28
Təsviri
incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
radır. Və nəhayət, mailliyə (diaqonal)
meylli forma gərginlik və
hərəkət hissini artırır.
Mürəkkəb təbii formalardan biri olan armud meyvəsinin for-
masının insana təsirini araşdıraq. Armuda baxdıqca insanın ba-
xışı özündən asılı olmayaraq armud formasının
səthi üzərində
“xəyalən gəzir” və belə “gəzməklə” armud formasını qavrayır.
Baxışın armud səthi üzərində gəzməsi emosional dəyişkənlik ya-
radır. Bu dəyişkənlik (enişli-yoxuşlu səthin yaratdığı
emosional-
lıq) daxili koordinat oxlarından asılı olaraq tamaşaçıda “rahat”,
“narahat”, “gərgin” və s. emosional hallar yaradır.
Forma gözəllik və eybəcərlik hissi də yaradır. Formanın mailli-
yi, bərkliyi, qalınlığı, yumşaqlığı, fakturası və s. insan tərəfindən əl
vasitəsilə qavranıldıqda, insanda müsbət
və ya mənfi təəssüratlar
yaranır. Müsbət təəssürat gözəllik hissini,
mənfi təəssürat isə
eybəcərlik hissini yaradır.
Formanın estetikliyi. Tanış olmayan formanın xoşa gəlimliyi
– estetikliyi müəyyən daxili
və xarici qanunauyğunluqla-
ra əsasən yaranır. Bu qanunauyğunluqlar daima sənətkarları
düşündürmüşlər. Leonardo da Vinçi və bir sıra incəsənətin
29
Mövzu 4
Təsviri
sənətdə forma
nəzəri tədqiqatları ilə məşğul olmuş sənətkarlar forma estetikli-
yinin əsas prinsiplərini aşağıdakı şəkildə müəyyən etmişlər:
Formanın tamlığı
– Forma natamam olmamalıdır.
Forma-
nın tamlığı ona nə isə “əlavə” etmək və ya ondan “kəsmək”
tələbatını yaratmamalıdır.
Formanın mütənasibliyi
– formanın bir hissəsi digər hissəsi ilə
mütənasib olmalıdır (insan başının
bədənə nisbətdə böyük və
ya kiçik olması mütənasiblik prinsipinin pozulmasıdır).
Dostları ilə paylaş: