EcoVision


atİB İdarə Heyətinin tərkibində dəyişiklik edildi



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə39/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   35   36   37   38   39   40   41   42   ...   95
atİB İdarə Heyətinin tərkibində dəyişiklik edildi


28

EcoVision

ATİB XƏBƏRLƏRİ



atİB-in yeni İdarə Heyətinin ilk iclası keçirildi

Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyinin  28  fevral 

2015-ci  ildə  keçirilmiş  Ümumi  Yığıncağında  seçilmiş 

İdarə Heyətinin 2 mart 2015-ci ildə ilk iclası keçirildi.

İclasdan  əvvəl  İdarə  Heyəti  Fəxri  xiyabana  gələrək 

xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan 

dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini 

ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli  oftalmoloq  alim,  akademik  zərifə  xanım 

Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər 

güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi 

və  ərazi  bütövlüyü  uğrunda  mübarizədə  canlarından 

keçmiş  qəhrəman  Vətən  övladlarının  xatirəsi  ehtiramla 

yad edilmiş, məzarları üstünə tər çiçəklər düzülmüşdür.

Nümayəndə  heyəti  1918-ci  ildə  Bakının  bolşevik-

erməni  daşnak  qoşunlarından  azad  edilməsi  uğrunda 

döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğ-

runda  mübarizədə  canından  keçmiş  türk  şəhidlərinin 

xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, Azərbaycanın 

azadlığı  uğrunda  canlarını  fəda  etmiş  türk  əsgərlərinin 

adları  və  soyadları  həkk  olunmuş  Şəhidlik  kitabəsinin 

üstünə gül dəstələri düzmüşdür.

Daha  sonra  ATİB-in  ofisində  Cemal  Yangının 

sədrliyi  ilə  İdarə  Heyətinin  iclası  keçirildi.  İclasda  İdarə 

Heyəti  üzvləri  arasında  vəzifə  bölgüsü  həyata  keçirildi. 

İdarə  Heyətinin  yekdilliklə  aldığı  qərara  əsasən,  İdarə 

Heyətinin üzvləri Mürsəl Rüstəmov və Cem Becel İdarə 

Heyəti sədrinin müavinləri təyin edildilər.

Daha sonra İdarə Heyəti fevral ayı üçün fəaliyyət pla-

nını müzakirə edərək müvafiq qərarlar qəbul etdi.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin