Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Mustafa Şokayın Fransada ucaldılmış büstü. Heykəltaraş Amangəldi Kenenbayevdir



Yüklə 9,67 Mb.
səhifə21/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
Mustafa Şokayın Fransada ucaldılmış büstü. Heykəltaraş Amangəldi Kenenbayevdir.

Mustafa Çokaydan söz açarkən onun xanımı, milliyətcə rus olan Mariyanın xidmətlərini unutmamaq lazımdır. Mus-tafa Çokay mənalı ömrünü rus müstəmləkəçilərinə qarşı mü-bari­zəyə həsr edəndə Mariya xanım həmişə onunla birlikdə ol­muşdur. Mariya Mustafa Çokayı müsəlman adətlərilə dəfn et­mək­lə yanaşı, onun irsinin qorunmasında da mühüm rol oy­namışdır. Mustafa Çokayın ölümündən sonra onun arxivini Pa­risdəki Şərq Dilləri və Mədəniyyətləri İnstitutuna ver­miş­dir. Orada M.Çokayın şəxsi sənədlərindən ibarət bir arxiv yara­dılmışdır. Mariya M.Çokayın zəngin kitabxanasını da M.Ço­kayın adı veriləcək bir bölüm yaradılmaq şərtilə İnsti­tu­ta bağış­lamışdı. Bununla yanaşı, Mustafa Çokay haq-qında xati­rə­lərini yazaraq çap etdirmişdir. Almatıdakı Qazaxıstan Döv­lət Arxivi Parisdən Mustafa Çokayın arxivinin mikro­film­lərini apa­raraq qazax araşdırıcılarının istifadəsinə vermişdir. Buna gö­rə də Qazax xalqı Mariya Çokayı da həmişə hörmətlə xatırlayacaq.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türküstan bir-liyi yaratmaq ideyasını ortaya atdıqdan sonra Mustafa Çokaya diqqət yenidən artmışdır. Belə ki, Qazaxıstan BTA Bankının sponsorluğuyla 2008-ci ildə Mustafa Çokayın həyatını əks etdirən sənədli film çəkilmişdir. Bu filmin bir çox kadrları Özbəkistanın Daşkənd, Kokand, Qazaxıstanın Qızıl Orda, Rusiyanın Peterburq, Azərbaycanın Bakı, Gürcüstanın Tiflis, Türkiyənin İstanbul şəhərlərində, Fransa və Almaniyada çəkilmişdir. Onun adının əbədiləşdirilməsi, ideyalarının təbliği sahəsində də işlər davam etdirilir.

(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radi-osunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-ci il martın 22-də efirdə səsləndirilmiş verlişin mətni (www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)


Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin