Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Util müəssisələrinə qoyulan baytar sanitar- gigiyenik tələblər



Yüklə 196,75 Kb.
səhifə56/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   52   53   54   55   56   57   58   59   ...   82
Baytarlıq sanitariyası CAVAB

Util müəssisələrinə qoyulan baytar sanitar- gigiyenik tələblər

Utilizasiya — məişət tullantılarının utilizasiyası — məişət tullantılarından qiymətli (əsasən metallar) və yanmayan (şüşə) komponentləri çıxarıldıqdan sonra üzvi maddələr yandırılaraq və ya qıcqırdılaraq enerji əldə etmək (bilavasitə və ya bioqaz almaqla) üçün, xammal isə tikinti materialı və kompost almaq üçün istifadə edilə bilər.
Utilizasiya müəssisələri müxtəlifdir. Kəsimxanaların utilizasiya sahələrində, istifadəyə yararsız və təhlükəli xəstəliyi olan heyvan cəmdəkləri utilə edilir. Utilizasiya müəssisəsi yaşayış məntəqələrindən uzaq olmalı, işçiləri qoruyucu paltarlar geyinməlidir.

  1. Ərzaq məhsulları istehsalı müəssisələrinin lahiyələşdirilməsinə qoyulan sanitar-gigiyenik tələblər

bina və ya qurğunun layihə sənədlərində hüdudlayıcı konstruksiyaların xarakteristikalarının göstəriciləri müəyyən olunmalı və aşağıda qeyd edilən istilik-texniki xarakteristikalarının hesabi göstəricilərinin otaqda əlverişli sanitariya-gigiyena şəraitinin yaradılması məqsədi ilə tələb olunan göstəricilərə uyğun olmasını təmin edən konstruktiv həllər qəbul olunmalıdır:
3.1.1.1. bina və qurğunun hüdudlayıcı tikinti konstruksiyalarının istilik ötürməyə müqaviməti;
3.1.1.2. isitmə dövründə hüdudlayıcı tikinti konstruksiyalarının daxili səthindəki temperaturla bina daxilindəki havanın temperaturu arasındakı fərq;
3.1.1.3. ilin isti fəslində hüdudlayıcı tikinti konstruksiyalarının və ilin soyuq fəslində bina və ya qurğunun otaqlarının istiliyə dayanıqlılığı;
3.1.1.4. hüdudlayıcı tikinti konstruksiyalarının buxar keçiricilik müqaviməti;
3.1.1.5. hüdudlayıcı tikinti konstruksiyalarının hava keçiricilik müqaviməti;
3.1.1.6. döşəmələrin istilikmənimsəmə göstəricisi;
3.1.2. binanın və ya qurğunun layihə sənədlərində hüdudlayıcı tikinti konstruksiyalarının həddindən artıq nəmlənməsinin və onların səthinə suyun yığılmasının qarşısının alınması və onların uzunömürlülüyünün təmin edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır;
3.1.3. isitmə, havalandırma və kondisionerləşdirmə sistemləri və layihə sənədlərində onların işləmə rejimlərinə qoyulmuş tələblər, hüdudlayıcı konstruksiyaların istilik texnikası xarakteristikalarının qəbul olunmuş hesabi göstəricilərində otaqların aşağıda göstərilən mikroiqlim parametrlərinin ilin isti, soyuq və keçid dövrləri üçün tələb olunan göstəricilərə uyğunluğunu təmin etməlidir:
3.1.3.1. binanın və ya qurğunun daxilində havanın temperaturu;
3.1.3.2. yekunlaşdırıcı temperatur;
3.1.3.3. havanın hərəkət sürəti;
3.1.3.4. havanın nisbi rütubəti;
3.1.4. hesabi göstəricilər binaların və ya qurğuların təyinatını, insanların yaşayışını və fəaliyyətini nəzərə almaq şərtilə müəyyən edilir;
3.1.5. isitmə, havalandırma və kondisionerləşdirmə sistemlərinin texniki həllərində otaqların mikroiqlim parametrlərinin avtonom tənzimlənməsi imkanı nəzərdə tutulur;
3.1.6. binanın və ya qurğunun layihə sənədlərində il ərzində binanın və ya qurğunun daxili və xarici istismarı şəraitinin dəyişməsi zamanı isitmə sistemlərinin istilik və hidravlik dayanıqlılığının təmin olunması üçün texniki həllər nəzərdə tutulmalıdır .
3.2. Tikinti obyektlərinin havalandırma ilə təmin olunması üzrə tələblər:
3.2.1. layihə sənədlərində bina və ya qurğunun havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulmalıdır. Layihə sənədlərində bina və ya qurğunun kondisionerləşdirmə sistemi ilə təchiz olunması nəzərdə tutula bilər. Ventilyasiya və kondisionerləşdirmə sistemləri otağa və ya istehsalat sahələrinin işçi zonasına verilən havada zərərli maddələrin miqdarının yol verilən qatılıq həddindən çox olmamasını təmin etməlidir;
3.2.2. otaqlarında insanların olması nəzərdə tutulmuş bina və ya qurğunun layihə sənədlərində aşağıda göstərilənlər üzrə tədbirlər nəzərdə tutulmalıdır:
3.2.2.1. atmosfer havasından otaqlara tozun, rütubətin, zərərli maddələrin və pis qoxunun daxil olmasının məhdudlaşdırılması;
3.2.2.2. havadan zərərli maddələrin vaxtında kənarlaşdırılması və havanın kimyəvi tərkibinin insan fəaliyyəti üçün əlverişli nisbətdə saxlanması məqsədi ilə kifayət edən hava mübadiləsinin təmin olunması;
3.2.2.3. insanların daimi olduğu otaqlara zərərli və pis qoxulu maddələrin kanalizasiya, isitmə, havalandırma, kondisionerləşdirmə sistemlərinin və qurğuların boru kəmərlərindən və texnoloji boru kəmərlərindən, o cümlədən daxili avtomobil dayanacaqlarından işlənmiş qazların daxil olmasının qarşısının alınması.
3.3. Tikinti obyektlərinin təbii və süni işıqlandırılması təminatı üzrə tələblər:
3.3.1. bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrdə təbii və ya birləşdirilmiş, o cümlədən süni işıqlandırma, yeraltı mərtəbələrdə isə insan sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır;
3.3.2. texnoloji proseslərin aparılması şərtləri ilə əlaqədar olaraq, təbii işıqlandırmanın quraşdırılması istisna olunan bina və qurğuların yerüstü mərtəbələri insan sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır;
3.3.3. layihə tapşırığında nəzərdə tutulduğu hallarda layihə sənədlərində bina və ya qurğunun xarici işıqlandırılması nəzərdə tutulmalıdır.
3.4. Yaşayış və ictimai binaların otaqlarının və istehsalat bina və qurğularının işçi zonalarının səs-küydən mühafizə olunması üzrə tələblər:
3.4.1. bina və ya qurğunun ərazidə yerləşdirilməsi, tikinti konstruksiyalarının xarakteristikalarının layihə göstəriciləri, layihə sənədlərindəki mühəndis avadanlığın xarakteristikaları, yanaşı ərazilərin abadlaşdırılması üzrə nəzərdə tutulmuş tədbirlər insanları aşağıda qeyd olunanlardan mühafizə etməlidir:
3.4.1.1. xarici mənbələrin yaratdığı səs-küydən;
3.4.1.2. binanın və ya qurğunun digər otaqlarında yaranan səs- küydən;
3.4.1.3. zərbə səs-küyündən;
3.4.1.4. avadanlığın yaratdığı səs-küydən;
3.4.1.5. əks-səda kəsildikdən sonra otaqda həddindən artıq davam edən səs-küydən;
3.4.2. ərazidə səs-küyün mənbəyi ola biləcək layihələndirilən bina və qurğularda səs-küyün azaldılması üzrə tədbirlər nəzərdə tutulmalıdır;




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin