92
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
Məhz bu səbəbdən real məkanda predmetin rəngini an-
caq nəzəri təsəvvür etmək daha məqsədəuyğundur. Rəng –
reflekslərin mozaikasıdır. Hər bir predmet bu halda cilalı və
ya donuq güzgü kimi çıxış edir. Ejen Delakrua qeyd edirdi:
“Predmet nə qədər cilalanmış və parıltılı olursa,
onun öz rəngi
həmin dərəcədə az bəlli olur.
Beləliklə, o başqa predmetlərin
güzgüsünə çevrilir və onların rənginin göstəricisi kimi çıxış
edilir”.
Düşən kölgə.
Bu tip kölgə ümumiyyətlə
kölgənin ən tünd
mərhələsini təşkil edir. Bu halda forma işığın yayılmasına mane
olur, onun şüalarının qarşısını alır. Kölgəsi düşən predmet
uzaqlaşaraq, onun kölgəsinin rəng tonları açılır və sərhədləri
yumşalır, yayılır. Beləliklə, düşən kölgə bu prinsiplə formala-
şır: predmetin yerləşdiyi müstəvinin rəngi+predmetindən əks
olunmuş işıq+predmetə zidd olan rəng.
Dostları ilə paylaş: