EcoVision


türkiyə respublikasının azərbaycandakı



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə40/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   36   37   38   39   40   41   42   43   ...   95
türkiyə respublikasının azərbaycandakı 

fövqəladə və səlahiyyətli səfiri cənab alper 

coşkun İdarə Heyətinin yeni tərkibini qəbul edib

2 mart 2015-ci ildə ATİB İdarə Heyətinin yeni tərkibi 

Türkiyə  Respublikasının  Azərbaycandakı  fövqəladə  və 

səlahiyyətli  səfiri  cənab  Alper  Coşkun  tərəfindən  qəbul 

edilib.

Qəbul  üçün  təşəkkür  edən  ATİB  İdarə  Heyətinin 

sədri  Cemal  Yangın  hər  zaman  səfirliyin  dəstəyini 

hiss  etdiklərini  bildirib:  "Sizə  və  Türkiyə  Respublikası 

səfirliyinin dəyərli əməkdaşlarına ATİB-in Ümumi Yığın-

cağında  iştirakınıza  görə  təşəkkür  edirik.  ATİB  olaraq 

bundan  sonra  da  iki  qardaş  ölkənin  maraqları  naminə 

çalışacağımızdan əmin olmanızı istəyirik”.

Türkiyənin səfiri cənab Alper Coşkun öz növbəsində 

qeyd edib ki, ATİB Azərbaycanın iş adamları təşkilatları 

sırasında özünəməxsus yer tutur: "Əminəm ki, siz bun-

dan öncə olduğu kimi, bundan sonra da işlərinizi uğurla 

davam etdirəcəksiniz. Biz ATİB-dən yeni layihələr və yeni 

uğurlar gözləyirik”.

Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib.

Qəbulda  Türkiyə  Respublikasının  ölkəmizdəki 

səfirliyinin müvafiq təmsilçiləri də iştirak edib.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin