Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
I brahimov T I Tsviri incsntin nzr

 Mövzu 12.
TƏSVİRİ 
SƏNƏTDƏ 
KOMPOZİSİYA


86
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Mənfi cəhəti isə ondan ibarətdir ki, belə sətirvari qurulmuş 
kompozisiya çox primitiv (arxaik) və bəsit görünür. 
Süjetli təsvirlərin əmələ gəlməsi müxtəlif mədəniyyətlərdə 
müxtəlif növ və tip kompozisiyalar yaratmışdır. 
Nəticədə qeyd etməliyik ki, təsviri incəsənətdə nəqledicilik 
prinsiplərinin bərqərar olunması kompozisiya anlayışının for-
malaşmasına gətirib çıxartdı. 
Qədim Şumer. Silindrik möhür 
üzərində frizvari (sətirvari) kom-
pozisiya
Qədim Yunanıstan. Vaza üzərində 
frizvari (sətirvari) kompozisiya
Qobustan. Tunc dövrü. 
E.ə. III minillik


87
Mövzu 12 
Təsviri sənətdə kompozisiya
Mikelancelo Merizi da Karavaco. 
(1571-1610).
“Müqəddəs Matfey və qılman”.
(1599—1602).
Əyyub Məmmədov.(1921-1994).
“Üzüm yığımı”. 60-cı illər.


88
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
T
əbiətdə mövcud olan hər bir obyekt özünəməxsus rəngə 
malikdir, lakin praktiki olaraq insan gözü real rəngləri olduğu 
kimi qavramağa qadir deyil. Rəngin qavranmasını bir necə amil 
müəyyənləşdirir ki, bunlar işıq, mühit, baxış bucağı, tamaşaçı-
ya təsir gücü, psixoloji aspektdir. Bu baxımdan yaradıcı şəxsin 
(rəssamın) xüsusi, peşəkar diqqətə malik olması zəruri şərtdir. 
Rəssam ziddiyyətləri, rəngi, kölgələri, refleksləri müşahidə edərək
onları ifadə vasitəsi kimi istifadə edir. Leonardo da Vinçi yazır: 
“İşıqlandırılmış predmetlərin səthləri həmin predmetin gerçək 
rəngini əks etmir... Əgər biz bəyaz parçanı qaranlıq bir məkana 
yerləşdirib onun üzərinə üç dəlikdən müxtəlif mənşəli işığı (günəş, 
atəş, və hava) yönəltsək, həmin parça üçrəngli görünəcək. Heç 
bir predmet öz təbii rəngini tam olaraq müəyyən etmir. Rəngin 
müəyyənləşməsi üçün ilk olaraq predmet və göz arasında mövcud 
olan mühit, daha sonra predmeti işıqlandıran digər predmetin hər 
hansı rəngə malik olmasıdır”. Burada da Vinçi rəng perspektivi və 
refleksləri aşkarlamağa çalışır. 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin