Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Mövzu 6:
TƏSVİRİ 
SƏNƏTDƏ 
CİSMANİLİK 
(MATERİALLIQ) 
VƏ TƏSVİR 
FAKTURASI 


42
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Kontur xətlərlə təsvir olunmuş heyvanın konturdaxili 
sahəsinin rənglənməsi və ya oyulması nəticəsində heyvanın 
cismaniliyi artmış və “şəffaflıq” aradan götürülmüşdür. Nəticə 
etibarilə reallığa bir qədər də yaxınlaşmış “siluet” təsvirlər yaran-
mışdır.
Üçüncü mərhələdə, konturlu və rənglənmiş heyvan fiquru-
nun bədən səthinin plastikası işıq-kölgə vasitəsilə əks olunur. 
Bu mərhələlərin inkişaf istiqaməti və dinamikası onu göstərir ki, 
təsviri sənət reallığı daha obyektiv əks etdirmək istiqaməti ilə in-
kişaf edirdi. 
Bütün sonrakı mərhələlərdə nəzərə çarpan inkişaf, yeni 
daha geniş ifadə imkanlarına malik təsvir materiallarının və 
alətlərin meydana gəlməsi və tətbiq olunması, bu tendensiya-
nın sənətkarlıq bacarığının, professionalizmin əsas meyarına 
çevrilməsi ilə nəticələnir. 
Təsviri sənətdə rəssam tərəfindən yaradılmış “təsvir” əslində 
illüziyadır, çünki əslində həmin təsvir olunmuş predmet heç də 
kətanın üzərində deyil. Məsələn, kətanın üzərində yerləşdirilmiş 
insan təsviri fiziki baxımdan yenə də ikiölçülü (səthi) olaraq qa-
Qayaüstü rəsmlər.


43
Mövzu 6 
Təsviri sənətdə cismanilik (materiallıq) və təsvir fakturası
lır. Lakin rəssam insanın saçının, bədəninin, paltarının material-
lığını (cismaniliyini) təsvir vasitələri ilə artıraraq, tamaşaçını ani 
da olsa təsvirin elə real obyektin özü olmasına inandırır. 
Təsvirdə materiallığın (cismaniliyin) əldə olunmasında əsas 
məqsədlər aşağıdakılardır:
1. Tamaşaçını yaxşı mənada aldadaraq, onun təsviri deyil, real 
obyektin özünü müşahidə etməsinə inandırmaq;
2. Tamaşaçıda real cismin qavraması prosesində formalaşan 
emosiyaları və hissləri oyadaraq, real yaşantı effektini yarat-
maq. 
Materiallığın və cismaniliyin təsirini dərk etmək üçün məşhur 
modernist rəssam R.Rauşenberqin “Xəzli çay dəsgahı” əsərini 
Albrext Dürer. (1471-1528)
“Dovşan”. Rəsm. 1502.
Albertina Qalereyası.
 Vyana, Avstriya


44
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
yada salmaq kifayətdir. Düzdür, burada rəssam xəz təsvir vasitələri 
ilə deyil, elə xəzin özünü istifadə etməklə əsər yaradır. Lakin güc-
lü materiallığın və cismaniliyin obraza və hissiyyata təsiri burada 
çox çılğın şəkildə ifadə olunması şübhə doğurmur. Material nəyin 
üstündə olmağından asılı olmayaraq özü-özlüyündə güclü emo-
sional təsir bağışlayır. Bunu bilən rəssamlar təsviri yaradarkən 
təsvir olunan predmetin əsil materiallığını cizgi, rəng, işıq-kölgə, 
ton, blik və s. vasitələrlə “imitasiya” edirlər. Materialın əvəzinə 
onun inandırıcı təsvirini yaradan rəssam əslində, təsvirə baxma-
sını bilən tamaşaçını ani olaraq “aldatmağa” müvəffəq olur. 
Materiallıqla (cismaniliklə) bərabər təsvirin inandırıcı və real 
qavranılması üçün təsvir səthinin fakturasının da əhəmiyyəti bö-
yükdür.
Faktura sözü latın dilində (factura) real quruluş, emal olun-
muş səth mənasını ifadə edir və təsviri sənət əsərinin səthinin 
xüsusiyyətini ifadə edir.
Faktura təsvirin üst səthini xarakterizə edir: hamar, qabarıq, 
solğun, parlaq və s. Fakturanın əldə olunması və yaradılması 
təsviri sənət əsərlərində oxşatma və bədii yaradıcılıq vasitəsilə 
ifadə etmə üsulu ilə əldə olunur. Fakturanın insana emosional 
təsiri istənilən cismin materiallığı və plastik xüsusiyyətləri ilə 
bağlıdır. Fiziki materialdan olan və faktura xüsusiyyətlərinə ma-
lik səthə əl ilə toxunduqda onun nədən hazırlanması assosiativ 
hissiyyat vasitəsilə dərk olunur və bu materiala uyğun emosional 
hiss yaşanır. 
Fakturanın təbiəti relyef anlayışı ilə bağlıdır. Faktura adətən 
təsvirin reallıq illüziyasını daha da gücləndirmək məqsədi ilə 
ifadə olunur. Fakturalı səth insanın emosional halını və durumu-
nu dəyişir. Kələ-kötür faktura başqa, hamar isə, insana tamam 
başqa bir hal yaşadır. 


45
Mövzu 7 
Təsviri sənətdə simmetriya və asimetriya
T
əsviri incəsənətdə simmetriyanın iki növü mövcuddur: 
aşkar görünən simmetriya və gizli simmetriya. Bundan başqa, 
simmetriyanın üfüqi və şaquli növləri də mövcuddur.

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin