Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin


Mövzu 8  Təsviri sənətdə miqyas və mütanasiblik 60



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
I brahimov T I Tsviri incsntin nzr

59
Mövzu 8 
Təsviri sənətdə miqyas və mütanasiblik


60
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
forma təfərrüatları daha aydın görünür. Uzaq baxış nöqtəsindən 
yaradılmış təsvir siluetləşir və onun emosional təsiri azalır. 
Beləliklə, tamaşaçıda obrazın təsirli olması üçün miqyasdan 
məqsədyönlü istifadə etmək mümkündür.
Mütənasiblik ümumi miqyasla bərabər daxili ölçü nisbətlərini 
müəyyən edir. Mütənasiblik qanunauyğunluğu ayrı-ayrı hissələrin 
birinin-digərinə və hissənin ümumiyə nisbətini müəyyən edir. 
Mütənasiblik qanunauyğunluğu təsviri sənətdə və memarlıqda 
ən mühüm amillərdən biri kimi çıxış edir. Kamil mütənasibliyin 
əsas prinsipləri insan fiquru və onun nisbətləri əsasında tərtib 
olunmuşlar. Çünki ən harmonik mütənasiblik təcəssümünü in-
san fiqurunun özü təşkil edir. Belə ki, insanda bədənlə ayaqların 
nisbəti, başla-bədənin nisbəti, sifət elementlərinin biri-digərinə 
və hər birinin ümumi sifət ölçülərinə nisbəti kamil şəkildədir. 
Təsviri sənətdə mütənasiblik yalnız insan fiqurunda de-
yil, daha geniş aspektə nəzərə çarpır. Bu nisbətlər məkan və 
məkandakı elementlərin ölçülərinə də sirayət edir. Məsələn, 
qədim Çin təsviri incəsənətində mütənasiblik prinsipləri Avropa 
təsviri incəsənətindəki mütənasiblik prinsiplərindən fərqlənir. 
Çində məkan sonsuz və böyük, insan isə çox kiçik və xırda olur. 
Uzaq Şərqdə dünya ilə (məkan ilə) insanın nisbəti başqa cür 
(dini müstəvidə) dərk olunur. Uzaq Şərq klassik təsvir kanonları-
na əsasən belə bir fikir irəli sürülür ki, avropalılarda insanla təbiət 
arasındakı ölçü nisbətləri dini dünyagörüşü prinsiplərinə uyğun 
deyil və bu nisbətlər insan miqyasının əsassız böyüdülməsinə 
gətirib çıxarıb. Yəni avropalılarda insan, onun rolu, dünyada və 
təbiətdə yeri haqqında “şişirdilmiş” təsəvvürlər mövcuddur. Ona 
görə də onların təsvirlərində insana daha çox yer ayrılıb nəinki 
təbiətə. İnsan birinci plandadır, təbiət isə – ikinci planda və yal-
nız insan fiqurunun fonu qismində çıxış edir. Klassik Çin, Ya-
pon təsviri incəsənətində isə əksinə, təbiətə daha çox yer verilir, 
təbiətlə nisbətdə insan fiquru çox kiçik və “cılız” görünür. Belə 
nisbətlər prinsipinin yaranmasına Buddizm dininin “İn-Yan” və 
“Buddanın kosmik bədəni” təlimləri təsir etmişdir. 


61
Mövzu 8 
Təsviri sənətdə miqyas və mütanasiblik
Beləliklə, təsviri sənətdə məkan və bu məkanın içində baş 
verən hadisə (süjet), onun elementləri bir-biri ilə mütənasiblik 
qanunları əsasında münasibətdə olurlar. Mütənasiblik nisbətləri 
miqyasın seçilməsindən, yəni obyektin nə qədər uzaqlaşdırılma-
sından və yaxınlaşdırılmasından əmələ gəlir. Tamaşaçı diqqətini 
nəyəsə məqsədyönlü yönəltmək istədikdə isə miqyas böyüdülür 
və bununla da obyekt daha çox diqqəti cəlb edir. 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin