Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Qədim dövrün təsviri sənətində miqyas prinsipinin istifadəsinə 
diqqət yetirək. Məsələn, qədim Misir və Şumer incəsənətinin 
nümunələrinə və bu məqbərələrin divar rəsmlərinə nəzər sal-
saq görərik ki, orada ov səhnələri, axirət həyatı ilə bağlı səhnələr 
kifayət qədər inkişaf etmiş, mürəkkəb, çoxfiqurlu kompozisiya-
lar vasitəsilə əks olunmuşlar. Diqqət yetirdikdə məlum olur ki, fi-
ron fiqurunun digər insan və predmetlərlə miqyas fərqi həqiqətə 
uyğun deyil. Ətrafdakı yaşıllıq və digər obyekt təsvirləri onu 
göstərir ki, burada obyektiv miqyas gözlənilməyib. Məsələn, fi-


53
Mövzu 8 
Təsviri sənətdə miqyas və mütanasiblik
ronun yanındakı ağac o dərəcədə kiçik ola bilməz. Əksinə, firon 
ağacdan kiçik olmalıdır. Deməli, burada miqyas şərtidir. 
Bu cür qədim dövr təsvirlərinin təhlili göstərir ki, miqyas an-
layışı o dövr üçün şərti bir anlayış olmuşdur. Bu şərtilik kanon-
lardan irəli gəlirdi. Kanon-mütləq təsvir qaydası kimi miqyas 
funksiyasını əvəz edirdi. Kanona əsasən firon fiquru daha böyük 
olmalıdır. Belə ki, eyni sırada təsvir olunmuş insanların təsviri 
ilə nisbətdə fironun təsviri iki-üç dəfə böyükdür. Hansı ki, bu 
heç cür mümkün ola bilməzdi. Deməli, qədim Misirdə miqyasın 
şərtiliyi kanonun tələblərindən irəli gəlirdi. 
Şumer dini-poetik düşüncə tərzini əks etdirən Gilqameş das-
tanı süjetlərini əks etdirən relyeflərə nəzər yetirək:
Bu nümunələrdə şumerlərin miqyas prinsipi frizvari 
(sətirvari) kompozisiyalarda əks olunub. Burada hadisələr ar-
dıcıl “kadr”lar prinsipi ilə sıralanaraq əks olunublar. Gilqameş 
sətirvari məkanda cərəyan edən süjetlərdə bir neçə dəfə təkrar 
olunub: 
Gilqameş Enki ilə döyüşür; Gilqameş dağın başına çı-
xır, Gilqameş Huluppu ağacını kökündən çıxarır
və s. bir-birinin 
ardınca yerləşdirilmiş təsviri səhnələrə baxdıqda məlum olur 
ki, Gilqameş ətrafındakılardan daha böyük təsvir edilib. Əsas 
qəhrəman ölçülərinə görə digərlərindən qat-qat böyükdür. 
Beləliklə, həm Misir, həm də Şumer təsviri incəsənətində ilk 
dəfə olaraq miqyas məqsədyönlü və şərti əhəmiyyət kəsb edir. 
Burada miqyas obyektivliyə deyil, məzmun və mənadan asılı ola-
raq sərbəst tətbiq edilir. Belə şərti miqyas nisbətləri real həyatdan 
deyil, dini-poetik kanonlardan irəli gəlmişlər. Miqyasların belə 
şərti istifadəsi qədim quldarlıq dövrünün təsviri incəsənəti üçün 
səciyyəvi olmuşdur.
Qədim Yunan təsviri incəsənətində tarixdə ilk dəfə ola-
raq miqyas və mütənasiblik anlayışları elmi cəhətdən işlənmiş 
şəkildə nəzərə çarpırlar. Əgər qədim yunan məbədlərinin üz 
tərəflərindəki təsvirlərə diqqətlə baxsaq, bunu görə bilərik. 
Məsələn, məşhur Fidinin relyefləri. Bu relyeflərdə miqyas 
nisbətinin gözlənilməsi müşahidə olunur. Əlbəttə, bu ondan irəli 
gəlir ki, qədim yunanlar miqyas quruluşunu yaradarkən obyek-


54
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
tiv reallıqdan çıxış edirdilər. Qədim Yunan estetikasında, poezi-
yasında və incəsənətində idealizə etmək ən mühüm bədii vasitə 
sayılırdı. 
Təsviri incəsənət növlərindən yunanlar heykəltəraşlığa daha 
çox üstünlük vermişlər. Məbədlərin fasadları təsviri relyeflərlə 
bəzədilərək, insan fiqurları iri miqyasda təsvir olunurdu. Bu üsul 
onlara insan plastikasının gözəlliyini və kamilliyini əks etdirmək 
imkanları verirdi. İnsan fiqurları ön plana çəkilir, digər akses-
suarlar isə ikinci, üçüncü, hətta dördüncü-beşinci planı təşkil 
edirdilər. Belə təsvirlər mühit və yaxud fon rolunu oynamışlar. 
Beləliklə, ilk dəfə olaraq yunan təsviri incəsənətində bir, iki, üç 
planlı təsvir məkanına rast gəlinir. Misir, Şumer təsvirlərində isə 
iki və ya üç planlı təsvirə rast gəlinmir, onların təsvirlərində yal-
nız bir plan var. 
Qədim yunanlar miqyasları obyektiv perspektivə əsasən de-
yil, şərti dərinlik yaratmaq məqsədi ilə tətbiq etmişlər. Planlı 
təsvir isə miqyas düşüncəsinin olmasından xəbər verir. Planların 
qurulması gələcək təsvirlərdə miqyasın meydana gəlməsi üçün 
böyük rol oynamışlar və belə “perspektiv planlar” əslində miqyas 
prinsipinin ilkin rüşeymləridir.
Təsviri incəsənətdə nisbətən daha inkişaf etmiş miqyas 
prinsiplərinə Roma incəsənətində rast gəlinir. Əlbəttə, Roma 
incəsənəti Yunan incəsənətindən sonra meydana gəlir və özündə 
yunan incəsənətinin nailiyyətlərini əks etdirirdi. Romalılar ob-
yektiv reallığın əksində yunanlara nisbətən daha dəqiq idilər. 
O cümlədən, təsviri sənətdə və memarlıqda da bu dəqiqlik 
müşahidə olunur. Roma incəsənətində şərti miqyasla bərabər 
real miqyasa da rast gəlinir. Onlar miqyasın iki növündən istifadə 
edirlər. Romanın Trayan meydanındakı sütununun üzərində 
olan relyefləri nümunə göstərmək olar (romalıların qotlar 
üzərində qələbəsi). Burada təkcə əsgərlər yox, əşyalar, memar-
lıq elementləri – darvaza və digər elementlər var ki, insan fiqu-
runun obyektiv ölçü nisbətini düzgün müəyyən etməyə imkan 
verir. Məsələn, darvazadan çıxan əsgərlərə nisbətən darvazanın 
miqyası düzgün əks olunub. Bu və bir çox başqa detalların təsviri 


55
Mövzu 8 
Təsviri sənətdə miqyas və mütanasiblik
onu göstərir ki, artıq Roma incəsənətində miqyas nisbətinin ob-
yektivliyi bərqərar olmağa başlayır.
Qədim dövr Azərbaycan incəsənətinə nəzər salsaq görərik ki, 
qədim Manna və Midiya təsvirlərində, bütövlükdə Qədim Şərq 
incəsənətində olduğu kimi, miqyas şərti olub, təsvir kanonla-
rı ilə müəyyən olunub. Bunun sübutu kimi, Manna və Midiya 
təsvirlərində iki və üç planlı təsvirləri göstərmək olar. Burada 
əksər halda insan, ilahi və yaxud da fantastik obrazlar müəyyən 
olunmuş məkanda təsvir olunmamışlar, yəni yer göydən ayrıl-
mamış və fiqurlar laməkan şəkildə təsvir olunublar. Əjdaha, 
simurq quşu və d. sanki havadan asılı qalıblar. Məkan və onun 
ölçü göstəriciləri yoxdur. Hadisələrin baş verdiyi müstəvi yox-
dur. Ehtimal etmək olar ki, bütün dini mahiyyətli təsvir olun-
muş hadisələr haradasa abstrakt məkanda baş verirlər. Məkan 
parametrləri əks olunmadığından miqyasın da əhəmiyyəti yox 
idi. Əhəmiyyətli olan isə hadisənin qəhrəmanı və baş verənin 
simvolik mahiyyəti idi. O, birmənalı təsvir olunmalı və “oxunma-
lı” idi. Bu da personajların dini-mifik xarakter daşımasından irəli 
gəlirdi. Qədim Manna və Midiya incəsənətində məqsəd heç də 
real məkan və hadisələrin əks olunması deyildi. Həsənlidən ta-
pılmış qızıl camın üzərindəki təsvirləri nümunə göstərmək olar: 
kahin əlində homa camı tutaraq tanrıları qarşılayır. Baş tanrılar 
arabaların üstündə gəlir. Qurban vermə mərasimi keçirilir. Bun-
lar hamısı vahid bir kompozisiya üzərində qurulub. Ətraf məkan, 
onun hüdudları bildirilməyib. Lakin demək olmaz ki, bunlarda 
miqyas anlayışı tamamilə yoxdur. Kahin, tanrılar, öküz arabası, 
qurbanlıq qoyun, silahlar, oturacaq və hətta uşaqla böyük arasın-
da ölçü fərqləri nisbətən obyektiv əks olunublar. İnsanın əlindəki 
cam insana uyğun ölçüdə təsvir olunub. 
Beləliklə, gördüyümüz kimi, qədim Manna incəsənətində miq-
yas və mütənasiblik prinsipi qismən gözlənilir. Sadəcə olaraq, təsvir 
elementləri ətraf mühitlə əlaqələndirilmiş şəkildə təsvir olunma-
mışlar. Çünki, mühitin dini-mifoloji məzmuna görə təsvirinə ehti-
yac yoxdur. Səbəbi isə – bu hadisələrin İlahi və ya axirət məkanda 
baş verməsidir. Bu məkanların isə hüdudları qeyri-müəyyəndir.


56
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Azərbaycan ərazisindən, Mingəçevirdən tapılan məşhur sü-
tun başlığının (impost) üzərindəki təsvirdə iki tovuz quşu od 
qurbangahı qarşısında heraldik şəkildə təsvir olunmuşlar. Arxeo-
loji qazıntılar nəticəsində bir neçə daş qurbangah atəşdan tapılıb 
və bu qurbangahların iri ölçülü olanları ictimai xarakter daşıyır-
lar. Xırda, gildən olanları isə şəxsi, yəni ev üçün hazırlanmışlar. 
Mingəçevirdən, İsmayıllıdan tapılmış məşhur Alban yazılı “şam-
danlar” isə əslində ev üçün hazırlanmış şəxsi qurbangahlardır. 
Ev qurbangahları, ictimai qurbangahların nümunələrini kiçik 
ölçüdə təqlid edirlər. Monumental od qurbangahı nümunəsi 
kimi Cahartağ tipli Suraxanı Atəşgahını göstərmək olar. Bura-
dakı qurbangah qədim Manna, Midiya, Atropatena, Albaniya 
dövrlərində olan od qurbangahlarının təqlididir. 
Mingəçevirdən tapılmış sütun başlığındakı təsvirdə tovuz 
quşu ilə od qurbangahın miqyas nisbəti tamamilə reallığa ar-
xalanmır. Bu onu göstərir ki, Albaniya dövrünün təsvirlərində 
miqyas anlayışı kifayət qədər şərti idi və heç bir dini kanon 
əhəmiyyətini kəsb etmirdi. Təsvirin böyüklüyünün və kiçikliyi-
nin fərqi, kanonik əhəmiyyəti yox idi. 
Qədim dövr təsvirlərində və memarlığında miqyas şərti 
idisə, erkən orta əsrlərdə miqyas obyektiv, real şəkildə əks 
olunmağa başlayır. Nümunə üçün orta əsr Alban məbədlərini 
göstərmək olar. Buradakı məbədlərin miqyası insan fiquru-
na, onun ölçülərinə və son nəticədə insan tutumuna nisbətən 
inşa edilmişlər. Yeni, xristian ibadətinə görə məbəd elə olmalı-
dır ki, bunun içinə ibadət edənlər toplaşa bilsinlər. İbadət edən 
insan interyerdə özünü rahat hiss etməli idi. Qədim dövrdə 
atəşdanların daxili həcmləri olmamışdır. İbadət zamanı qurban-
gahın ətrafında fırlanırdılar, ona görə də məbədin (qurbangah) 
miqyası insan ölçülərindən asılı deyildi, şərti idi. 
Miqyas və arxitektonika baxımından ən kamil nümunə 
XIII əsrin məşhur Gəncəsar məbədidir. Bir az əvvəlki dövrə 
aid Şəkidəki Kiş məbədində də artıq miqyas prinsipləri 
gözlənilmişdir. Qeyd edək ki, bu məbəd daha az insanın tutumu 
üçün nəzərdə tutulmuşdur (15-25 nəfər).


57
Mövzu 8 
Təsviri sənətdə miqyas və mütanasiblik
Dünya təsviri incəsənətində miqyas prinsiplərinin ilk dəfə 
olaraq elmi əsaslarla tətbiq olunması Avropada meydana gələn 
İntibah incəsənətində müşahidə olunur.

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin