Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Mövzu 8: 
TƏSVİRİ 
SƏNƏTDƏ 
MİQYAS VƏ 
MÜTƏNASİBLİK


51
Mövzu 8 
Təsviri sənətdə miqyas və mütanasiblik
İbtidai dövrün qayaüstü təsvirlərini diqqətlə araşdırsaq məlum 
olur ki, o dövrün “rəssamları” öz təsvirlərində miqyas amilini 
istifadə etməmişlər. Onlar üçün miqyasın bədii ifadə üsulu kimi 
əhəmiyyəti yox idi. Bildiyimiz kimi, qayaüstü təsvirlərdə heyvan 
və yaxud insan təsvirindən başqa digər obyekt və predmetlərin 
təsvirinə rast gəlinmir. Müasir təsviri sənətdə isə insan müəyyən 
məkanda təsvir olunduqdan oradakı digər predmet və obyektlər 


52
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
miqyas münasibətlərini düzgün qurmağa imkan verir. İnsan 
istənilən məkanda və ya mühitdə təsvir olunursa, orada digər 
obyektlər – ev, interyer, ağac, dağ və s. istər-istəməz insan fiqu-
runa nisbətdə obyektiv miqyas fərqini əks etdirməyə köməklik 
edir. Yəni insanın miqyası evin miqyasından heç vaxt böyük ola 
bilməz. İbtidai qayaüstü təsvirlərdə isə müqayisə üçün digər bir 
sabit ölçülü obyekt yoxdur. Hətta insanla heyvanların arasındakı 
miqyas fərqi şərti olaraq təsvir olunur. Bütün bunlar onu göstərir 
ki, qayaüstü təsvirlərdə miqyas prinsipi hələ mütləq obyektivlik 
kimi formalaşmamışdır.
Neolit dövrünün təsviri sənətində böyük və kiçik insan fi-
qurlarının eyni təsvir məkanında əks olunmasına artıq rast 
gəlinir. Belə təsvirlərin təhlili onu göstərir ki, bunların böyük, 
kiçik olması miqyasın əks olunmasından deyil, məzmunda olan 
əhəmiyyətindən irəli gəlir. Belə təsvirlər qaya üzərində olan boş 
sahənin ölçülərindən asılı olaraq böyüdülüb və ya kiçildilib. 
Digər səbəb kimi təsvirin daha tez başa çatdırılması üçün onun 
hər hansı bir hissəsini kiçildilməsini göstərmək olar.
Miqyas prinsipinin ən sadə ifadəsi olan müasir xəritələri 
yada salaq. Bu xəritələrin alt hissəsində mütləq miqyas vahidini 
bildirən “ölçü xətkeşi” yerləşdirilir. Xəritədəki məsafələri düzgün 
müəyyən etmək üçün bu xətkeşdən istifadə zəruridir. Təsviri 
sənətdə isə belə “ölçü xətkeşi” rolunu insanla eyni məkanda 
təsvir olunmuş digər predmetlər və onların ölçüləri təşkil edirlər.

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin