Bimada ədəbi dil oldu. Bima ədəbiyyatı, fəlsəfəsi, estetik, müddalar 
inkişafında budizim dinin rolu böyük olmuşdur,klassik poezyanın inkişafı xvı-xvı  əsrlərdə yüksək səviyyəyə 
qalxdı. Birma dili xvııı əsrin əvvələrində palı dilini sıxışdırdı və əsrin ıı –si yarısından sonra əsas dövlət dilinə 
çevrildi.xvııı  əsrin sonu xıv  əsrin  əvvələrində  nəşr, dramaturgiya kimi janırlar meydana cıxdı, xarici 
ədəbiyyatlar Bima dilinə  tərcümə olunmağa başladı.Rahib yazıcılardan Tinqaya,şin Uqandamana və başqaları 
xalq kütlələrinin həyatını əks etdirən əsərlər yazmağa başladılar xıx əsrin birinci yarısından sonra dramaturgiya 
və rejsor sənəti inkişaf etməyə başlamışdı,U Çin U da həmin dövrün dramartuq və rejsor kimi şöhrət 
qazanmışdır.Milli istiqlaliyyət uğurunda mübarizə dövrində «kxitlan» («Ekspirment əsri»)  ədəbi hərəkətı 
yarandı.  İstiqlaliyyət dövründən sonra ədəbiyyatda vətənpərvərlik,sülhsevərlik mövzularında yazılar 
ğenişlənməyə başlandı. O,dövürdə yazıb – yaradana abidələrdən MA MA LE Tin Ain Tadu və başqalarının 
yaradıcılığında xüsusi ilə üstünlük təşkil edirdi; Ohen Pe Myinin «Weft» hekayəsi, Min Xlo Wyun Çunu 
«Birləşən ey insanlar» şeri və bir neçə Birma nağılları Azərbaycan dilinə təcümə edilmişdir. 
Memarlıq və təsviri sənət .Bimanın erkən insəsənəti Weolit dövrünə İstisnad edir. xı – xııı əsərlər Birma 
incəsənətinin tərəqi dövrü olub həmin dövürdə Paqan Şəhərində çoxlu memarlıq abidələri, Ananda Qodorolin, 
Tabenyn və başqa şəhərlərdə Budda məbədləri, Buddaya aid dini əşyaların qorunub saxlanması üsün stuplar ( 
kilsə zmgi formmasında olan qurğular, tikililər) tikilmişdir. Heykəltəraşlıq Budda fiqurları ( daş, ağas,və s) və 
Buddanın həyatından ğötrülmüş brılyeflərlə (Daş və keramika ) təmin olunur.Feadalizim dövründə böyük stup-
lar yerləşən məbəd kompleskləri yaratmışdır. xvııı  əsrin sonu xıx  əsrin  əvvələri  şəhərsalma inkişaf et-
di.Mandalay və başqa şəhərdə ağac dan nəhənd saray kompleskslər və monastırlar tikildi, Boyakarlıq, dekorotiv 
– tətbiqi sənət, tünsdan tökmə sənətlə toxuculuq və s. 
Müstəmləkə dövründə Birmada milli incəsənət tənəzülə uöradı. Ranqin və s, şəhərlərdə ingilis 
memarlığına xas olan binalar tikildi. xıx  əsrdə realist boyakarlıq yarandı,məsələn proterci rəssam U. Çoun 
həmin dövürün yaradıcılarındındır. xx əsrdə yağlı boya ilə işləyən rəssamlar meydana cıxdı.U. Ba Nyan, U Va 
Zo kimi rəssamlar yağlı boya ilə işləyirdilər.İstiqlaliyyət qəzanıldıqdan sonra ölkədə yeni və xarici memarların 
layihəsi üzrə müəsir tipli tipli binalar tikildi;Boyakarlıq sənətində  ən cox Milli mövzulara müraciət edilirdi; 
Mütərəqqi rəssamlardan U San Bin, U Aun Kin, heykəltəraşlardan U, Uuin, U Xan Fin və başqaları əsərlərində 
müəsir həyat mövzularına üstünlük vermişlər. Xalq dekarativ sənəti əsasən, ağac, meta,sümüyü ,sədəf üzərində 
Bədi oyma işləri ilə təmin olunmuşdur. 
Musiqi Birma musiqisi qədim dini musiqilərə , mərasimlərə  əsaslanır. Hətta müasr Birma mahnı  və 
rəqslərinədə dini mərasimlərin elemetləri qalmışdır. Musiqi müstəqil sənət kimi Paqan dövləti inkişaf etmişdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
256
Birmada patsayın ,çeyvan pattala (qərb alətləri), və s . kimi müsiqi alətlərindən istifadə edir. Dini bayramlar, 
əmək prosesləri müsiqi ilə müaşəyət olunur. Rangun və Mandalay şəhərlərində dövlət müşiqi və dram məktəbi 
yazdırılmışdır. Birma milli rəqs ansabılı,Birma dövlət orkestri təşkil edilmişdir. Orkestir həm ölkədə  həm də 
xarici ölkələrdə Şöhrət qazanmışdır. Teatır .Birmada Tatr tamaşaları ilə əlaqədar yaranmışdır.Hindistan və Çin 
incəsənəti Birma teatırına güclü təsir etmişdir. Birmada xvııı əsrdə saray teatırları yarandı, xıx əsrin sonunda isə 
Randin şəhərində ilk daimi teatır binası tikildi. Birmanın məşur aktyorları U Ro Seyn,Andivala, Syen Kadon Lu 
teatren yetirmələridir.İstiqaliyyət Əldə etdikdən sonra ölkədə teatır sənəti də inkişaf etməyə başladı. 
Böyük şəhərlərdə Səyyar teatr trüppaları , kəndlərdə həvaskar xalq teatırları yaradıldı. Birmada həmcinin 
kukla, kölgə teatırları da inkişaf etmişdir.Kino .Sek. Birma bədi filimi 19 20-ci ildə U On Maun rejesso rluğu ilə 
çəkilmiş «Məhəbbət və aekogol» filimidir.»Rulu satın almaq olmaz» «Assamlı şahzadə»və s .səsli filimlər isə 
30-cu ilərdə çəkilmişdir.İngilis ireperializmini ifşa edən «Qələbə  çələngləri» «Obstruksionist» filimləri Birma 
kinofilimlərini gözəl nümünəsi hesab edilir. 
Ölkənin siyasi həyatını əks etdirən çoxlu sayda müxtəlif janırlı filimlər Çəkilmişdir.Birmada U Tin Uaun, 
U Tukxa ,Çxı Kixn,Co Sve, U Wyana Və başqaları kino sənətini görkəmli nümayəndələri kimi şöhrət tapmışdır. 
 
 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin