EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə49/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   45   46   47   48   49   50   51   52   ...   95
32

EcoVision

ATİB XƏBƏRLƏRİ

Türkiyə  Cümhuriyyətinin  və  Azərbaycan  Respub-

likasının  himnləri  səsləndikdən  sonra  tədbir  iştirak-

çıları  türk  şəhidlərinin  məzarlarını  ziyarət  edib,  abidə 

kompleksinə çələng qoydular. Daha sonra mərasim iş-

tirakçıları Şəhidlər xiyabanında azərbaycanlı şəhidlərin 

məzarını  ziyarət  edib,  Əbədi  Məşəl  Kompleksi  önünə 

əklil qoydu.

atİB İdarə Heyəti türkiyə–rusiya və 

rusiya–türkiyə iş şuralarının ortaq 

yığıncağında iştirak edib

30  mart  2015-ci  ildə  ATİB  İdarə  Heyətinin  sədri 

Cemal  Yangın,  İdarə  Heyəti  sədrinin  müavini  Mürsəl 

Rüstəmov və İdarə Heyətinin üzvü Rafiq Qarayev Mos-

kvada keçirilən Türkiyə–Rusiya və Rusiya–Türkiyə iş şura-

larının ortaq toplantısında iştirak edib.

Rusiya Ticarət və Sənaye Odasında təşkil edilən yı-

ğıncağa Türkiyə İqtisadiyyat nazirinin müavini Adnan Yıl-

dırım və Rusiya iqtisadi inkişaf nazirinin birinci müavini 

Aleksey Lixaçevin yanında şura üzvləri və iş ətrafından 

nümayəndələr qatıldı.

Yığıncaqda  Türkiyə  ilə  Rusiya  arasındakı  gömrük, 

kənd  təsərrüfatı  və  qida  məhsulları,  qarşılıqlı  investisi-

yalar,  nəqliyyat  kvotaları,  maliyyə  və  bank  sahələrində 

qarşıya çıxan mövzular müzakirə edildi.   

Yığıncaqda  enerji,  kənd  təsərrüfatı  və  turizm 

sahələrində qarşılıqlı təqdimatlar reallaşdırıldı.

Moskvada iş şuralarının ortaq toplantısının ardından 

Türkiyənin  Xarici  İqtisadi  Əlaqələr  Təşkilatının  (DEİK) 

nəzdində olan Dünya Türk İş Şurası (DTİK) Avrasiya bölgə 

komitəsinin iclası keçirildi.

Yığıncağa İqtisadiyyat nazirinin müavini İldırım, DEİK 

İcra Komitəsinin sədri Nail Opak, DTİK üzvləri və Rusiya-

dakı türk iş ətrafının nümayəndələri qatıldı.

DTİK-lə əlaqədar təqdimat filminin nümayişi ilə baş-

layan yığıncaqda ticarətdəki problemlər və son inkişaf-

lardan söz açıldı.

 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin