21
Mövzu 3
Bədii xətt və onun xüsusiyyətləri
düşmək üçün kəllə sümüyünün harada və hansı vəziyyətdə ta-
pılmasını nəzərə almaq lazımdır. Məlum olub ki, o kəllə sü-
müyü Azıx mağarasının daxilində, mağara divarında möv-
cud olmuş tağvari dəlikdə tapılmışdır. Mağaranın mərkəzinə
doğru istiqamətlənmiş bu kəllə sümüyü ilə bərabər, cərgə ilə
yerləşdirilmiş digər üç kəllə sümüyü də aşkar olunmuşdur. Kəllə
sümüklərinin məqsədyönlü, bir cərgədə və eyni istiqamətdə
yerləşdirilməsi onların ibtidai ayin subyekti olmasını sübut edir.
Beləliklə, mağara ayısının qafa sümüyü üzərində cızılmış ilk
xətlər şüurlu şəkildə yaradılmışlar və dini ayinin tərkib hissəsi ol-
muşlar. Xətlərin, sonradan isə xətlərdən əmələ gələn təsvirlərin
dini ayinlərdə iştirak etməsinin tarixi artıq paleolit dövründən
başlayır.
Neolit, eneolit və tunc dövrünün qaya təsvirlərinə baxdıq-
da görürük ki, orada müəyyən bir üslublaşma (kanon, təsvir
norması) var. Eyni məzmunlu qrafik təsvirlərin tarixi müddət
ərzində yaradılması tədricən təsvirdə müəyyən üslubun, kano-
nun formalaşmasına gətirib çıxarır.
Üfüqi və şaquli xətlər müxtəlif tərzli psixomotor reaksiya-
ların, hərəkət enerjisinin və ağırlıq gücünün göstəriciləri kimi
nəzərdən keçirilə bilərlər.
Dostları ilə paylaş: