Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin


Mövzu 13  Təsviri incəsənətdə işıq və kölgə İşıltı, parıltı



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   36
I brahimov T I Tsviri incsntin nzr

91
Mövzu 13 
Təsviri incəsənətdə işıq və kölgə
İşıltı, parıltı
predmetin rəng baxımından ən işıqlandırılmış 
hissəsidir. İşığın mənbəyi predmetin səthində əks olunur, 
parıltı yaradır. 
İşıq
 bilavasitə predmetin işıqlandırılan səthidir. Bura işıq 90 ° 
bucaq altında düşür. Bəzən bu işıq korpuslu və ya birbaşa, düz 
kimi də tərif edilir. 
Yarımkölgə
 təsviri məkanda işıq ilə kölgənin keçid yeridir. Mü-
vafiq olaraq, bu hissə işıqdan tünd, kölgədən isə daha açıqdır. 
Bu hissələrə işıq ya 90°-dən az bucaq altında düşür, ya da to-
xunaraq keçir. Yarımkölgələr işığın forma üzərindən keçidini 
göstərir.
Öz, fərdi kölgə 
predmetin ən qaranlıq hissəsidir, burada nə düz, 
nə də əks olunmuş işıq mövcud olmur. Predmetin bu hissəsi 
yayılmış işığa məruzdur. .
Refleks (rəngin və işığın əks olunması) 
öz kölgənin üzərində 
yerləşir və başqa, işıqlandırılmış predmeti və ya onun hissəsini 
əks edir. Daha sədə tərifi – kölgədə əks olunmuş işıq. Ref-
leks hər zaman işıqdan tünddür, lakin kölgədən bir qədər 
açıqdır. Reflekslər predmetin kompozisiyadakı mövqəyinin 
müəyyənləşdirilməsinə vasitə olaraq, onun təsviri məkanda 
tək olmadığına, digər predmetlərlə əhatələnməsinə və onların 
bir-birinə təsir etməsinə ehtiva edir. Refleks mühitdən asılıdır. 
Cilalı müstəvidə reflekslər daha güclüdür. Bəyaz predmetlər 
bütün rəngləri əks edir, lakin qara donuq səth üzərində heç bir 
rəng əks olunmur, çünki qara rəng üzərinə düşən bütün işıq 
kütləsini udur. 


92
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Məhz bu səbəbdən real məkanda predmetin rəngini an-
caq nəzəri təsəvvür etmək daha məqsədəuyğundur. Rəng – 
reflekslərin mozaikasıdır. Hər bir predmet bu halda cilalı və 
ya donuq güzgü kimi çıxış edir. Ejen Delakrua qeyd edirdi: 
“Predmet nə qədər cilalanmış və parıltılı olursa, onun öz rəngi 
həmin dərəcədə az bəlli olur. Beləliklə, o başqa predmetlərin 
güzgüsünə çevrilir və onların rənginin göstəricisi kimi çıxış 
edilir”. 
Düşən kölgə.
Bu tip kölgə ümumiyyətlə kölgənin ən tünd 
mərhələsini təşkil edir. Bu halda forma işığın yayılmasına mane 
olur, onun şüalarının qarşısını alır. Kölgəsi düşən predmet 
uzaqlaşaraq, onun kölgəsinin rəng tonları açılır və sərhədləri 
yumşalır, yayılır. Beləliklə, düşən kölgə bu prinsiplə formala-
şır: predmetin yerləşdiyi müstəvinin rəngi+predmetindən əks 
olunmuş işıq+predmetə zidd olan rəng. 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin