42
Təsviri
incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
Kontur xətlərlə təsvir olunmuş heyvanın konturdaxili
sahəsinin rənglənməsi və ya oyulması nəticəsində heyvanın
cismaniliyi artmış və “şəffaflıq” aradan götürülmüşdür. Nəticə
etibarilə reallığa bir qədər də yaxınlaşmış “siluet” təsvirlər yaran-
mışdır.
Üçüncü mərhələdə, konturlu
və rənglənmiş heyvan fiquru-
nun bədən səthinin plastikası işıq-kölgə vasitəsilə əks olunur.
Bu mərhələlərin inkişaf istiqaməti və dinamikası onu göstərir ki,
təsviri sənət reallığı daha obyektiv əks etdirmək istiqaməti ilə in-
kişaf edirdi.
Bütün sonrakı mərhələlərdə nəzərə çarpan inkişaf, yeni
daha geniş ifadə imkanlarına malik təsvir materiallarının və
alətlərin meydana gəlməsi və tətbiq olunması, bu tendensiya-
nın sənətkarlıq bacarığının, professionalizmin əsas meyarına
çevrilməsi ilə nəticələnir.
Təsviri sənətdə rəssam tərəfindən yaradılmış “təsvir” əslində
illüziyadır, çünki əslində həmin təsvir
olunmuş predmet heç də
kətanın üzərində deyil. Məsələn, kətanın üzərində yerləşdirilmiş
insan təsviri fiziki baxımdan yenə də ikiölçülü (səthi) olaraq qa-
Qayaüstü rəsmlər.
43
Mövzu 6
Təsviri sənətdə cismanilik (materiallıq) və təsvir fakturası
lır. Lakin rəssam insanın saçının, bədəninin, paltarının material-
lığını (cismaniliyini) təsvir vasitələri ilə artıraraq, tamaşaçını ani
da olsa təsvirin elə real obyektin özü olmasına inandırır.
Təsvirdə materiallığın (cismaniliyin) əldə olunmasında əsas
məqsədlər aşağıdakılardır:
1. Tamaşaçını yaxşı mənada aldadaraq, onun təsviri deyil, real
obyektin özünü müşahidə etməsinə inandırmaq;
2. Tamaşaçıda real cismin qavraması
prosesində formalaşan
emosiyaları və hissləri oyadaraq, real yaşantı effektini yarat-
maq.
Materiallığın və cismaniliyin təsirini dərk etmək üçün məşhur
modernist rəssam R.Rauşenberqin “Xəzli çay dəsgahı” əsərini
Albrext Dürer. (1471-1528)
“Dovşan”. Rəsm. 1502.
Albertina Qalereyası.
Vyana, Avstriya
44
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
yada salmaq kifayətdir. Düzdür, burada rəssam xəz təsvir vasitələri
ilə deyil, elə xəzin özünü istifadə etməklə əsər yaradır. Lakin güc-
lü materiallığın və cismaniliyin obraza və hissiyyata təsiri burada
çox çılğın şəkildə ifadə olunması şübhə doğurmur. Material nəyin
üstündə olmağından asılı olmayaraq
özü-özlüyündə güclü emo-
sional təsir bağışlayır. Bunu bilən rəssamlar təsviri yaradarkən
təsvir olunan predmetin əsil materiallığını cizgi, rəng, işıq-kölgə,
ton, blik və s. vasitələrlə “imitasiya” edirlər. Materialın əvəzinə
onun inandırıcı təsvirini yaradan rəssam əslində, təsvirə baxma-
sını bilən tamaşaçını ani olaraq “aldatmağa” müvəffəq olur.
Materiallıqla (cismaniliklə) bərabər təsvirin inandırıcı
və real
qavranılması üçün təsvir səthinin fakturasının da əhəmiyyəti bö-
yükdür.
Faktura sözü latın dilində (factura) real quruluş, emal olun-
muş səth mənasını ifadə edir və təsviri sənət əsərinin səthinin
xüsusiyyətini ifadə edir.
Faktura təsvirin üst səthini xarakterizə edir: hamar, qabarıq,
solğun, parlaq və s. Fakturanın əldə olunması və yaradılması
təsviri sənət əsərlərində oxşatma və bədii yaradıcılıq vasitəsilə
ifadə etmə üsulu ilə əldə olunur. Fakturanın insana emosional
təsiri istənilən cismin materiallığı və plastik xüsusiyyətləri ilə
bağlıdır. Fiziki materialdan olan və
faktura xüsusiyyətlərinə ma-
lik səthə əl ilə toxunduqda onun nədən hazırlanması assosiativ
hissiyyat vasitəsilə dərk olunur və bu materiala uyğun emosional
hiss yaşanır.
Fakturanın təbiəti relyef anlayışı ilə bağlıdır. Faktura adətən
təsvirin reallıq illüziyasını daha da gücləndirmək məqsədi ilə
ifadə olunur. Fakturalı səth insanın emosional halını
və durumu-
nu dəyişir. Kələ-kötür faktura başqa, hamar isə, insana tamam
başqa bir hal yaşadır.
45
Mövzu 7
Təsviri sənətdə simmetriya və asimetriya
T
əsviri incəsənətdə simmetriyanın iki növü mövcuddur:
aşkar görünən simmetriya və gizli simmetriya. Bundan başqa,
simmetriyanın üfüqi və şaquli növləri də mövcuddur.
Dostları ilə paylaş: