Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
I brahimov T I Tsviri incsntin nzr

Rafael Santi. (1483-1520).
“Afina məktəbi”. 1509-1510.
Freska (Divar rəngkarlığı).
Apostol sarayı, Vatikan, 
Roma, Italiya.


39
Mövzu 5 
Təsviri sənətdə məkan
İşıq zəiflədikcə rəng tündləşir (işıqsızlaşır). Beləliklə, fəzadakı 
rəng xüsusiyyətlərinin işıqlanmadan asılı olaraq dəyişməsi baş 
verir. Bu fəzadakı predmetlərin üstünə düşən işıqdan və məkanın 
çoxluq təşkil edən rəng ahəngindən (kolorit) asılıdır.
Məkanın ikinci bir göstəricisi fəza effektinin verilməsidir 
(üfüqi perspektiv). Leon Battista Alberti “Düzgün cisimlər 
barədə” adlı risaləsində ölçülərin dəyişməsindən yazır. Alberti 
fəza perspektivini bilmirdi. Fəza perspektivi təlimi Pyero de La 
Françesko və Leonardo da Vinçinin risalələrində və əsərlərində 
öz məntiqi izahını və tətbiqini tapır. 
Məkanın şərti təsviri müsəlman Şərqinin miniatür sənətində 
də öz əksini tapmışdır. Miniatür rəngkarlığında ədəbi süjetlər 
və ədəbi obrazlar əsasında yaradılmış aləm təsvir olunurdu. 
Miniatürdə məkan real fiziki aləmin optik qanunları əsasında 
deyil, planlarla (dərinlik ardıcıllığı) açılan məkan kimi təsvir 
olunurdu. Məkan reallığa əsasən deyil, məzmun və süjetdəki 
əhəmiyyətinə əsasən qurulurdu. Saray, şah, zadəganlar, qul-
luqçular, ağaclar və s. kompozisiyanın planlarını təşkil edərək
məcazi və şərti dərinlik effektini yaradırdılar. 
XVI əsrin sonu – XVII əsrin əvvəllərindən etibarən Şərq – 
müsəlman hakimləri, varlı zadəganları və təsvir sifarişçiləri Qərbi 
Avropa təsvir üsuluna üstünlük verməyə başlayırlar. Müsəlman 
Şərqi təsviri sənətində Qərb incəsənətinə xas cismanilik və re-
İvan Şişkin. (1832 -1898).
“Çovdar tarlası”. 1878.
Tretyakov Qalereyası,
Москва, Rusiya.


40
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
allıq artmağa başlayır. Belə təsvirlər hissiyyata (görmə hissi) 
əsaslanan təsvirlər idi. 
Fətəli Şah dövründə (XVIII əsrin sonu – XIX əsrin əvvəli) 
ilk dəfə olaraq təsvirlər “Rum üslubunda” (cismani) çəkilməyə 
başlayır. İtaliyaya ezam olunmuş saray rəssamları real məkan 
təsvirini əks etdirməyə daha çox nail olurlar. 
XX əsrin avanqard təsviri sənətində məkan göstəriciləri yenə 
də şərtləşir, bir çox hallarda isə tamamilə yox olur. Bu onunla 
bağlıdır ki, müasir avanqard incəsənətində təsviri sənət konsep-
siyası dəyişir. Klassik təsvirlərdə əks olunmuş məkan prinsipləri 
rədd olunur. Buna misal olaraq Salvador Dalinin irəli sürdüyü 
fikrə diqqət yetirək: “Köhnə təsvirlər öldü, Luvru bütün oradakı 
təsvirlərlə birgə zibil yeşiyinə atmağın vaxtı gəlib”. Subyektivizm 
təsvirin əsasını təşkil etdikdə məkan və zaman öz xüsusiyyətlərini 
itirirlər. Təsvirdə kanon, norma, üslub, metod prinsipləri dağı-
dılaraq subyektivlik bərqərar olunur. Avanqard estetikaya görə 
hər bir rəssam hamı kimi yox, şəxsən özü “gördüyü” kimi təsvir 
etməyə başlayır.
Məkan illüziyasının təsvirdə yaradılmasından imtina olunur. 
Matis, Marke, Kandinski, Pikasso və başqaları məkandan imtina 
etdilər, rəng və forma, hərəkət, dinamika vasitəsilə təsir edən ob-
razlar yaratmağa üstünlük verdilər. 
Səttar Bəhlulzadə. (1909-1974).
“Torpağın arzusu”, 1963. 
Azərbaycan Milli İncəsənət Muzeyi. 
Bakı.


41
Mövzu 6 
Təsviri sənətdə cismanilik (materiallıq) və təsvir fakturası
T
əsviri sənət bilavasitə real həyatı əks etdiyindən müəyyən 
mənada reallığa malik olmalıdır. Təsviri sənət tarixində reallığın 
(cismaniliyin) təsvir vasitələri ilə əldə olunmasına münasibət 
müxtəlif dövrlərdə fərqli olmuşdur. İbtidai dövrdən yaranan fi-
qurativ təsviri sənətdə cismanilik tarix boyunca, getdikcə artırdı. 
İlk təsvirlər yalnız xətlər və cizgilərlə əldə olunurdu, daha sonra 
belə təsvirlərə rənglər də əlavə olunur və təsvir real predmetin və 
ya obyektin rənglərini olduğu kimi əks etdirirdi. Bir qədər sonra, 
işıq-kölgə vasitələri də təsvirə cəlb olunaraq, onun cismanilik və 
həcmlilik xüsusiyyətləri artırıldı.
Mücərrəd təfəkkürün formalaşması və inkişafı ilə əlaqədar 
qeyri-fiqurativ təsviri sənət də inkişaf etməyə başlayır. Müxtəlif 
simvolik təsvirlərdə, təsviri işarələrdə, naxışlarda və s. cismanili-
yin, materiallığın təsvir vasitələrinə əksinə, ehtiyac olmur. Belə 
təsvirlər Şərti təsvir olduğundan, onlarda reallıq illüziyasının 
yaradılması tələb olunmur. Təsvirin reallığı qavrayış zamanı 
mücərrəd obraz kimi formalaşır.
Təsviri sənətdə cismaniliyin (materiallığın) rolu həmişə böyük 
əhəmiyyətə malik olmuşdur. Təsvirin real obyekti əks etdirməsi, 
onu “əvəz etməsi” yalnız o vaxt mümkündür ki, bu da təsvirdə 
reallıq illüziyası təsvir vasitələri ilə əldə olunsun.
İbtidai dövrdə qayaüstü təsvirlər ilk mərhələdə yalnız kontur 
xətləri ilə ifadə olunmuşlar. Lakin belə təsvir müəyyən mənada 
şərti olmuşdur, çünki təsvir olunmuş heyvan və ya insan fiqu-
ru sanki “məftil” vasitəsilə yaradılmışdır. Belə fiqurlar “şəffaf”lıq 
təsiri yaradaraq reallıqdan uzaq olmuşlar. Reallıqda isə həmin 
fiqurlar “şəffaf” deyil, cismani idilər. Kontur xətləri vasitəsilə 
yaradılmış fiqur yalnız heyvan növünü tanımaq imkanı verirdi, 
lakin onun cismaniliyi (plastik səthi, ağırlığı, fakturası, rəngi və 
s.) ifadə olunmurdu. Bu təsvirin reallığını azaldır və şərtiliklər 
yaradırdı.

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin