EcoVision


atİB beynəlxalq turizm sərgisində iştirak etdi



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə51/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   47   48   49   50   51   52   53   54   ...   95
atİB beynəlxalq turizm sərgisində iştirak etdi

Aprelin  4-dən  6-dək  "AITF  2015”  14-cü  Azərbaycan 

Beynəlxalq  "Turizm  və  Səyahətlər”  və  "Horex  Caucasus 

2015”  7-ci  Qafqaz  Beynəlxalq  "Mehmanxana,  restoran  və 

supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçiri-

lib. Birliyimizin üzvü “Iteca Caspian” şirkətinin təşkil etdiyi bu 

sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi öz stendi ilə qatı-

lıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

Bakı Ekspo Mərkəzində keçirilən bu sərgi dünya standart-

ları səviyyəsində turizm xidmətlərinin göstərilməsi üzrə müa-

sir təmayüllərin və yeni texnologiyaların nümayişi üçün regi-

onun ən böyük tədbiri hesab olunur. Sərgidə stendi ilə iştirak 

etməklə  ATİB  biznes  mühitində  yeni  əlaqələrin,  ünsiyyət  və 

münasibətlərin qurulması üçün imkanlarını nümayiş etdirib.

Qeyd  edək  ki,  sərginin  ilk  günü  Azərbaycan  Respublika-

sının  Mədəniyyət  və  turizm  naziri  Əbülfəs  Qarayev  sərginin 

rəsmi  açılış  mərasimində  iştirak  edərək  iştirakçı  şirkət  və 

təşkilatların  stendləri  ilə  tanış  olub.  Sərginin  ikinci  günündə 

isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 

və xanımı Mehriban Əliyeva sərgini ziyarət ediblər.

ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak 

edən  şirkətlərin  böyük  marağına  səbəb  olub.  ATİB  stendini 

İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin mü-

avini Cem Becel, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Kaya 

Karslı,  Türkiyə  Respublikasının  Azərbaycandakı  səfirliyinin 

nümayəndələri və digər ATİB üzvləri ziyarət ediblər.

Sərgi  zamanı  ATİB  ziyarətçilərə  təşkilat  haqqında  geniş 

məlumat verərək, nəşrlərini ("Ecovision" jurnalı, iqtisadiyyatın 

müxtəlif sektorları üzrə araşdırmalar) təqdim edib.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin