Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Müasir dövr avanqard incəsənətində miqyas və mütənasiblik 
çox şərti olaraq tətbiq olunur. Müasir “bədii dilin” subyektivli-
yi, təsvirin mücərrəd prinsiplərə əsasən yaradılması miqyas və 
mütənasiblik anlayışlarını obraz sisteminə tabe edir və obyek-
tiv göstəricilər öz rolunu itirirlər. Avanqard təsviri incəsənətdə 
əsas prinsip daxili aləmin mücərrəd obrazlarda əks olunması-
dır. Daxili aləmin, təxəyyülün qanunauyğunluqları isə heç kim 
tərəfindən birmənalı müəyyən edilə bilməz. Obyektiv qanuna-
uyğunluqlar fiziki aləmə xasdırlar, mənəvi və təxəyyül aləminə 
bunları şamil etmək mümkün deyil. Son nəticədə rəssamın 
“Mən belə görürəm” ifadəsi istənilən təhrifə haqq qazandırır. 


62
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
T
əsviri incəsənət əsərinin formatı dedikdə şəkil çərçivə-
lərinin konfiqurasiyası, ölçü və mütənasiblik nisbətləri nəzərdə 
tutulur. Format xüsusiyyətinin əsərin emosional qavranılma-
sında böyük rolu var. Bu fenomen çoxdan, hələ orta əsrlərdən 
müəyyən olunmuşdur. Yəni ilk dəfə Orta əsrlərdə təsviri 
incəsənətdə format məsələsi ilə əlaqədar olaraq Vitruvinin 
(Marcus Vitruvius Pollio) fikirlərinə müraciət olunur. Belə ki, 
M.P.Vitruvinin “Qızıl bölüm” prinsipini nəzəri şəkildə təsbit 
edəndən sonra təsviri sənət əsərlərinin formatı müəyyən bir 
standarta və biçimə tabe olundu. Artıq orta əsrlərdən mövcud 
olan bu format biçimi həmişə qəliblənmiş şəkildə olmamışdır.
Orta əsrlərdə bir neçə cür dairəvi formatlar tətbiq olunurdu 
(məs., Rafael Santinin “Madonna Konestabile” əsəri). Əksər hal-
larda isə formatlar dördkünc olurdu. Ancaq bu dördkünc forma-
tın özlüyündə ölçülər və nisbətlər fərqli olmuşlar. (Müasir dövrdə 
rəssamlar əksər hallarda “üfüqi” və yaxud “şaquli” formatlara üs-
tünlük verirlər. Bu formatlara əsasən, şəkilin ən uzun hissəsi üfüq 
müstəvisi üzərində yerləşdikdə o, üfüqi adlanır. Uzun hissəsi şa-
quli vəziyyətdə olduqda isə “şaquli” format adlanır.
Orta əsrlərdə müxtəlif format variantları olmuşdur. Belə 
qeyri-adi formatlar içində mehrablar üçün yaradılmış əsərləri 
göstərmək olar. Bu əsərlərin formatı tağvari şəkildə olmuşlar. 
Belə tağvari formata Qacarlar dövrü təsviri incəsənətində də rast 
gəlmək mümkündür. 
Qacarlar dövrü incəsənətində format əksər hallarda tağvari 
pəncərələrin quruluşundan asılı olmuşdur. Çünki, Qacarlarda 
belə portret əsərləri malikanələrin, sarayların divarlarında olan 
rəflərin içinə (tağların içinə) salınması üçün nəzərdə tutulmuşlar 
(yəni təsviri kətana çəkib divara yapışdırırdılar). Sarayların di-
var tağçaları təsvirin formatını və ölçülərini bilavasitə müəyyən 
etmişlər.

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin