3
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
BİOLOGİYA
SALEH MƏHƏRRƏMOV
AMEA-nın müxbir üzvü
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
UOT: 581.6
ÇAŞIR-ACILIQ BİTKİLƏRİNİN HEYVANLARIN BƏDƏN TEMPERATURUNA TƏSİRİ
Açar sözlər: çaşır, acılıq, bədən temperaturu, antihelmint təsir, otlaq bitkiləri
Key words: ferula, bitterness, body temperature, antihelmint affect, plants
Ключевые слова: ферула, хвойник, температур тело, антигельминтая действия,
пастбищные растения
Yüksək müalicə təsirinə malik dərman preparatları ilə zəhərlənmələr zamanı heyvanların
ürək-damar, tənəffüs, həzm, sinir sistemində, maddələr mübadiləsində, humoral sistemdə disfunk-
siyalar əmələ gəlməklə, temperatur aşağı düşür, ümumi halsızlıq yaranır, immunitet zəifləyir, diri
çəkiləri azalır. Bu vəziyyətdə olan heyvanların qanını analiz etdikdə formalı elementlərin sayında,
leykositlər formulunda, qanın fiziki-kimyəvi xassələrində normadan kənara çıxmalar müşahidə edi-
lir. Sidiyin fiziki-kimyəvi xassələri dəyişilərək tərkibindəki üzvü və qeyri-üzvü maddələrin miqdarı
artır, hətta normada olmayan maddələrin ixracına təsadüf edilir.
Otlaqlarda yayılan bəzi zəhərli bitkilər həm də müalicəvi əhəmiyyətə malikdir. Buna görə də
hətta yüksək səmərəliliyə malik bitkilər praktik olaraq tətbiq edilməmişdən əvvəl toksiki cəhətdən
qiymətləndirilməlidir. Müalicəvi əhəmiyyətə malik bitkilərin toksiki təsir göstərməsi onun
dozasından da asılıdır. Az miqdarda müalicə səmərəsi göstərən bitkilər heyvan tərəfindən artıq
yeyildikdə toksiki təsir yaradır. Otlaq sahələrində yayılan və insanlar tərəfindən becərilən bəzi
bitkilər helmintosid təsirə malik olmalarına baxmayaraq artıq miqdarda qəbul edildikdə funksional
sistemə mənfi təsir göstərir.
Zəhərli bitkilər toksiki maddələri həyat fəaliyyətləri dövründə hazırlayaraq yarpaqlarında,
köklərində və b. vegetativ, generativ orqanlarında saxlayırlar. Bitkilərin tərkibindəki alkaloidlərin,
qlikozidlərin, efir yağlarının, fitonsidlərin, fotosensibilizasiya edici maddələrin müalicəvi əhəmiy-
yətə malik olmaları ilə yanaşı zərərli təsirləri də qeydə alınır.
Tərkibində zəhərli maddələr olan belə bitkilərin heyvan orqanizminə təsirinin öyrənilməsi
istiqamətində bir çox tədqiqat işləri aparılıb. Yüksək dərəcədə antihelmint səmərəyə malik
baldırğanın ağ siçanlar üzərində çiçəkləmə və meyvələrin yetişmə fazasında iti toksiki parametrin
maksimal keçid həddi müvafiq olaraq 5200 mq/kq, 5050 mq/kq, orta öldürücü dozası hər iki fazada
7390 mq/kq, 100% öldürücü dozası isə 10030 və 10050 mq/kq həddində olmuşdur. Onun çiçəkləmə
və meyvələrin yetişmə mərhələsindən hazırlanan preparat verilən qrupda ölən ağ siçanların sayını
nəzarətdə olan qrupda ölən heyvanların sayı ilə müqayisə etdikdə baldırğanın uzun müddət verilmə-
sinə baxmayaraq heyvan orqanizmində toplanmadığına görə kumulyativ təsir alınmamışdır. Baldır-
ğanın boğaz siçovullara müalicə, müalicə dozasının 3, 5 dəfə artırılmış miqdarları verilən tədqiqat-
larda embrion materiallarının xarici və daxili orqanlarında anomaliyalar görünməməklə, skelet
sümüklərinin ölçüləri normal həddə olmuşdur [6, 8].
Baldırğanın müalicə (0,9 q/kq), müalicə dozasının 3 və 5 dəfə artırılmış miqdarları yedizdiril-
miş heyvanların bədən temperaturu normal həddə olmuş, hərəkət koordinasiyasında, davranışında,
selikli qişaların rəngində patoloji dəyişikliklər görünməmiş, ürək vurğularının taxikardiya və
4
bradikardiyasına, tənəffüs hərəkətlərinin, işgənbənin peristaltikasının sayında tezləşmə və seyrək-
ləşmə hallarına təsadüf edilməmişdir. Təcrübədə olan heyvanların qanında eritrositlərin, leykositlə-
rin, trombositlərin sayı, hemoqlobinin miqdarı, eritrositlərin hemoqlobinlə doyma dərəcəsi normal
ölçüdə olmuşdur. Həmin heyvanlardan götürülən sidiyin fiziki-kimyəvi xassələrində patoloji dəyi-
şiklik əmələ gəlmir. Baldırğan qəbul edən heyvanların ürək, dalaq, qara ciyər və böyrəklərindən gö-
türülən nümunələrin mikroskopiyasında histopatoloji dəyişiklik görünmədi. Buna görə də baldırğan
praktiki olaraq həzm sistemi strongilyatlarına qarşı yüksək antihelmint səmərəyə malik, lakin tok-
siki təsiri olmayan bitki kimi qəbul edilməlidir [5, 7].
Helmintosid təsirə malik və toksiki xassələri öyrənilən su baldırğanında zəhərli maddələr
əsasən kökümsovunda toplanır. Təzə kökümsovun qaramal üçün öldürücü dozası 200-250 q, qoyun-
lar üçün isə 60-80 q-dır. Heyvanlar zəhərləndikdə narahatçılıq, titrəmə, qıcolmalar, tez-tez sidik və
kal ixracı, ağız suyu ifrazı əmələ gəlir. Ölmüş heyvanların şirdan və bağırsaqlarında selikli hipere-
miya, endo, epikard altında, dərialtı toxumada, tənəffüs yollarında, böyrəklərdə və sidik kisəsində
qansızmalar qeydə alınır. Ölmüş heyvanların işgənbəsindən götürülən kökümsovdan hazırlanan efir
ekstraktı qurbağanın dərialtına 1,0 ml inyeksiya edildikdə qıcolma başlayaraq heyvan ölür [1].
Apardığımız təcrübələrdə yüksək səviyyədə antihelmint səmərəyə malik çaşır və acılıq
bitkilərinin qoyunların bədən temperaturuna təsirini araşdırdıq.
Çaşır (Prangos acaulis L.) [9] gövdəsiz çoxillik ot bitkisi olmaqla, yarpaqları iynəvari
formadadır, əsasən muxtar respublikanın dağlıq ərazilərində bitir. Kökündə 20% qatran və efir
yağları olur. Qatran tərkibli maddədən qvayanolid, badxozin və b. maddələr ayrılır. Çaşırdan alınan
preparatlardan dəridə olan yaralanmalar zamanı iltihab əleyhi və yanıqların müalicəsində istifadə
edilir [2, s. 126].
Tədqiqatlarımızda istifadə etdiyimiz acılıq (Ephedra procera Fisch et C.A.Mey) [10, s. 423]
ikievli kol bitkisi olub, yarpaqları reduksiya etməklə zoğların buğumlarında pulcuq şəklindədir. Bir
cinsli çiçəkləri sünbülcüklərdə toplanır. Meyvələri kürə şəkilli olmaqla 1 toxumludur, toxumları
uzunsov ovalvari formadadır. Bitkinin yaşıl hissələrində alkaloidlər, aşı maddələr (7-10%), efedrin,
P vitamini, meyvələrində 60 mq% C vitamini olur. Acılıqdan alınan alkaloid efedrin α və β adre-
noreseptorları stimulə edir, periferik qan damarlarını daraldır, ürəyin fəaliyyətini gücləndirir, arte-
rial təzyiqi yüksəldir, bronxların, mədə-bağırsaq traktının saya əzələlərinin tonusunu, bağırsaqların
perilstaltikasını zəiflədir, bəbəkləri genişləndirir. Efedrin bunlardan başqa mərkəzi sinir sisteminin
yuxarı şöbələrini oyadır, tənəffüs mərkəzinin oyanıcılığını artırır, narkotik və yuxugətirici maddə-
lərlə zəhərlənmələrdə oyadıcı təsir göstərir. Efedrin iltihab və allergik əleyhi vasitə kimi də istifadə
edilir [2, s. 163-165].
Çaşır-acılıq bitkilərinin bərabər miqdarlarından hazırladığımız qarışıq yüksək antihelmint
səmərə verdiyindən onların toksikoloji xüsusiyyətlərinin də həmin formada araşdırılmasını zəruri
hesab etdik. İki bitki qarışığının verilməsi sinergizm zamanı bir-birinin təsirini qüvvətləndirir.
Bitkilərin tərkibindəki maddələrin antaqonist olması onların helmintosid təsirini azaltmaqla
yanaşı heyvan orqanizmində də toksiki əlamətlərin yaranmasına səbəb olur.
Təcrübə heyvanlarını seçib qrupları müəyyənləşdirərkən onlarda ümumi müayinələr aparıb
qoyunların davranışına, yunun vəziyyətinə nəzarət edib, selikli qişaları (gözün, dodaqların,
cinsiyyət orqanlarının) gözlə müayinədən keçirdirdik.
Təcrübədə olan qoyunlara preparatın müalicə dozasını (6 q/kq), müalicə dozasının 3 və 5 dəfə
artırılmış miqdarlarını qüvvəli yemlə qarışdırılmış formada verməklə heyvan orqanizminə - bədən
temperaturuna təsirini öyrəndik. Bitki qarışıqlarının heyvanlara su ilə qarışdırılmış şəkildə verilmə
təcrübəsi də var. Lakin belə vermə metodu əlavə çətinlik törətdiyindən onları qüvvəli yemlə
verməyi üstün tutduq.
Tədqiqatları hər qrupda 10 baş olmaqla 4 qrupa ayrılmış 40 heyvan üzərində apardıq. Təcrübə
üçün seçilən hevanları yaşına, cinsinə və çəkisinə əsasən qruplaşdırırdıq. Bu məqsədlə heyvanları
seçməmişdən 3 gün əvvəl onların davranışları, yemə münasibəti, yunun vəziyyəti izlənilib sağlam-
ları ayıraraq qruplaşdırdıq. I qrup heyvanlara 2 gün çaşır və acılıq qarışığının müalicə dozasını (6
q/kq), II qrupa 3 dəfə artırılmış (18 q/kq), III qrupa isə müalicə dozasının 5 dəfə artırılmış (30 q/kq)
miqdarını verməklə bitkilərin bədən temperaturuna təsirini öyrəndik. Bütün qruplarda olan hey-
5
vanları eyni şəraitdə saxladıq. IV qrupdakı heyvanlar nəzarətdə olmaqla adi yemləmə şəraitində
saxlanıldı.
Tədqiqat müddətində orta nəticəni almaq üçün 3 dəfə bitki verilməmişdən əvvəl, 3 dəfə veri-
lən müddətdə, 3 dəfə isə verildikdən sonra həm təcrübə, həm də nəzarət qrupunda olan heyvanların
bədən temperaturunu ölçürdük.
Bədən temperaturu heyvanın yaşından, cinsindən, günün vaxtından və orqanizmin fizioloji
vəziyyətindən asılıdır. Cavan, həmçinin erkək heyvanların bədən temperaturu yaşlılara və dişilərə
nisbətən yüksək olur. Eyni zamanda axşam heyvanların temperaturu gündüzə nisbətən aşağı olur.
Heyvanlar nisbətən uzun müddət ac qaldıqda onların temperaturu aşağı enir. Bütün bunları nəzərə
alaraq heyvanları qruplaşdırarkən onların cinsiyyət və yaşını nəzərə alırdıq. Qoyunların
temperaturunu hər gün eyni vaxtlarda ölçürdük. Heyvanların temperaturu kimyəvi və fiziki
tənzimlənmə hesabına daim sabit qalır. Kimyəvi tənzimlənmə istilik tənzimlənmə mərkəzinin
fəaliyyəti hesabına əzələ, qara ciyər, həzm traktında və s. orqanlarda mübadilə prosesi hesabına
istiliyin əmələ gəlməsinin orqanizmin fəaliyyətinə uyğunlaşmasıdır. Fiziki tənzimlənmə isə ayrılan
istiliyin heyvanı əhatə edən mühitin temperaturasından asılı olaraq xaricə verilməsidir [3, s. 358-
363], [4, s. 230-240]. Toksiki təsirə malik preparatlar istilik tənzimi mərkəzinə, istilik yaradan or-
qanlara təsir edərək istiliyin əmələ gəlməsini zəiflədir. Eyni zamanda kapillyar qan damarlarına tə-
sir edərək onların genişlənməsinə, bununla da istilik verilməsini artıraraq, bədən temperaturunun
aşağı düşməsinə səbəb olur. Bu məqsədlə antihelmint təsirə malik bitkilərin orqanizmə təsirini öyrə-
nərkən heyvanların bədən temperaturunun dəyişilməsinin öyrənilməsi zəruridir. Bədən temperaturu-
nu ümumi metodikaya əsasən civəli termometri düz bağırsaqda 10-15 dəqiqə saxlamaqla ölçürdük.
Aparılan tədqiqatların nəticəsi göstərir ki, çaşırla acılığın birlikdə müalicə, müalicə dozasının
3 və 5 dəfə artırılmış miqdarları heyvanların temperatur nizamlama fəaliyyətinə mənfi təsir etmir.
Bitkinin verilmə müddətində müalicə dozasını almış heyvanların temperaturu orta hesabla 39,85
0
C,
müalicə dozasının 3 dəfə artırılmış miqdarını alan qrupun 39,38
0
C, 5 dəfə artırılmış dozanı alanların
38,76
0
C, nəzarət qrupunun isə 39,14
0
C olmuşdur. Preparatın verilməsi qurtardıqdan sonra həmin
göstəricilər orta hesabla müvafiq olaraq 39,58
0
C, 39,22
0
C, 38,72
0
C və 39,08
0
C həddində qeydə
alınmışdır.
Hər iki bitkidən ibarət qarışığın təcrübədə verilən müalicə, onun 3 və 5 dəfə artırılmış dozaları
heyvanların ümumi vəziyyətinə toksiki təsir etməyərək onların davranışı, hərəkət koordinasiyası,
yunun vəziyyəti normal olmaqla, selikli qişalarında qan durğunluğuna təsadüf edilmədi. Davranışın,
hərəkət koordinasiyasının normal olması qarışığın mərkəzi sinir sisteminə, əzələ tonusuna toksiki
təsir etmədiyini göstərir. Yunun normal rəngdə, formada olması qarışığın təsirindən qoyunların
dərisində, maddələr mübadiləsində patoloji vəziyyətin yaranmadığını sübut edir. Qan dövranında
durğunluq, damarların keçiriciliyində qeyri normal vəziyyət yarandıqda qanın formalı elementləri
selikli qişalarda damar ətrafı nahiyələrə sızaraq ləkələrin yaranmasına, hətta qan azlığına səbəb olur.
Apardığımız təcrübələrin nəticələri yüksək antihelmint səmərəyə malik çaşır-acılıq qarışığının
müalicə dozasının, onun 3 və 5 dəfə artırılmış miqdarlarının heyvanlarda maddələr mübadiləsinə və
onun hesabına nizamlanan bədən temperaturuna mənfi təsir etmədiyini göstərir.
ƏDƏBİYYAT
1. Абрамов И. Патологическая анатомия: Отравления. 17 март, 2004.
http://www.vetmedical.ru/ bible/articles/show?id=47
2. Дамиров И.А., Прилипко Л.И., Шукюров Д.З., Керимов Ю.Б. Лекарственные
растения Азербайджана. Баку: Маариф, 1988, 304 с.
3.
Елисеев А.П., Сафонов Н.А., Бойко В.И. Анатомия и физиология
сельскохозяственных животных. М.: Агропомиздат, 1991, 479 с
4. Костин А.П., Мещеряков Ф.А., Сысоев А.А. Физиология сельскохозяйственных
животных. М.: Колос, 1983, 473 с
5. Магеррамов С.Г. Влияние лекарственного антигельминтного растения борщевика на
общее клиническое состояние и физико-химические свойства мочи овец / Материалы
6
конференции Роль науки в интенсификации сельского хозяйства. Новосибирск, Сибирское
отделение ВАСХНИЛ, 1990, ст. 51-52
6. Магеррамов С.Г. Токсикологическая оценка лекарственного растения борщевика //
Бюл. ВИГИС, 1990, № 54, с. 96
7. Магеррамов С.Г. Гистологические изменения внутренних органов овец под
влиянием борщевика // Актуальные вопросы профилактики и ликвидации заразных и
незаразных болезней животных. Тематический сборник трудов АзНИВИ, 1991, s. 168-171
8. Магеррамов С.Г. Гельминтоцидные пастбищные растения и токсиколо гическая
оценка борщевика: Автореф. дис…канд. вет. наук. М., 1991, 26 с
9. Флора Азербайджана. Баку: Академии Наук Азербайджанской ССР, 1955, т. 6, 540 с.
10. Черепанов С.К. Сосудистые растения России и сопредельных государств (в
пределах бывшего СССР). Санкт – Петербург: Мир и семья – 95, 1995, 990 с
ABSTRACT
The effect of ferula-bitterness plants on the body temperature of animals
In our experiments we studied that the effect of ferula-bitterness mixture of antihelmint
affect on body temperature of animals. We fed the animals with the treatment and treatment dose
(6g/kg) of mixture increased by 3 and 5 times within high calorie food for two days and took the
body temperature of animals before experiment, during experiment and after experiment. We found
out that the body temperature of animals in experiments was not out of norm during the term when
treatment and treatment dose of mixture increased for several times was given to the animals. At
the end it turned out that the average body temperature of the group of animals which ate 6g/kg
ferula was 39,58°C , which ate 18g/kg ferula was 39,22°C , which ate 30g/kg ferula was 39,08°C. It
shows that the plants do not have toxical effect.
РЕЗЮМЕ
Влияние смеси ферулы-хвойника на температуру
тела животных
В опытах были исследованы влияние на температу тела животных смеси ферулы-
хвойника, имеющей антигельмитным действием. Животных кормили терапевтической
(6г/кг) трех и кратной увеличенной дозой смеси с комбикормом в течение 2 дней и измеряли
температуру тела до, во время и после кормления. При введении терапевтической смеси и
несколько увеличенной дозы температура тела не отклонилась от нормы. После
прекращения кормления растений в группе, получившая 6 г/кг дозы температура тела была
39,58 0С, получившая 18 г/кг – 39,22 0С, 30 г/кг – 39,08 0С. Полученные эти показатели
доказывают, что смеси ферулы-хвойника отрицательно не действуют на обмен вещества –
температуру тела.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)
7
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
ƏLİYAR İBRAHİMOV
e-mail: aliyaribragimov@mail.ru
FATMAXANIM NƏBİYEVA
AMEA Naxçıvan Bölməsi
UOT:581.6
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SUBALP BİTKİLƏRİ
(MONOCOTYLEDONAE) VƏ ONLARIN İQTİSADİ ƏHƏMİYYƏTİ
Açar sözlər: subalp qurşağı, flora, bitkilik, hündürotluq, otlaq, biçənək, bioehtiyat, dərman
Key words: subalpine zone, flora, vegetation, high-grass, pasture, hayfield, bioresource,
silage, medicinal
Ключевые слова: субальпийское пояс, флора, растительность, высокотравье,
пастбища, сенокосы, биоресурсы, силос, лекарственный
Naxçıvan Muxtar Respublikası malik olduğu flora və bitkiliyin zənginliyi ilə fərqlənir.
Regionun ərazisində yayılmış müxtəlif həyat formalı, təsərrüfat əhəmiyyətli və nadir bitkiləri
hündürlük qurşaqları üzrə şaquli zonallıq qanunauyğunluğuna müvafiq olaraq paylanmışdır. Hər bir
hündürlük qurşağının bitkiləri buradakı torpaq-iqlim xüsusiyyətlərinə, yaşayış məskənlərinin
ekoloji şəraitinə tam uyğunlaşaraq normal inkişaf etmək və öz arealını genişləndirmək imkanına
malikdirlər. Digər hündürlük qurşaqlarından, qonşu dövlətlərin ərazisindən müxtəlif yollarla bura
düşmüş kosmopolit, adventiv, sinantrop bitkilər həmin hündürlük qurşaqlarının komponentləri
sayılır. Onlar mövcud səraitə uyğunlaşaraq yaşayış uğrunda mübarizədə qalib gələrək yaşayır,
yaxud uyğunlaşmayıb məhv olurlar. Təbii ekosistemlərin florasını, bitkilik tiplərini formalaşdıran
aborigen növlər fitosenozların məhsuldarlığının artırılmasında, maddələr və enerji mübadiləsində,
həmçinin başqa iqtisadi yönümlü problemlərdə mühüm rol oynayırlar.
Bu baxımdan bioloji ehtiyatlarla daha zəngin olan, heyvandarlığın əsas yem bazasını təşkil
edən subalp hündürlük qurşağında yayılmış bitkilərin növ sayının dəqiqləşdirilməsi, qlobal iqlim
dəyişiklikləri şəraitində müasir vəziyyətinin tədqiqi, muxtar respublikanın iqtisadi həyatında yeri və
rolunun qiymətləndirilməsi günün tələblərinə cavab verən həlli vacib problem məsələlərdən biridir.
Ədəbiyyat mənbələrinin [1, s. 173-175; 3; 6, .81 p.; 8, s. 17.374; 9, s. 13-317], “Herbari fondu”nun
araşdırılması və toplanılmış faktik materiallar əsasında muxtar respublikanın subalp qurşağında
yayılmış ali bitkilərin birləpəlilər sinfinə aid olan bitkilərinin aşağıdakı növ sayı müəyyən edilmiş
və taksonomik spektri tərtib olunmuşdur.
1. Fam.: Aspleniaceae Newm. - Qamçılıcakimilər
Asplenium septentrionale (L.) Hoffm. - Şimal q.
Ceterach. officinarum Willd. - Dərman seteraxtı
2. Fam.: Vudsiyakimilər – Woodsiaceae (Diels) Herter
Woodsia alpine (Bolt.) S.F. Gray. – Alp vudsiyası
Athyrium distentifolium Tausch ex Opiz. - Sərilənyarpaq q.
Cystopteris fragilis (L.) Bernh. - Kövrək qovuqluca
3. Fam.: Dryopteridaceae R.- C.Ching – Ayıdöşəyikimilər
Dryopteris filix - mas (L.) Schott - Erkək ayıdöşəyi
Polystichum lonchitis (L.)Roth - Nizəvari cərgəvər
4. Fam.: Ophioglossaceae (R.Br.) Agardh. – İlanotukimilər
Botrychium lunaria (L.) Swartz in Schrad., Jorun – Yarımay salxımotu.
5. Fam.: Pinaceae Adans. - Şamkimilər
Pinus kochiana Klotzsch ex C.Koch- Kox şamı
6. Fam.: Equisetaceae Michx. ex DC. – Qatırquyruğukimilər
8
Equisetum arvense L.(E.boreale Bong.) - Çöl qatırquyruğu
E. palustre L. - Bataqlıq q.
E. pratense Ehrh. - Çəmən q.
E. ramosissimum Desf. - Budaqlı q.
7. Fam.: Cupressaceae S.F. Gray – Sərvkimilər
Juniperus communis L. - Adi ardıc
J. excelsa Bieb. - Hündür a.
J. foetidissima Willd. - Ağıriyli a.
J. sabina L. - Qazax a.
8. Fam.: Ephedraceae Dumort. – Acılıqkimilər
Ephedra procera Fisch et C.A. Mey. - Boylu acılıq
9. Fam.: Sparganiaceae F. Rudolphi – Qurbağaotukimilər
Sparganium neglectum Beeby - Etinalı qurbağaotu
S. emersum Rehm. (S. simplex Huds.) - Adi q.
S. simplex Huds. - Kirpibaş q.
10. Fam.: Typhaceae L. - Ciyənkimilər
Typha latifolia L. - Enliyarpaq ciyən
T. angustifolia L. - Daryarpaq c.
11. Fam.: Poaceae Barnhart – Qırtıckimilər (Taxıllar)
Phalarioides arundinacea (L.) Rauschert -
Anthxanthum odoratum L. - Ətirli sarıçiçək
A. alpinum A.et D. Löve – Alp ətitli sarıçiçəyi
Stipa tirsa Stev. - Nazikyarpaq şiyav
S.pulcherrima C. Koch. - Gözəl ş.
S.zalesskii Wiltnskyi subsp.canescens (P.A.Smirn.) Tzvel. – Zalesski şiyavı
S. holosericea Trin.et Rupr. - İpəkvari şiyav
S.capillata L.-Tüklü şiyav
Piptatherum virescens (Trin.) G.Beck. – Göyümtül düyüsov
P.holciforme (Bieb.) Roem. et Schult – Buxarı düyüsov
Milium schmidtianum C. Koch.- Şmidt quşdarısı
Phleum alpinum L.- Alp pişikquyruğu
Alopecurus dasyanthus Laguroides Bal.- Dovşanquyruq tüiküquyruğu
A.textilis Boiss. - Lifli t.
A.tiflisensis (G.Westb.) Grossh. – Tiflis t.
A. aucheri Boiss. – Oşe t.
A.armenus (C. Koch.) Grossh.- Erməni t.
A.arundinaceus Poir. - Qamışvari t.
Calamagrostis epigeios (L.) Roth.- Yer yumşaqsüpürgəsi
C.arundinaceae (L.) Roth.- Qamışvari yumşaqsüpürgə
Agrostis olimpica (Boiss,) Bor.- Olimpiya tarlaotu
Deschampsia caespitosa (L.) Beauv.- Çimli çəmənlicə
Trisetum flavescens (l.) Beauv. – Bənövşəyi üçqıllı
T. rigidum (Bieb.) Roem. et Schult – Bərk üçqıllı
Avenula armenia (Schischk.) Holub. -.Erməni avenulası
Sesleria phleoides Stev.ex Roem. et Schult.
Phragmites australis (Cav.) Trin. Ex Steud.
Koeleria albovii Domin. – Albov nazikbaldırı
K.cristata (L.) Pers. – Daraqlı nazikbaldır
K. kurdica Ujheli – Kürd nazikbaldırı
K. bitczenachica (Tzvel.) Tzvel. – Biçənək n.
Catabrosa aquatica (L.) Beauv. - Su çayotu
Melica ianaequiglumis Boiss. -Tənzarlı kalışvər
9
M.taurica C. Koch.- Krım kalışvəri
Briza media L. - Kiçil titrək
K.elatior Sibbth. et Smith. – Hündür titrək
Dactylis glomerata L. - Adi çobantoxmağı
Poa bulbosa L.- Soğanaqlı qırtıc
P.densa- Troitzky – Sıx q.
P.iberica Fisch. et C.A. Mey.
P.logifolia Trin – Uzunyarpqa q.
P.pratensis L. – Çəmən q.
P.nemoralis L. –Meşə q.
P. araratica Trautv.- Ararat q.
P.alpina L.- Alp q.
Bellardiochloa polychroa – Çoxcərgəli bellardiaxloa
Catabrosella fibrosa (Trautv.) Tzvel. - Lifli katabrosella
Catabrosella variegata (B0iss.) Tzvel.- Ala katabrosella
Colpodium versicolor (Stev.) Schmalh. - Bəzəkli kolpodium
Glyceriaarundinacea Kunth. – Qamışvari şirintum
Festuca airoides Lam. (F. ovina ) – Qoyun topalı mən vermişəm
F.rupicola Heuff. F. ovina var. Sulcata Hack.- Rupikola topalı
F. chalcophaea V. Krecz. et Bobr. – Bənövşəyi topal
F.woronowii Hack .- Voronov topalı
F.brunnescens (Tzvel.) Galushko - yeni əlavə
Schedonorus giganteus (L.) Soreng. et Terrel – Nəhəng şedonorusu
Schedonorus pratensis (Huds.) Beauv.- Çəmən şedonorusu
Schedonorus arundinaceus (Cshred.) Dumort. – Qamışvari şedonorusu
Bromopsis benekenii (Lange) Holub. – Beneken tonqalotu
B.inermis (Leyss.) Holub. – Qılçıqsız tonqalotu
B.villosula (steud.) Hoiub. - Tüklü tonqalotu
B.variegata (Bieb.) Holub. – Ala tonqalotu
Anisantha tectorum C. Koch –Qeyri-bərabər çiçək anizanta -
Bromus brizaeformis Fisch.et C.A. Mey. – Titrəkvarı dəlicəotu
B.japonicus Thunb. – Yapon dəlicəotu
Nardus stricta L. – Uzanan ağbığ
Lolium persicum Boiss. et Hohen. – İran quramiti
L.perenne L.- Çoxillik quramit
Elytrigia repens (L.) Nevski. – Sürünən ayrıq
Agropyron puberulum (Boiss.ex Steud,) Grossh.
Secale montanum Guss. - Dağ çovdarı
Hordeum violaceum Boiss. et Huet.
H. bulbosum L .- Soğanaqlı arpa
12. Fam.: Alismataceae Vent. – Baqəvərkimilər
Alisma lanceolatum With. - Lansetvari baqəvər
A. plantago - aquatica L. - Bağayarpaqvari b.
A. gramineum Lej. - Taxılvari b.
13..Fam.: Potamogetonaceae Dumort. – Suçiçəyikimilər
Potamogeton natans L. - Üzən suçiçəyi
P. nodosus Poir. - Buğumlu s.
P. lucens L. - Parlaq s.
P. perfoliatus L. - Gövdəni qucaqlayan s.
P. pusillus L. - Balaca s.
P. trichoides Cham. et Schlecht. - Tükvarı s.
P. crispus L. - Qumral s.
10
P. pectinatus L.(P. filiformis Pers.) - Daraqvari s.
14. Fam.: Ruppiaceae Horan. ex Hutch. – Ruppiyakimilər
Ruppia maritima L. - Dəniz ruppiyası
15. Fam.: Zannichelliaceae Dumort. – Zannichelliakimilər
Zannichellia palustris L. - Bataqlıq zannixelliyası
16. Fam.: Colchicaceae DC. – Vaxtsızotukimilər
Colchicum speciosum Stev. - Gözəl vaxtsızot
C. szovitsii Fisch. et C. A. Mey. - Soviç v.
C. zangezurum Grossh. - Zəngəzur v.
Merandera raddeana Regel - Radde danaqıranı
17. Fam.: Liliaceae Juss. – Zanbaqkimilər
Gagea bulbifera (Pall.) Salisb. - Soğanaqlı qaz soğanı
G. chlorantha (Bieb.) Schult. & Schult.f. - Yaşılımtıl- sarı q.s.
G. confusa A. Terracc - Məchul q.s.
G. caroli- kochii Grossh. - Kox q.s.
G. grlacialis C. Koch - Buzlaq q.s.
G. liotaardii (Sternb.) Schult.et Schult.f. ( G.anisanthos C. Koch) – Liotardi qaz soğanı
Fritillaria kurdica Boiss. Nöe (F. grossheimiana Losinsk.) - Kürd laləvəri
F.caucasica Adams. – Qafqaz laləvəri
Tulipa florenskyi Woronow - Florenski tülpanı
T. julia C.Koch - Yuliya t.
T. gesneriana L. (T.schrenkii Regel) - Qesner t.
T. eichler Regel - Eixler t.
T. schmidtii Fomin - Şmidt t.
18. Fam.: Orchidaceae Juss. – Səhləbkimilər
Dactylorhiza salina (Turcz. ex Lindl.) Soo - Sanasunit s.
D. urvilleana (Steud.) H.Baumann & Kuenkele - Kütyarpaq s.
D. flavescens (C.Koch) Holub - Sarımtıl s.
Orchis coriophora L.- Bədbuy səhləb
O. mascula (L.) L. - Erkək s.
O. palustris Jacq. (O. laxiflora auct. non Lam.) - Bataqlıq s.
O. punctulata Stev. ex Lindl. - Nöqtəli s.
19. Fam.: İridaceae Juss. – Süsənkimilər
Crocus artvinensis (G. Philippow) Grossh. - Artvin z.
C. speciosus Bieb. - Gözəl z.
İris caucasica Stev.- Qafqaz süsəni
İ. pseudocaucasica Grossh. - Yalançı Qafqaz s.
I. reticulata Bieb. - Torlu s.
İ. demetri Achv. et Mirzoeva ( İ.prilipkoana Kem. - Nath.) - Dimitri s.
İ. imbricata Lindl. (İ. sulphurea C. Koch) - Kirəmitvari s.
İ. lycotis Woronow - Qurdqulağı s.
İ. grossheimii Woronow ex Grossh. - Qrossheym s.
Gladiolus kotschyanus Boiss. – Koçi qarğa soğanı
Gladiolus atroviolaceus Boiss. - Tündbənövşəyi q.s.
20. Fam.: İxioliriaceae Nakai – İksiolirionkimilər
İxiolirion tataricum (Pall.) Herb.( İ. montanum (Labill.) Herb. - Tatar i.
21. Fam.: Hemerocallidaceae R.Br.- Günotukimilər
Eremurus spectabilis Bieb.- Görkəmli çiriş
22. Fam.: Hyacinthaceae Batsch – Hiasintkimilər
Ornithogalum balansae Boiss.( O. schmalhausenii Albov) - Baldaççi quşsüdü (Xıncalaus)
O. sigmoideum Freyn et Sint.- Qıvrım quşsüdü
11
O. arcuatum Stev. aggr. (= O. Schelkovnikovii Qrossh.) - Şelkovnikov quşsüdü
Scilla mischtschenkoana Grossh. - Mişenko zümrüdçiçəyi
S. armena Grossh. - Ermənistan zümrüdçiçəyi
Puschkinia scilloides Adams - Zömrödçiçəyi ələyəz
Bellevalia montana (C.Koch) Boiss. - Dağ bellevaliyası
Muscari tenuiflorum Tausch. - Nazikçiçək ilansoğanı
M. caucasicum (Griseb.) Baker - Qafqaz ilansoğanı
M. armeniacum Leichtlin ex Baker (M. szovitsianum Baker) - Soviç ilansoğanı
23.Fam.: Alliaceae J.Agardh. – Soğankimilər
Allium schoenoprasum L. - Skorda soğanı
A. szovitsii Regel - Soviç s.
A. vineale L. - Üzümlük s.
A. kunthianum Vved. - Kunt s.
A. woronovii Miscz. ex Grossh. aggr. - Voronov s.
Nectaroscordum tripedale (Trautv.) Grossh. - Üçfutlu nektaroskordum
24. Fam.: Convallariaceae Horan. – İnciçiçəyikimilər
Polygonatum orientale Desf. - Şərq güyənəsi
P. verticillatum (L.) All. - Topa g.
25. Fam. Juncaceae Juss. – Cığkimilər
Juncus bufonius L. aggr. - Qurbağa cığı
J. inflexus L. - Əyilən cığ
J. effusus L. - Dağınıq cığ
J. filiformis L. - Sapvari cığ
J. articulatus L.(J.lampocarpus Ehrh. ex Hoffm.) - İşıldaqmeyvəli cığ
J. alpigenus C. Koch - Alp cığı
Luzula spicata (L.) DC. - Sünbüllü işıqotu
26. Fam.: Cyperaceae Juss. – Cilkimilər
Blysmus compressus (L.) Panz. ex Link. - Sıx blismus
Eliocharis austriaca Hayek - Cənub b.
E. palustris (L.) Roem. et Schult. - Bataqlıq b.
Kobresia schonoides (C.A.Mey.) Steud - Sxenusvari kobreziya
K. macrolepis Meinsh. - İripulcuqlu k.
Carex tristis Bieb. - Qəmgin cil
C. melanostachya Bieb. ex Willd. - Qarasünbül c.
C. huetiana Boiss. - Huyet c.
C. diandra Schrank - İkierkəkcikli c.
C. leporina L. - Dovşan c.
C. canescens L. (C. cinerea Pollich) - Bozumtul c.
C. oreophila C.A.Mey. - Dağsevən c.
C.dacica Heuff.- Dakiya
C. acuta L.- İti c.
C. kotschiana Boiss. et Hohen – Koçi c.
C. medwedewii Leskov – Medvedev c.
27. Fam.: Juncaginaceae Rich. – Üçdişkimilər
Triglochin palustre L. - Bataqlıq üçdişi
28. Fam.: Lemnaceae S.F. Gray – Sugülükimilər
Lemna minor L. - Balaca sugülü
L. trisulca L. - Borulu sugülü
12
Cədvəl
Naxçıvan MR ərazisinin subalp qurşağında yayılmış ali bitkilərinin
taksonomik tərkibi (birləpəlilər sinifi)
№
Fəsilə
Cins
%-lə
Növ
%-lə
1.
Aspleniaceae Newm. - Qamçılıcakimilər
2
2,45
2
1,05
2.
Woodsiaceae - Vudsiyakimilər
3
3,70
3
1,58
3.
Dryopteridaceae R.-C.Ching -
Ayıdöşəyikimilər
2
2,45
2
1,05
4.
Ophyoglossaceae R.Br.- İlanotukimilər
1
1,23
1
0,53
5.
Pinaceae Adans. - Şamkimilər
1
1,23
1
0,53
6.
Equisetaceae Michx. ex DC. –
Qatırquyruğuki
1
1,23
4
2,11
7.
Cupressaceae S.F.Gray - Sərvkimilər 1
1,23
4
2,11
8.
Ephedraceae Dumort. - Acılıqkimilər
1
1,23
1
0,53
9.
Sparganiaceae F. Rudolphi -
Qurbağaotukimilər
1
1,23
3
1,58
10.
Typhaceae L. - Ciyənkimilər
1
1.23
2
1,05
11.
Poaceae Barnhart - Qırtıckimilər (Taxıllar)
35 43,21
73 38,42
12.
Alismataceae Vent. - Baqəvərkimilər
1
1,23
3
1,58
13.
Potamogetonaceae Dumort. –
Suçiçəyikimilər
1
1,23
8
4,21
14.
Ruppiaceae Horan. ex Hutch. –
Ruppiyakimilər
1
1,23
1
0,53
15.
Zannichelliaceae Dumort. –
Zannixelliakimilər
1
1,23
1
0,53
16.
Colchicaceae DC. - Vaxtsızotukimilər
2
2,45
4
2,11
17.
Liliaceae Juss. - Zanbaqkimilər
3
3,70
13 6,84
18.
Orchidaceae Juss. - Səhləbkimilər
2
2,45
7
3,68
19.
İridaceae Juss. - Süsənkimilər
3
3,70
11 5,79
20.
İxioliriaceae Nakai - İksiolirionkimilər
1
1,23
1
0,53
21.
Hemerocallidaceae R.Br. - Günotukimilər
1
1,23
1
0,53
22.
Hyacinthaceae Batsch - Hiasintkimilər
5
6,17
10 5,26
23.
Alliaceae J.Agardh. - Soğankimilər
2
2,45
6
3,16
24.
Convallariaceae Horan. - İnciçiçəyikimilər
1
1,23
2
1,05
25.
Juncaceae Juss. - Cığkimilər
2
2,45
7
3,68
26.
Cyperaceae Juss. - Cilkimilər
4
4,94
16 8,42
27.
Juncaginaceae Rich. - Üçdişkimilər
1
1,23
1
0,53
28.
Lemnaceae S.F. Gray - Sugülükimilər
1
1,23
2
1,05
Cəmi:
81 100
190
100
Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Naxçıvan MR ərazisində ali
bitkilərin birləpəlilər sinfinə mənsub olan 28 fəsilənin birləşdirdiyi 81 cins və 190 növ vardır.
Fəsilələrdə cins və növlər qeyri-bərabər paylanmışdır. Belə ki, Poaceae Barnhart - Qırtıckimilər
(Taxıllar) fəsiləsi 35 cins (43,21%), 73 növlə (38,42%) birinci, Hyacinthaceae Batsch-
Hiasintkimilər fəsiləsi 5 cins (6,17%), 10 növlə (5,26%) və Cyperaceae Juss. - Cilkimilər fəsiləsi 4
cins (4,94%), 16 növlə (8,42%) ikinci, Liliaceae Juss. - Zanbaqkimilər fəsiləsi 3 cins (3,70%), 13
növlə (6,84%), İridaceae Juss. - Süsənkimilər fəsiləsi 3 cins (3,70%), 11 növlə (5,79%) üçüncü yeri
tuturlar. Qalan 23 fəsilə isə 31 cins (38,27%) və 123 növlə (64,74%) sonrakı yerdə qərarlaşırlar.
Son ədəbiyyat məmbələrində İlanotukimilər - Ophyoglossaceae R.Br. fəsiləsinə aid olan:
Botrichium lunaria (L.) Swartz in Schrad., Jorun - Yarımay salxımotu növünün Naxçıvan MR
13
ərazisində olduğu göstərilir (4, s. 53-56). Woodsiaceae (Diels) Herter - Vudsiyakimilər fəsiləsinin
bir növünün - Woodsia alpine (Bolt.) S.F. Gray. - Alp vudsiyasının Ordubad rayonu ərazisində
Zəngəzur dağ silsiləsində yayıldığı ehtimal edilir (2, s. 88-92; 7, s. 227-242; 8, s. 18-50; 10, p. 170-
171).
Subalp qurşağında birləpəlilər sinfinə daxil olan 28 fəsilə arasında Poaceae Barnhart -
Qırtıckimilər (Taxıllar) fəsiləsi daha artıq iqtisadi əhəmiyyəti ilə fərqlənir. Onlar ot durumunun
əsasını təşkil etməklə otlaq və biçənəklərin məhsuldarlığının, yemin kəmiyyət və keyfiyyətinin
yüksək olmasını təmin edirlər. Su mühitində yayılmış qırtıclar nutriya və ondatralar tərəfindən
yeyilir, toxumları su quşlarının yemini təşkil edir. Bu qrup qırtıclara: adi qamış, sürünən ayrıq,
dəniz lığvəri, göl qamışı, soğanaqlı qırtıc, yer süpürgəsi və b. misal ola bilər. Bir çox qırtıc
növlərini: sərtyarpaq topal, adi çobantoppuzu, çəmən pişikquyruğu, çoxillik quramit, yer
yumşaqsüpürgəsi, orta titrək, bənövşəyi arpa, soğanaqlı arpa və b. kulturada sınaqdan keçirmək və
istehsalata tətbiq etmək olar. Subalp qurşağının yay otlaqlarının məhsuldarlığını artırmaq üçün
əlavə yem bitkilərinin əkilməsində də perspektiv qırtıc növlərindən istifadə olunması iqtisadi
baxımdan çox sərfəlidir. Məsələn, süni biçənək yaradılmasında yonca + çobantoppuzu +
pişikquyruğu ot qarışığından istifadə olunarsa 350 ha/sent., yonca + pişikquyruğu + çəmən yulafı ot
qarışığından isə 360 ha/sent. yaşıl yem kütləsi götürmək olar.
Typhaceae L. - Ciyənkimilər, Sparganiaceae F. Rudolphi - Qurbağaotukimilər, Alismataceae
Vent. - Baqəvərkimilər, Potamogetonaceae Dumort. - Suçiçəyikimilər, Cyperaceae Juss. -
Cilkimilər, Lemnaceae S.F. Gray - Sugülükimilər fəsilələrinin növləri əsasən su, bataqlıq, su-
bataqlıq və sahil bitkilərini təmsil edirlər. Yem, qida, dərman və s. əhəmiyyətlidirlər. Xüsusilə ci-
yən, qamış, cil cəngəlliklərinin bol təbii ehtiyatı vardır. Hesablanmışdır ki, qamış cəngəlliyinin hər
kv.m sahəsindən 2,04 kq, ensizyarpaq ciyənin 2,9 kq quru kütləsini əldə etmək olar. Subalp qurşağı-
nın bu zəngin bitki sərvətlərindən dolğun və səmərəli istifadə olunması iqtisadi yönümlü vacib
problem məsələdir.
Dostları ilə paylaş: |