EcoVision


atİB sədri “İslam mədəniyyətində elm və



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə38/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   34   35   36   37   38   39   40   41   ...   95
atİB sədri “İslam mədəniyyətində elm və 

texnologiya” mövzusunda beynəlxalq 

simpoziumda iştirak edib

Fevralın 20-də Xəzər Universitetində IRCICA (Research 

Center for Islamic Art, Science and History) qurumunun 

birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində elm və tex-

nologiya” adlı beynəlxalq simpozium öz işinə başlayıb.

Simpoziumda ATİB İdarə Heyətinin sədri Cemal Yan-

gın da iştirak edib.

Simpoziumun  açılış  proqramında  Xəzər  Universite-

tinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri 

professor  Hamlet  İsaxanlı  iştirakçıları  salamladıqdan 

sonra elm tarixinin əhəmiyyəti və İslam mədəniyyətinin 

elm tarixindəki rolunun əhəmiyyətindən danışıb. Sonra 

IRCICA-nın direktoru, fəlsəfə doktoru Halit Eren qurumun 

İslam  mədəniyyətinin  müxtəlif  aspektlərinin  tədqiqinə 

həsr  olunmuş  rolu  haqqında  danışaraq,  simpoziumun 

bu fəaliyyətlərə öz töhfəsini verəcəyini bildirib.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsma-

il  Alper  Coşkun  Xəzər  Universitetinin  elmin  inkişafına 

dəstəklə  əlaqəli  təşkil  etdiyi  müxtəlif  maraqlı  tədbirlər 

arasında  İslam  mədəniyyətində  elm  mövzusuna  həsr 

olunmuş  bu  simpoziumun  böyük  əhəmiyyət  daşıdığı-

nı  qeyd  edib.  Akademik  Vasim  Məmmədəliyev  İslam 

mədəniyyətinin  dünya  mədəniyyəti  tarixinə  töhfələri 

haqqında  danışaraq,  ölkəmizdə  daha  az  bilinən  bu 

sahənin  aydınlanmasına  həsr  olunmuş  simpoziumun 

işinə uğurlar arzulayıb.

Azərbaycanın müxtəlif ali təhsil qurumlarından çox-

lu elm adamının və tələbələrin də iştirakı ilə hər plenar 

iclasın  sonunda  məruzələrlə  əlaqəli  sual-cavab  və  fikir 

mübadiləsi aparılıb. 




27

28  fevral  2015-ci  ildə  “Park  Inn”  hotelində  Azərbaycan 

Türkiyə İş Adamları Birliyinin Ümumi Yığıncağının növbəti ic-

lası keçirildi.

Ümumi  Yığıncaqda  çıxış  edən  Türkiyə  Respublikasının 

Azərbaycandakı  fövqəladə  və  səlahiyyətli  səfiri  cənab  Alper 

Coşkun,  Prezident  Administrasiyası  İctimai-siyasi  məsələlər 

şöbəsinin sektor müdiri Elman Paşayev, Milli Məclisin İqtisadi 

siyasət  komitəsinin  sədri,  millət  vəkili,  İqtisad  elmlər  dokto-

ru ziyad Səmədzadə, millət vəkili, Milli Məclisin Mədəniyyət 

komitəsinin  üzvü  Jalə  Əliyeva,  iqtisadiyyat  ve  sənaye  naziri-

nin  müavini  Sahib  Məmmədov,  Azərbaycan  Respublikasının 

Prezidenti  yanında  Strateji  Araşdırmalar  Mərkəzinin  direkto-

ru  Fərhad  Məmmədov,  Azərbaycan  Respublikası  Sahibkarlar 

(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) pre-

zidenti  Məmməd  Musayev,  Azərbaycan  Dövlət  İqtisad  Uni-

versitetinin rektorunun müşaviri Elşən Bağırzadə, Azərbaycan 

Memarlıq və İnşaat Universitetinin elm və texnika işləri üzrə 

prorektoru Arif Şərifov, Xəzər Universitetinin ictimai əlaqələr 

və  media  üzrə  direktoru  Əlövsət  Əmirbəyli,  DEİK/DTİK  Av-

rasiya  Bölgə  Komitəsinin  sədri  Ali  Galip  Savaşır,  Rus–Türk  İş 

Adamları  Birliyi  (RTİB)  İdarə  Heyətinin  sədri  Naki  Karaaslan 

ATİB haqqında dəyərli fikirlərini bildirdilər. 

Prosedura  uyğun  olaraq  Ümumi  Yığıncağın  iştirakçıla-

rı tərəfindən iclasın sədri və katiblər seçildi, həmçinin iclasın 

gündəliyi təsdiq edildi.

Gündəliyə  uyğun  olaraq  əvvəlcə  ATİB  İdarə  Heyətinin 

2014-cü  il  üzrə  hesabatı  iclas  iştirakçılarına  təqdim  edildi. 

Daha  sonra  Təftiş  Komissiyasının  2014-cü  il  üzrə  fəaliyyəti 

barədə hesabat, komissiyanın təqdim etdiyi rəyə əsasən Bir-

liyin 2014-cü il üzrə illik balansı və maliyyə hesabatları iclas 

iştirakçıları tərəfindən təsdiqləndi.

İclas zamanı Birliyin nizamnaməsinə əsasən İdarə Heyətinin 

tərkibi,  ehtiyat  üzvləri  və  İdarə  Heyəti  sədrinin  seçilməsi 

məsələsinə baxıldı və bəzi qərarlar qəbul edildi.

İclas  iştirakçıları  həmçinin  ATİB-in  2015-ci  il  üçün  ştat 

cədvəli və büdcəsini təsdiq etdilər.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin