32
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
ların heykəllərini yaratmırdılar, onlar
əsasən qeyri-adi gözəlliyə
məxsus tanrıların, əfsanəvi və real qəhrəmanların obrazlarını ya-
radırdılar.
Antik dövrdə formaya münasibətin təməlində belə bir fikir du-
rurdu: gözəl forma insanda ilahi hiss yaratmağa qadirdir. Qədim
yunanlar həyatda kamil insan fiqurunu, plastikasını tapmadıqda
mövcud formaları kamilləşdirmiş və heykəllərdə əks etdirmişlər.
Qədim yunanlıların bədii metodu kamil plastikaya və ölçü
nisbətlərinə malik müxtəlif insan fiqurlarının
nahiyələrini mon-
taj üsulu ilə birləşdirmək və bu hissələri ümumi vəhdət halına
gətirmək bacarığından ibarət idi. Yunan sənətkarlarının yarat-
dıqları belə formalar qüsursuz, kamil və gözəl olmalı idilər, çün-
ki, Tanrı fiquru qüsurlu və qeyri-kamil ola bilməzdi.
Romada isə formaya münasibət yunanlardan bir qədər fərqli
idi və bu fərqlilik bilavasitə etnik xüsusiyyətlə bağlı idi. Dini və
bədii prinsipləri yunanlardan götürmüş Romalıların plastikaya
münasibəti bir qədər fərqli olmuşdur. Onlar formada kamillik
və
gözəlliyə deyil, realistikliyə üstünlük vermişlər. Romalılar ar-
tıq tanrıları deyil, real insanları təsvir edən heykəllər yaratmağa
aludə olmuşlar.
Formanın materialının və onun fakturasının da forma
dərkində, qavranışında və qiymətləndirilməsində xüsusi rolu
var. Çünki, forma materialının özü də (öz cismaniliyi ilə) insa-
na emosional təsir bağışlayır. Məsələn, qranitdən düzəldilmiş
heykəlin forması tuncdan düzəldilmiş heykəlin formasından
fərqli təsir edir. Tunc metaldan olan formada axıcılıq və elastiklik
hiss olunur. Qranit
və ya mərmər isə bərkdir, qəlpələnəndir, yo-
nulur, sındırılır və s. Bu hər iki material haqqında insanın biliyi və
həyat təcrübəsi həmin materiallardan hazırlanmış heykəltəraşlıq
formasının qavrayışına təsir edir.
33
Mövzu 5
Təsviri sənətdə məkan
T
əsviri sənətdə məkan anlayışının əsas xüsusiyyətlərini də
rk etmək məqsədi ilə müxtəlif dövrlərdə məkan təsəvvürlərinin
inkişaf mərhələlərinə diqqət yetirmək lazımdır.
Məkan təsvirinin
incəsənətdə inkişaf mərhələlərini aşağıdakı kimi təhlil etmək olar.
İbtidai insanlarda məkan təsəvvürü var idi. Bu da həyat
təcrübəsindən irəli gəlirdi. Məsələn, öküzü nizə ilə vurmaq üçün
nizənin ağırlığını, məsafəni, atılma gücünü uyğunlaşdırılmalı idi.
İbtidai insanlar Yaxın və Uzaq anlayışlarına malik idilər. Təsviri
sənətdə isə yaxın və uzaqlıq əks olunmurdu. Erkən petroqliflərdə
əlində ox-yay tutmuş ovçu öküzün lap yaxınlığında təsvir edilir-
di, əslində isə ovlanan öküz insanı 2-3 metr yaxınlığa buraxmaz-
dı. Bildiyimiz kimi, bu petroqliflərdə
məkan şərtiliyi var, məkan
reallığının əhəmiyyəti yoxdur. Birincisi ona görə ki, ov heyvanı-
nın uzaqda və ya yaxında olmasından asılı olaraq ölçüləri real-
lıqda dəyişmir. İkincisi isə, qayaüstü təsvirlərdə biz yer səthinin
təsvirini görmürük. Yerin səthinin təsviri
istər-istəməz üçölçü-
lü məkan təsvirini yaratmağa imkan verir. Yer səthi baş verən
səhnənin üfüqi müstəvisi kimi çıxış edir. Yer səthi təsvir olun-
madıqda insan və heyvan fiqurlarının “göydə” yoxsa “yerdə”
təsvir olunmaqları müəyyən edilmir. Məkanın üçölçülü olmağı
təsvirdə öz əksini tapmır.
Neolit dövründə təsvirlərin miqyasında kiçilmə müşahidə
olunur. Artıq bu dövrdə reallıqda böyük olan heyvanın yüzlərlə
kiçildilmiş təsviri onun ekvivalenti kimi qəbul olunurdu.
Paleolitdə və mezolitdə isə bu fenomen
hələ meydana gəlmir və
bunun səbəbini mücərrəd təfəkkürün hələ formalaşmamağı ilə
izah etmək olar. Lakin neolit dövründən başlayaraq mücərrəd
təfəkkür inkişaf edir və miqyas təsəvvürləri formalaşır.
Təsvirdə məkan əslində üçölçülü dünyanın səth üzərində həll
olunmuş illüziyasıdır. Nəticə kimi aşağıdakı müddəaları qəbul
etməliyik:
Dostları ilə paylaş: