Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə36/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   32   33   34   35   36   37   38   39   ...   140
Azf-286777

 
Siyasət və şərait  
 
Hərəkət şəraiti  yaradır, şərait də öz üzərində hərəkətləri  meydana gətirir. 
Şə
rait  müvafiq  addımların  atılmasını,  aktların  qəbul  olunmasını  zəruri  edir, 
məcburiləşdirir. Siyasi hadisələrin yetişmə anı meydana gəlir. Bu halda əvvəlki 
siyasi  vəziyyət  sonrakı  vəziyyəti  ortaya  çıxarır.    Şərait  siyasi  hadisələrin 
törədilməsi  fürsətini  ortaya  qoyur.  Şərait  öz  ardınca  digər  şəraitlərin 
yaranmasını  ehtiva  edir.  Şərait  sistemləşir  və  bu  aspektdə  sistemli  qərarların 
qəbulunu  özündə  ehtiva  edir.  Siyasi  proseslər  zənciri  siyasi  hadisələrin 
ardıcıllığını  özündə  ehtiva  edir.  Bu  baxımdan  da  siyasi  şərait  hadisələr 
zəncirini formalaşdırır.  
Siyasətin meydana gətirdiyi şərait resursların artmasını və onlar üzərində 
təsir imkanlarının genişlənməsini zəruri edir.  Şərait yetişdikdə siyasətin tətbiqi 
zərurəti meydana gəlir. Yetişmə ya boşluğu doldurmaq məqsədilə ortaya çıxan 
bir  vəziyyət  olur,  ya  da  meydana  gələ  biləcək  şişmənin  qarşısını  almaq 
məqsədini  güdür.  Şərait  sistemdaxili  nizamın  və  xaosun  yaranmasından 
meydana gəlir. Hər iki vəziyyət  müvafiq addımların atılmasını özündə ehtiva 
edir.  
Dövlət    şəraitə  müvafiq  olaraq  hüquq  normalarını  qəbul  edir,  siyasi 
fikirləri  istiqamətləndirmək  üçün  tədbirlər  həyata  keçirir.  Təebirlər  və  hüquq 
normalarının  qəbulu  yeni  şəraitlərdə  yeni  istiqamətləri  özündə  ehtiva  edir. 
Yeni istiqamətlər də yeni şəraitləri meydana gətirir. 
Siyasi  şəraitin  yetişməsi  siyasi  proseslərin  yeniləşməsini  tələb  edir.  Bu 
zaman  təkrarlanan  proseslərdə  dəyişikliklər  yaranır  və  yeni  axar  məzmunu 
ortaya çıxır.    

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin