50
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
M
iqyas anlayışı bilavasitə təsvir olunanla real
aləmin ölçüləri arasında nisbəti əks etdirir. Aydındır ki, müşahidə
zamanı ətraf aləmin ölçüləri baxış nöqtəsinin məsafəsindən asılı
olaraq dəyişir.
Təsvir məkanında miqyas effekti predmet və obyektlərin
rəssama (tamaşaçıya) yaxınlaşdırılması və ya uzaqlaşdırılma-
sı nəticəsində əmələ gəlir. Sadə dillə desək, miqyas cisimləri,
obyektləri yaxından və uzaqdan göstərərək onların qavranılması-
na kömək edən, onların bədii təsirini artıran bir vasitədir. Adətən
təsviri sənətdə miqyasdan o məqsədlə istifadə olunmuşdur ki,
təsvir olunan obyekti tələb olunan tərzdə qavranılması üçün
daha da yaxınlaşdırsın və onun xırda detallarını daha dəqiqliklə
nəzərə çatdırsın.
Miqyas təsviri sənətdə ilk növbədə məkan və onun dərinliyi
ilə bağlıdır. Məkanın qurulmasında və müstəvi üzərində görünən
obyekt və predmetlərin miqyası əsasən böyüməsi və kiçilməsi ta-
maşaçı ilə onların arasında olan məsafədən asılı olaraq dəyişir.
Rəssam məsafəni məkanda əks etdirərək, eyni vaxt təsvir olunan
predmetlərin həcm-məkan xüsusiyyətlərini də əks etdirmək im-
kanını qazanır.
Həcm-məkan xüsusiyyətləri necə yaradılır? Əvvəla, miqyasa
əsasən cisimləri yaxınlaşdırdıqda o cisimlərin üst tərəfini, bir də
yan tərəflərini təsvir edir, bununla da cisimləri həcmli göstərmək
imkanı yaranır. İkincisi, miqyas təsviri sənətdə yalnız xətt və
ya ölçülər vasitəsilə deyil, eyni zamanda rənglər vasitəsilə də
müəyyən oluna bilər.
Miqyas rəng vasitəsilə necə müəyyən olunur? Perspektivin
qanunlarından bilirik ki, yaxında olan cisimlər adətən daha par-
laq və işıqlı olur. Ona görə ki, tamaşaçı ilə predmetin arasındakı
hava qatının nazikləşməsi rənglərin parlaqlığını artır. Bu da öz
növbəsində miqyas (böyük miqyas) illüziyasını yaradır.
Dostları ilə paylaş: