Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə26/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Mövzu 13. 
TƏSVİRİ 
İNCƏSƏNƏTDƏ 
İŞIQ VƏ KÖLGƏ
1
2


89
Mövzu 13 
Təsviri incəsənətdə işıq və kölgə
Predmet rəngi – dəqiq deyişməyən rəngdir. O etalon adlanır. 
Təbii rəngin oyununu təmin edən əsas amil spektrdır. İşığın şüa-
ları məkanda paylaşdırılır, dəyişir, birləşir, bir birinə təsir göstərir. 
Bu halda günəş, ay, ləmpə kimi mənbələrdən gələn işıq axarları 
məkanı ümumi işıqlandıraraq məkanda bir sıra əks olunmuş işıq 
kütlələri formalaşdırır və predmetlərin rənglərini sanki “oyadır, ça-
ğırır”. Optika qanunlarına görə, hər bir əşya onun üzərinə düşən 
işığın süzgəcidir. Əşya işığın müəyyən hissəsini udur, müəyyən 
hissəsini isə əks etdirir. Əks olunmuş şüalanmanın spektrı əşyanın 
mənşəyindən və işıqlandırmanın xüsusiyyətindən asılıdır.
İntensiv işıqlandırma predmetlərin rənglərini yaxınlaşdı-
rır və rənglərə əsasən kölgələri birləşdirərək, rəngin ikinci to-
nunu, akkordunu və kontrastı (ziddiyyəti) formalaşdırır. Bir-
başa düşən gözqamaşdırıcı günəş işığı da rəngləri birləşdirir, 
rənglərin fərqlərini yox edir və kontrast kölgələr yaradır. Fotoda 
1 rəqəmi ilə qeyd olunan fraqment yayılmış işıqda rəng çalarları-
nın əlvanlığını, 2-ci fraqment isə ləmpənin bir başa işıq şüalarına 
məruz qalaraq çalarların azalmasını göstərir.
İşıq-kölgə həcmin və məkanın görünmə illüziyasını yara-
dır. O, predmeti işıqlandırılmış və hava ilə əhatələnmiş tərzdə 
təsvir edir. Heykəltəraşlığın yapma ilə nail olduğuna rəngkarlıq 
işıq, yarım-kölgə və kölgə ilə nail olur, predmetləri müstəvi 
üzərində yarır, “modelləşdirir”. Rembrandtın (1606-1669) “Da-
naya” əsərinə (1647, Ermitaj) nəzər salsaq, o zaman biz əsərin 
hər tərəfini zərrin şüalarla işıqlanmış kimi qavrayırıq. Lakin 
əsərin süjetinə görə, burada qızıl yağmur (Zeusun təcəssümü) 
təsvir olunmalı idi. Rembradt Avropa incəsənətində işığın həlli 
problemdə inqilab edən rəssamlardandır. Dünyanın xətti-siluet 
qavrayışından onun “efirik” qavrayışına keçidi formalaşdırır və 
“Danaya”sında qızılı işıq ilə təsviri məkanı tam əhatə edir.
Rembrandt işıqlı tonlarla qaranlıq-tutqun tonlar arasında ol-
duqca zərif “yarımton” keçid tonlarını kəşf etmişdir. Predmetlərin 
xətti-siluet qavrayışından fərqli olaraq, illüzor-məkan qavrayışı-
nın xüsusiyyəti ondan ibarətdir ki, burada işıq ilə kölgənin oyu-
nu “quru” xətləri yumşaldır, bəzən isə onları tamamən “yeyir”.


90
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Beləliklə, əsərin bir sıra amillərinin ifadəsində mühüm rol oy-
nayan işıq və kölgənin verilməsi üçün təsviri incəsənətdə aşağı-
daki anlayışlar mövcuddur:
• Işıltı
• İşıq
• Yarımkölgə 
• Fərdi kölgə
Refleks 
• Düşən kölgə
Rembrandt van Reyn. 
(1606-1669)
“Danaya”, 1636—1647. 
Ermitaj. Sankt-Peterburq. Rusiya.



Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin