31
Mövzu 4
Təsviri sənətdə forma
başlayır: formanın funksionallığı və gözəlliyi bu təsirlərin əsasını
təşkil edir.
Formanın estetikliyi müəyyən mənada gözəllik qatlarında
(laylarında) özünü büruzə verir. Bu layların əsasını formanın
ilkin qənaətbəxşliyi müəyyən edir. Birinci estetik lay formanın
özəl gözəlliyidir, ikinci estetik lay isə formanın səthində olan
naxışlardır.
Forma özü-özlüyündə bəzəksiz də gözəl ola bilər. Məsələn,
qədim yunanlar bəzəksiz gözəl mərmər heykəllər düzəltmişlər.
Bəzəkli formanın gözəl görünməsi üçün vəhdətə nail olunma-
lıdır. Bu isə tətbiq olunan bəzəyin formanı daha kamil və gözəl
etməsi ilə əldə olunur.
Dostları ilə paylaş: