Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə45/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   41   42   43   44   45   46   47   48   ...   111
 
DÖNDÜM 
   
Tanrım, mənə ömür verdin. 
Qüdrətinlə selə döndüm. 
Gahdan sakit dəniz oldum
Gah tufana, yelə döndüm... 
   
Mən dönürəm son qalama,– 
Ömür, yanma, gəl halıma. 
Səni verdim üç balama, 
Gün-gün, ay-ay, ilə döndüm. 
   
Fələk, sənlə əyişmədim.. 
Əcəl, sənlə deyişmədim, 
Mən dünyamı dəyişmədim, – 
Allah, yandım külə döndüm! 
   


78 
 
Torpaq, boynuna sarılam.. 
Əhdinə düz ilqarınam 
Səni sevən Sərdarınam, 
Sinəndə bir gülə döndüm... 
 
18 Noyabr 2002-ci il   
(Moskva, SKB klinikası) 
   
 
QƏŞƏNGİN NƏĞMƏSİ 
(Qoşayarpaq qoşma) 
   
Qovuşaq bir anı, gəzək dünyanı... 
Gəzək bir gümanı deyə, qəşəngim. 
Qoyma bu dumanı, bahar leysanı 
Qumral saçlarını döyə, qəşəngim! 
   
Qom hörüklər nizam, tel düzüm-düzüm
Gəlmir üzüm sənə, deyim sirr-sözüm. 
Yox gecəm-gündüzüm, həsrətdi gözüm, 
Ola bir təbəssüm deyə, qəşəngim! 
   
Məndən kənar gəzən, bircə biləsən, 
Necə dözür görən bu dərdə dözən. 
Qumrovlu qəh-qəhən qıylanmır nədən, 
Niyə dönükmüsən, niyə, qəşəngim? 
   
 


79 
 
Çevir mənə sarı od yanaqları, 
Lalə dodaqları gizlətmə barı. 
İncitmə Sərdarı, qoyma yadları, 
Düz əhdi-ilqarı əyə, qəşəngim! 
   
   
BİR GECƏ 
   
Taleyimə düşən paydı gecələr, 
Günlərimi yaman saydı gecələr. 
Görən bizə necə qıydı gecələr? – 
Şirin gecə, nağıl gecə, sirr gecə. 
   
Bir sevdaydı, dayanaraq üz-üzə
Əl-ələydik, göz-gözəydik, diz-dizə. 
Saçlarına, hər gələndə sən bizə
Ulduzlardan səpilirdi zər gecə. 
   
Yalvarardım, danış yenə, din yenə, 
Sənin üçün darıxmışam mən yenə, 
Deyərdim ki, qurban olum, sən yenə 
Saçlarını sinəm üstə sər gecə. 
   
Öyrənmişdim tellərinin ətrinə, 
Nəfəsinin, əllərinin ətrinə. 
Bilirsən ki, təkcə sənin xətrinə
Sübhə qədər dayanardım hər gecə 
   


80 
 
Tez unutdun gecələri nədənsə, 
Gəzdiyimiz küçələri nədənsə
Çağırmadım, nə mən geri nədənsə, 
Nə sən geri qayıtmadın bir gecə... 
       
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin