Əl-Mİzan fi TƏFSİr-el quran içindekiler c: 4 : Al İmran Surəsi


"İşdə Allahın rəhmətiylə onlara dönüb tövbələrini qəbul etdiyi kəslər bunlardır



Yüklə 1,08 Mb.
səhifə182/349
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2148
1   ...   178   179   180   181   182   183   184   185   ...   349
"İşdə Allahın rəhmətiylə onlara dönüb tövbələrini qəbul etdiyi kəslər bunlardır. Allah (hər şeyi) biləndir, hik-met sahibidir." Bu ayənin başında uzağı göstərən bir işarə adının (ulaike=işte onlar) iştirak etməsi, tövbəkarların dərəcələrinin yüksəkliyinə və davranışlarının möhtərəmliyinə dəlalət edər. Necə ki "məlumatsızlıqla pislik işləyənlər" ifadəsi də uca Allahın onların günahlarını sayıb tökməkdən qaçındığını göstərər. Amma ikinci ayədəki ifadə bu mesajların əksinəni verməkdədir. "Allahın qəbulunu üzərinə al/götürdüyü tövbə, ancaq məlumatsızlıqla pislik edənlər..." [Ayənin sonunda uzağı göstərən işarə adının iştirak etməsi, bunların Allahın rəhmətindən uzaq olduqlarına dəlalət edər. Ayrıca, ayədə etdikləri işlərlə əlaqədar çoxluq yəni "pisliklər" sözünün istifadə edilməsi, Allahın onların günahlarını saymaq istədiyini göstərər.]

Birinci ayə, "Allah (hər şeyi) biləndir, hikmət sahibidir." deyə bağlandı da, "Allah günahları bağışlayandır, mərhəmətlidir." deyilmədi. Bu ifadənin seçilməsinin hikməti budur: Uca Allah qulların vəziyyətini, zəifliklərinin və cahilliklərinin onları haralara sürüdüyünü bildiyi üçün və bir də nizamı mükəmməl hala gətirmənin, işləri düzəltmənin möhtac olduğu çarələri ortaya qoymağı tələb edən hikməti üçün tövbə qapısını açdı. Uca Allah hər şeyi bildiyi və hikmət sahibi olduğu üçün, görünüşlərə əhəmiyyət verməz, ürəkləri sınayar. Heç bir aldatmaca, heç bir hiylə onu yanılda bilməz. Buna görə tövbə edən qullar gerçək mənada tövbə etməlidirlər ki, Allah da onlara lazım olduğu kimi cavab versin.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   349




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin