EcoVision


azərbaycan univeristeti ilə atİB arasında



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə50/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   46   47   48   49   50   51   52   53   ...   95
azərbaycan univeristeti ilə atİB arasında 

əməkdaşlıq müqaviləsi imzalanıb

3 aprel 2015-ci ildə Azərbaycan Universiteti (AU) ilə 

Azərbaycan–Türkiyə İş Adamları Birliyi  arasında qarşılıqlı 

əməkdaşlıq  haqqında  müqavilə  imzalanıb.  Əməkdaşlıq 

ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən

rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün im-

kan və şərait yaratmağa istiqamətlənib.

Əməkdaşlıq  müqaviləsinin    imza  mərasimində  çı-

xış  edən  rektor  Fərid  Əhmədov  tədbirdə  iştirak  edən 

tələbələrə müraciət edib. Rektor gəncləri cəmiyyətin ri-

fah və inkişafına təmənnasız xidmət göstərən insanlar-

dan nümunə götürməyə, biznes bilik və vərdişlərinin ar-

tırılması və təkmilləşdirlməsi istiqamətində universitetdə 

görülən işlərdən maksimum faydalanmağa səsləyib.  

ATİB  İdarə  Heyətinin  sədri  Cemal  Yangın  biznes 

mütəxəssisləri yetişdirən ali təhsil müəssisəsində olmaq-

dan məmnunluğunu dilə gətirib: "Təmsil etdiyim qurum 

universitetlərlə iş birliyində maraqlıdır. Biz təcrübələrimizi 

sizlərlə  paylaşmağa  hər  zaman  hazırıq.  Universitetdə 

əldə  etdiyiniz  nəzəri  biliklərin  praktikaya  ən  səmərəli 

şəkildə tətbiq edilməsi üçün bütün şirkətlərimiz sizlərin 

istehsalat təcrübəsinə açıqdır”.

Tədbirdə  ATİB  İdarə  Heyətinin  sədr  müavini  Cem 

Becel, İdarə Heyətinin üzvü Rafiq Qarayev çıxış edərək, 

nəzəriyyə  ilə  praktikanın  vəhdətinin  əhəmiyyətindən 

bəhs  ediblər.  Çıxışlarda  ən  səmərəli  və  vacib  investisi-

yanın təhsilə və insan kapitalına qoyulan investisiya ol-

duğu vurğulanıb. Tədbirdə ATİB İdarə Heyətinin üzvləri 

Aydın Məmmədov, Ali Gümüş, Kaya Karslı, prof. dr. Fariz 

Əmirov iştirak edib.

İki qurum arasındakı qarşılıqlı əməkdaşlıq kadr hazır-

lığı, birgə elmi simpozium, forum və konfransların təşkili, 

monoqrafiya, dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin 

hazırlanması,  mütəxəssis  hazırlığına  dəstək  verilməsi, 

tədrisin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 

və  təkmilləşdirilməsi,  tələbələrin  istehsalat  təcrübəsi 

keçməsi  və  məzunların  işlə  təmin  edilməsinə  kömək 

göstərilməsi,  AU-nun  İnnovativ  Biznes  İnkubatoru  ilə 

birgə  layihələr  (startuplar)  təşkil  edilməsi,  elm-təhsil 

sahəsində  müxtəlif  layihələrin  həyata  keçirilməsi  kimi 

sahələri əhatə edəcək. Müqavilə ilə həmçinin birliyə da-

xil  olan  şirkətlərdə  çalışan  mütəxəssis  və  əməkdaşların 

peşə-ixtisas  səviyyələrinin  artırılması  məqsədilə 

universitetdə  fəaliyyət  göstərən  kurslarda  iştirakı,  birli-

yin öz maliyyə imkanları nisbətində obyektiv meyarlarla 



33

seçilən tələbələr üçün adlı təqaüdlər verilməsi, onların elmi-

tədqiqat işlərinə xüsusi qrant və vəsaitlər ayrılması da nəzərdə 

tutulur.



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin