Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin


Mövzu 2  Təsviri incəsənətin yaranması haqqında nəzəriyyələr “Magiya” (ovsun) nəzəriyyəsi



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   36
I brahimov T I Tsviri incsntin nzr

17
Mövzu 2 
Təsviri incəsənətin yaranması haqqında nəzəriyyələr
“Magiya” (ovsun) nəzəriyyəsi.
Bu nəzəriyyə ibtidai insanın magik təsəvvürləri ilə bağlıdır. 
Bu fikrin tərəfdarlarına görə, təsvir yaratmağın ilk səbəbi ondan 
irəli gəlirdi ki, təsvir olunan obyekt təsviri yaradanlar üçün həyati 
əhəmiyyət daşıyırdı. İbtidai dövrdə insanın həyatı daha çox ov-
çuluqdan asılı idi və buna görə də insanlar daha çox heyvanları 
ovlamağın asan yollarını axtarırdılar. Heyvan təsvirlərinin ya-
ranma səbəbi də məhz bu idi, yəni istədiyini əldə etmək üçün 
onu (heyvanı) ovsunlamaq və bu yol ilə ovu əldə etmək. Magik 
təsəvvürlərə görə, ovdan əvvəl heyvanın özü ovsunlanırdı. Lakin 
bir çox hallarda bu nəticə vermirdi, heyvanı ovlaya bilmirdilər. 
Heyvanı ovsunlamaq üçün dini təsəvvürün mütləq komponenti 
olan mücərrəd (abstrakt) düşüncə qabiliyyəti olmalıdır. İbtidai 
insanda mücərrəd düşüncə inkişaf etmədiyinə görə, onlar bunu 
reallaşdıra bilmirdilər. Belə olan halda ovsunun təsirini bilavasitə 
artırmaq üçün ovsun zamanı heyvanın özünün mövcud olma-
sına ehtiyac yaranır. Belə magik “hədəfin” olmasının isə yeganə 
yolu var idi: ov heyvanının ayin zamanı olmamağı həmin heyva-
nın “əvəzedici”si ilə əvəz olunmalı idi. Belə ayinlər zamanı bir çox 
hallarda ibtidai insanlar teatrallaşmış ayin keçirirdilər. Əvəzedici 
qismində icma nümayəndələrindən biri həmin heyvan dərisini 
geyərək onun quyruğunu özünə bağlayır, ov heyvanının rolunu 
oynayırdı. Ovsunçu şamanın söz və hərəkətləri fonunda digər ov-
çular heyvanı müvəffəqiyyətlə ovlayardılar. Tədricən mücərrəd 
magik düşüncə qabiliyyəti artır, artıq heç “yabançı” heyvana 
ehtiyac qalmır. Yeni “əvəzedici” qismində heyvanın təsvirinin 
olması artıq kifayət idi. Beləliklə, bizim dövrədək gəlib çatmış 
heyvan təsvirləri magik ayinlərin tərkib hissəsi kimi yaranaraq, 
ovçuluq magiyasının mühüm elementi kimi meydana gəlmişlər. 
Aydındır ki, belə təsvirlərin yaradılmasında müəyyən mənada 
istedada malik qəbilə üzvləri iştirak etmişlər. Dəfələrlə konk-
ret ov heyvanının təsvirini yaradan bu ibtidai “rəssamlar” 
tədricən öz təsvir bacarıqlarını inkişaf etdirərək, yüksək bədii 
ümumiləşdirməyə və konkretliyə malik heyvan obrazlarını ya-
ratmağa müvəffəq olmuşlar. 


18
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
T
əsviri sənətin bir neçə əsas ifadə vasitələri vardır ki, on-
lardan biri də xətdir. Xətsiz təsvir yaratmaq qeyri-mümkündür. 
Yalnız rəng ləkələri ilə təsvir yaratmaq mümkündürmü? Belə 
təsvir yalnız siluet şəklində ola bilər, lakin siluetin də kənarları 
son nəticədə xətt əmələ gətirir və ləkənin məzmunun dərk olun-
masında əsas amil kimi çıxış edir. 
Təsvirin virtual əsasını söz təşkil edir. Əslində, sözlərlə, təsviri 
xətlərlə ifadə olunmuş təsvirlə məna birləşdirilir. İnsanın vizu-
al görünüşünü xırdalıqlarla təsvir etdiyimiz halda, onu yalnız 
rənglərlə təsvir etmək olmaz. Xətlər və cizgilər olmadan insanın 
özünəməxsus xüsusiyyətlərini də ifadə edə bilmərik. Beləliklə, 
xətlərlə ifadə olunmuş təsvir semantik “tutuma” malik olma-
sından təsvir məzmunun daşıyıcısına çevrilir. İnsanın görüntü-
sü barədə sözlərlə dediklərimizi lövhədə xətlərlə təsvir etməklə 
biz, sözlü təsvirdən vizual təsvirə keçmiş oluruq. Bunları ancaq 
rənglə təsvir etsək, bu artıq məzmunsuz təsvir olaraq, emosional 
“hal“-ın mücərrəd, rəng vasitəsilə ifadəsi olacaq. Rəng müəyyən 
bir halı, emosiyanı ifadə etmək üçün köməkedici bir vasitə oldu-
ğu üçün semantik yük (təsviri məzmun) daşımır.
Xətdən başqa digər təsvir vasitəsi nöqtədir. Nöqtə vasitəsilə 
əslində semantik yük, semantik məna yaratmaq mümkündür. 
Ən elementar, nöqtəvari təsvirləri biz kifayət qədər tanıyı-
rıq. Nöqtədə hərəkət enerjisi yoxdur. Xəttin əmələ gəlməsi isə 
bilavasitə hərəkətlə əlaqədardır. Hərəkət öz növbəsində daxili 
halı, temperamenti, xasiyyəti, əhval-ruhiyyəni ifadə edir. Xəttə 
baxıb insanın emosional halını müəyyən etmək olur – xətt necə 
yazılıb – qorxa-qorxa, sevinə-sevinə və s. Bütün bunlar xəttin 
ritminə, sürətinə, dinamikasına təsir edirlər. Əslində, istənilən 
çəkilmiş xəttə biz mikroskopla baxsaq, xəttin xırda-xırda 
nöqtələrdən ibarət olduğunun şahidi olarıq. Beləliklə, istənilən 
halda xırda nöqtələri yaxın düzməklə (nöqtələrin arasındakı boş-

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin