58
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
“kamil insan” fiquru qurmuşdur
və bu fiqur da bütün memar-
lıq abidələri üçün ölçü modulu kimi istifadə olunmağa başlayır.
Bu da onu göstərir ki, İntibah memarlığında insan mütənasibliyi
əsas ölçü vahidləri kimi çıxış etmişdir. Burada miqyas gözə
görünməyən olur, yəni miqyas insanın özü olur. Beləliklə, İnti-
bah dövrünün memarlıq abidələri insan fiqurunun miqyası və
mütənasibliyi ilə uyğunluq təşkil edir.
Təsviri sənətdə ilk dəfə olaraq
miqyas prinsiplərinin elmi
əsaslarla istifadə olunması perspektiv qanunlarının kəşf olunması
ilə bağlıdır (XV əsr). Belə ki, miqyasın məkanla və məsafə ilə bağlı
dəyişməsi ilk dəfə olaraq nəzəri və praktiki şəkildə tətbiq olunur.
Təsviri sənətdə miqyasın dəyişməsi məsafənin dərk olunma-
sını asanlaşdırır. Məsələn, təsvir məkanında iri miqyaslı təsvir
olunmuş predmet və ya obyekt tamaşaçıda daha yaxın olması
təsirini yaradır.
Miqyas şərti, real, süni təhrif olunmuş şəkildə ola bilər. Süni
və məqsədyönlü təhrif olunmuş miqyas ölçüləri tamaşaçıda
məqsədyönlü təsəvvür yaratmaq məqsədi güdür. Belə halda ob-
yektivlik məqsədə qurban verilir. Əslində uzaqdakı obyekt ki-
çik olmalıdır.
Əgər bu belə deyilsə, o qeyri-adi, irreal obyektdir.
Məsələn, rus rəssamı B.Kustodiyevin “Bolşevik” əsərində çox-
saylı insan kütləsi içində əsas qəhrəmanı “bolşeviki” digərlərinə
nisbətdə 10 dəfə böyük təsvir edilmişdir. Burada miqyas nisbəti
ideya xatirinə məqsədyönlü şəkildə pozulub.
Bolşevik çoxluq,
böyüklük deməkdir və müəllif bundan çıxış edərək, obrazı, ide-
yanı daha sadə və birmənalı tamaşaçıya çatdırsın.
Nəticə etibarilə qeyd edək ki, təsviri sənətdə miqyas həmişə
ideya xətrinə istifadə olunub. Çünki, miqyasdan asılı olaraq,
təsvir olunan cismi tamaşaçıya daha yaxın və ya daha uzaq kimi
təqdim etmək mümkündür. Təsvir obyekti daha yaxından ya
uzaqdan təsvir olunmaqla, fərqli təəssürat və qavrayış
yaratmaq
mümkündür. Yaxında təsvir olunan cisimlərdə xırda detallar,
Leonardo da Vinçi. (1452-1519 →
Kamil İnsan (Vitruvian insanı). 1490