Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   36
I brahimov T I Tsviri incsntin nzr

“Əl” nəzəriyyəsi.
Təsviri sənətin yaranması haqqında nəzəri fikirlərdən digərini 
şərti olaraq “Əl nəzəriyyəsi” adlandırmaq olar. Belə ki, Avropa 
mağaralarına baxsaq görərik ki, paleolit dövrünün bir çox ma-
ğaralarında insan əlinin təsvirlərinə rast gəlmək mümkündür. Əl 
təsvirləri öz inkişafında iki mərhələ keçib: ilkin mərhələ – real-
lığı ilə seçilən insan əllərin təsviri ilə müşaiət olunub. Ehtimal 
olunur ki, bu təsvirlər daş səthinə qoyularaq, real insan əllərinin 
trafaret təsvirləri olmuşlar. Daşın üzərinə qoyulmuş əl perimetr 
boyu cizgilənir, sonra isə təsvir olunmuş əlin kənarları (fonu) 
rənglənirdi. Digər üsul ilə yaradılmış əl təsvirləri isə əksinə, rəng 
hazırlanandan sonra əllər rəngə batırılaraq, qayanın səthinə sıxı-
lır və beləliklə əl təsvirləri əldə olunmuşlar. Beləliklə, “pozitiv” və 
“neqativ” üsul ilə yaradılmış əl təsvirləri meydana gəlir.
İkinci mərhələdə isə ibtidai insan məqsədyönlü şəkildə, natu-
ranın müşahidəsi və yaddaşa əsasən təsvir etməsi meydana gəlir.
Beləliklə, təsvir yaratmanın ilkin və ən sadə metodikası yarandı. 
Məlum olduğu kimi, təsviri incəsənətin gələcək inkişafı məhz 
kontur cizgiləri vasitəsilə təsvir olunan obyekti “əhatələmək”, 
onu ətraf məkandan xətt vasitəsilə “ayırmaq” prinsipi üzərində 
cərəyan etmişdir. 
Bu nəzəriyyənin tərəfdarlarının fikirlərinə görə, təsviri 
incəsənətin yaranması məhz belə sadə təsvirlərdən başladı. İnsan 
ilk dəfə olaraq öz əlinin konturlarını cızdı və başa düşdü ki, belə 
təsvir yaratmaq olar (tanınan təsvir). Beləliklə, təsvir yaratmanın 
ilkin və ən sadə metodikası yarandı. Məlum olduğu kimi, təsviri 
incəsənətin gələcək inkişafı məhz kontur cizgiləri vasitəsilə təsvir 
olunan obyekti əhatələmək, onu ətraf məkandan xətt vasitəsilə 
“ayırmaq” prinsip üzərində cərəyan etmişdir. 



Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin