Mövzu 9.
TƏSVİRİ
SƏNƏTDƏ
FORMAT
PROBLEMİ
63
Mövzu 9
Təsviri sənətdə format problemi
Qeyd edək ki, müxtəlif formatlar bu gün də mövcuddur.
Məsələn, müasir incəsənətdə, xüsusilə, avanqard incəsənətdə
C.Brakın, P.Pikassonun əsərlərində rombvari formatlar, tağvari
formatlar da var. Ümumiyyətlə, müxtəlif format formalarına mü-
asir dövrdə heç bir məhdudiyyət yoxdur.
Əsər formatlarının tarixi inkişafı müəyyən unifikasiya
(vahid standartlar) ilə nəticələnmişdir. Bu standartlar insa-
nın gözəllik haqqında təsəvvürlərinin sxematik quruluşunu
ölçü nisbətləri əsasında əks olunmasını nəzərdə tuturlar. Bu
nisbətlərin ən əhəmiyyətlisi isə “qızıl bölüm”(“golden ratio”)
prinsipi əsasında müəyyənləşdirilərək kamil harmoniya kimi
təsbit olunmuşdur. Bu nisbəti riyazi şəkildə ifadə etsək o belədir:
√�5 + 1
φ = ——— = 1,6180339887...
2
burada – qızıl rəqəm (Leonardo
da Vinçinin ifadəsi) adlanır. “Kiçik hissənin böyük hissəyə olan
nisbəti, irinin bütövə olan nisbətinə bərabərdir”.
Rafael Santi. (1483-1520)
"Madonna Konestabile". 1502/04.
Ermitaj. Sankt-Peterburq. Rusiya.
64
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
Bildiyimiz kimi, insan fiqurunun təsvirinə baxdıqda, onun
yan tərəflərinin (eni və yaxud uzunluğu) nisbəti müəyyən bir
ahənglik təşkil etməlidir. M.P.Vitruvi özü də “qızıl bölüm”
nisbətini qədim yunanlardan götürmüşdür. O, “qızıl bölüm”
nisbətini kamil insan fiqurunun nisbətlərinə əsasən müəyyən et-
mişdir. Leonardo Da Vinçinin müasiri Luka Paççioli belə nisbəti
“İlahi nisbət” adlandırmışdır.
Bu nisbətin mənşəyinə gəldikdə demək lazımdır ki, insan
fiqurunun yuxarı hissəsi (göbəkdən yuxarı) aşağı hissəsinə
(göbəkdən aşağı), aşağı hissəsi isə bütöv fiqura olan nisbətinə
bərabər olması “qızıl bölümün” meydana gəlməsində həlledici
rol oynamışdır.
65
Mövzu 9
Təsviri sənətdə format problemi
Formatın emosional təsiri bilavasitə insan gözünün quruluşu
və görmə bucağı ilə bağlıdır. Hər bir insanın şaquli və üfüqi ox
boyunca görmə bucağı və bu görmə bucaqlarının sərhədləri də
“qızıl bölüm” əsasında müəyyənləşdirilmişdir.
İnsanın normal şaquli və üfüqi xətt boyunca görmə bucağı şa-
quli xətt boyunca 115-120° (açıq-aydın görmək olur), üfüqi xətt
boyunca isə 145°-dir. İnsanın görmə bucaqlarının nisbətinə uy-
ğun gələn hər bir şey yaxşı, rahat, ahəngdar görünür, gözəl nisbət
kimi qavranılır. Görmə bucaqlarının imkanları nisbətinə uyğun
olmayanda isə narahatlıq hissi yaranır.
Hər bir təsviri sənət əsərini tam və rahat görmək üçün onun
diaqonal xəttinin uzunluğu şəkil səthi ilə tamaşaçı arasında olan
məsafəyə bərabər olmalıdır.
Emosiya hissiyyat aləminin dərin qatlarında yaranan bir psixi
haldır. Emosiyada müsbət və mənfilik qiymətləndirilməsi var.
İncəsənət əsərinə baxdıqda, onun ölçü formatı gözə uyğun ol-
duqda müsbət emosiya yaranır və yaxud da əksinə, yəni onun
formatı “qızıl bölüm” prinsipinə zidd olanda və ya insan gözünün
baxış bucaqları sahəsi ilə üst-üstə düşməyəndə mənfi emosiya
yaranır.
Formatın psixoloji təsir amilləri sırasında istənilən şəkilin
təsvir sahəsinin “mücərrəd çəkisi” fenomenini göstərmək olar.
Formatın hansı nisbətdə olması onun mücərrəd qavranılan
“çəkisi”nə də təsir edir.
66
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
Əslində formatların ikisi də eyni həcmdə və təbii ki, eyni
ölçüdədirlər. Ağırlıq və ya yüngüllük təəssüratının səbəbi forma-
tın xüsusiyyətlərindən irəli gəlir.
1. Şaquli istiqamətdə “həcm təzyiqinin” artdığından daha
ağır kimi qavranılır.
2. Üfüq xətt boyu ilə “yayılmış” formatda həcm təzyiqi azalır.
Digər tərəfdən, insanın üfüqi xətt boyunca baxış bucağı
daha enlidir. Baxış bucağı daha çox olduğundan üfüqi
format daha rahat qavranılır, bu da insanın qavrayışında
yüngüllük hissi yaradır.
Format ölçülərinin qavranılmasına da insanın görmə
qabiliyyəti təsir edir. Formatın şaquli hissələri ixtisar olunduq-
dan onun şaquli xətləri daha qısa görünürlər. Gözün görmə bu-
cağının dar olması xətti bir növ “yığır”, “ixtisar edir”.
Təsvirin şaquli formatda yerləşdirilməsi nəticəsində adama
elə gəlir ki, şaquli məkan sıxılır. Üfüqi xətdə isə təsvir məkanı ya-
yılmağa can atır. Titsianın “İlahi və Dünyəvi məhəbbət” əsərində
iki qadın təsvir olunub. Üfüqi formatda işlənmiş bu əsərin “ağır-
lığı” üfüq boyunca “yayılır”. Üfüqi xətt boyunca cərəyan edən
kompozisiyanı baxışla “gəzdikdə” rahatlıq hissi yaranır. Üfüqi və
şaquli ox boyunca cərəyan edən elementlərə baxmaqda fərq var.
Üfüqidə rahatlıq var və bunun kompozisiyanın özünün də qav-
ranılmasında böyük rolu var. S. Dalinin əsərlərində bir çox hal-
larda qəsdən narahatlıq hissi yaradılır. Formatdan asılı olmaya-
raq kompozisiyanın da üfüqi və ya şaquli seçilməsinin gözəlliyə,
estetikliyə təsiri var.
Rəssamlar formatla onun daxilindəki kompozisiyanı vəhdət
şəklində yaradırlar. Formatın daxilindəki təsvir formatın
çərçivəsində rahat baxılmalıdır. Təsvirin miqyası formatın
nisbətlərinə uyğun gəlməlidir, yoxsa bu format həmin təsvir
üçün dar görünür.
İlk ibtidai qayaüstü təsvirlərdə format anlayışı və təsvir
məkanının sərhədləri anlayışı olmamışdır. Təsvirin məkan
Dostları ilə paylaş: |