Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Şaquli formatın “çəkisi ağır” 
kimi qavranılır.
Üfüqi formatın“çəkisi yüngül” 
kimi qavranılır.


67
Mövzu 9 
Təsviri sənətdə format problemi
sərhədlərinin aydın olması təsvirin qavranılmasına həm estetik, 
həm də psixoloji təsir edən amillərdən biridir. 
Təsvirin qavranılmasına təsir edən amillərdən biri də əsərin 
şaquliliyinin və üfüqiliyinin insanın daxilindəki məkan obrazı-
na və onun tarazlıq sisteminə (“daxili” koordinat oxu) uyğun 
gəlməsidir ki, bunlar tərs mütənasibdə olduqda narahatlıq hissi 
yaranır. 
İbtidai təsvirlərə əsasən demək olar ki, ibtidai “rəssamlar” 
üçün məkanın şaquli və üfüqi koordinat oxları anlayışı olma-
mışdır. Formatı bildirən çərçivənin olmamağı nəticəsində ibti-
dai “rəssam” təsvirin miqyasını obyektiv şəkildə dərk və təsvir 
edə bilmir. Eyni zamanda ibtidai cəmiyyətdə hələ hesab anlayışı 
da olmamışdır. Sonrakı dövrlərdə təsvir məkanının daxilində 
üfüqi xətt yerləşdirməklə məkan yer və göy, “aşağı” və “yuxarı” 
xüsusiyyətlərini əldə etdi. 
İnsan həyatda gördüyü məkanın quruluş prinsipini təsvir for-
matında əks etdirməyi öyrəndi.
Belə təsvir formatının geniş yayılmasının səbəbi nədir? Səbəb 
– real məkanın quruluş prinsipinin bu formatda əks etmək im-
kanlarının daha geniş olmasındadır. Buradan belə nəticə alınır 
ki, nəyin təsvir olunmasından asılı olmayaraq formanın özü artıq 
həm emosionallıq, həm də məzmun daşıyıcısıdır. Əgər o forma-
nı rənglə ifadə etsək məzmun zənginləşəcək, güclənəcək. 
V.Kandinski abstrakt incəsənətin metodologiyasını özündə 
əks etdirən məşhur “İncəsənətdə ruhilik haqqında” risaləsində 
ilk dəfə olaraq rənglərin insana təsiri sahəsində eksperimentlər 
apararaq, rənglərin özəl bir xüsusiyyətini kəşf edir. Bu 
xüsusiyyətlər “immanent” (ilkin, daxili, dərindəki, öz təbiətində 
olan) xüsusiyyətlər adlandırılır. Bu risalədə V. Kandinski hər 
bir rəngin insana nə cür təsir etdiyini müəyyən edir. İlk olaraq, 
müxtəlif rənglərin hərəkət hissi yaratmaq qabiliyyətini vurğu-
layan V. Kandinski sübut etdi ki, sarı rəngə baxdıqda insana elə 
gəlir ki, o sarı rəng insan istiqamətində hərəkət edir. Yəni, sarı 
rəng tamaşaçıya “yaxınlaşmaq” qabiliyyətinə malikdir. Doğ-
rudan da bu belədir, dəfələrlə eksperiment olunmuşdur. Fərqi 


68
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
yoxdur üçbucaq, kvadrat və ya başqa bir forma olsun, sarı rəngə 
baxanda tamaşaçıya elə gəlir ki, bu rəngli forma daima onun 
istiqamətində hərəkətdədir. 
Göy rəngə baxanda isə adama elə gəlir ki, o tamaşaçıdan da-
ima uzaqlaşır. Bundan V. Kandinski belə nəticəyə gəlir ki, əgər 
rənglərin immanent xüsusiyyətində tamaşaçıya yaxınlaşma 
və uzaqlaşma təsəvvürü yaranırsa, niyə rəssam bu xüsusiyyəti 
məkan parametrlərinin qurulmasında istifadə etməsin? Niyə 
bu xüsusiyyət məkan göstəricisi kimi istifadə olunmasın? Niyə 
məkanı mütləq xətti perspektiv vasitəsilə bildirməli idilər? 
Deməli, məkanı, fəza dərinliyini sırf rənglərin immanent 
xüsusiyyətlərini istifadə etməklə bildirmək olar. İstənilən rəngin 
təbiətindəki immanent xüsusiyyət bu rəngdə olan predmet və 
obyektləri uzaq və ya yaxın kimi hiss etdirəcək. 
Misal: iki insan fiquru bizdən 500 m məsafədə dursa və eyni 
vaxtda biri uzaqlaşmağa, digəri isə yaxınlaşmağa başlasa, onların 
hansının gəlməyini, hansının isə getdiyini təsvirdə başa düşmək 
çətin olacaq. Rənglərin immanent xüsusiyyətləri tətbiq olun-
duqda bunu başa düşmək daha asan olur. Bu xüsusiyyətlərdən 
həm də məkan dərinliyinin göstəricisi kimi istifadə etmək olar. 
Rənglərin immanent xüsusiyyətlərinin başqa bir amili də 
var ki, bu da insana psixoloji təsirlə bağlıdır. Bu psixoloji təsir 
ondan ibarətdir ki, insanın üstünə gələn rənglər bir növ daha 
aktiv (aqressiv) rənglərdir. Adamın üstünə nə gəlirsə, istər-
istəməz həyəcan keçirilir, əks halda, yəni uzaqlaşdıqda rahatlıq 
yaşanır. Beləliklə, rənglərin yaxınlaşıb-uzaqlaşması təkcə məkan 
xüsusiyyətlərini formalaşdırmır, eyni zamanda insanın emosio-
nal halına da birbaşa təsir edir, onu dəyişir.
Sual oluna bilər: “Əgər rənglərin belə qabiliyyətə malik imma-
nent xüsusiyyətləri varsa, niyə onlardan təsviri sənətdə istifadə 
olunmasın?”


69
Mövzu 10 
Təsviri sənətdə işarə. Semiotik problemlər
İ
şarələri öyrənən elm semiotika adlanır. İşarələrin əməli 
təsiri və qavranılması prosesi semiozis adlanır. İşarə düşüncəsi 
təsviri sənətin yarandığı gündən əsasında olan bir daxili qavrayış 
prosesidir. Təsviri sənət yaranandan bu günə kimi daima məlumat 
ötürücü xüsusiyyətə malikdir (bədii, məntiqi, psixoloji və s.). 
Müasir abstrakt təsviri sənətdə isə işarə məlumat ötürməkdən 
çox emosional halın və hissiyyatın ötürücüsü rolunu oynayır. 
Amma müasir dövrdə də realistik təmayüllü incəsənət emosiya 
və hissiyatla bərabər məlumatın da ötürücüsüdür. Belə məzmun, 
mövqe, yanaşma, qiymətləndirmənin ötürülməsi nəticəsində in-
formasiya əldə olunur. Beləliklə, işarə təsviri incəsənətdə infor-
masiya mübadiləsini təmin edir.
İşarələr iki əsas növə bölünür: 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin